[b]Şahin Musaoğludan “Savaşçı”ya jest - VİDEO[/b]

[b]Şahin Musaoğludan “Savaşçı”ya jest - VİDEO[/b]
22 dekabr 2017
# 16:35

Türkiyənin hazırda ən yüksək reytinqə sahib olan seriallarından biri Fox Tv-də yayımlanan və “Limon” Productiona məxsus olan “Savaşçı”nın bir neçə bölümündə Azərbaycan dövlətinə və dövlətin rəmzi olan bayrağa sevgi izləyicilərdə məmnunluq yaradıb.

Kulis.az-ın məlumatına görə, Azərbaycan və Türkiyənin ortaq layihəsinə mane olmaq istəyən terror təşkilatı 6 azərbaycanlı mühəndisi əsir götürür. Türkiyədəki Azərbaycan nümayəndəliyi əsir götürülən bölgəni daha yaxşı tanıdıqları, orada xüsusi əməliyyatları bundan əvvəl də apardıqları üçün Türkiyə xüsusi təyinatlılarının da bu əməliyyatda iştirakını istəyirlər. “Qılınc” qrupu (Kılıç timi) bu əməliyyat üçün hazırlanır. “Bordo bərəlilər” Azərbaycan bayrağı olan qol nişanlarını-şevronları taxaraq terrorçulara qarşı çətin əməliyyata yollanır.

Serial bədii ekran əsəri olsa da, orada yaşananlar real yox, yaradıcı təxəyyül məhsulu sayılsa da, yenə də bu kimi görüntülər hər iki qardaş ölkənin vətəndaşlarında xüsusi motivasiya yaradır.

Azərbaycan Yazıçıar Birliyinin Hərbi-vətənpərvərlik komissiyasının sədri, bəstələdiyi və sözlərinin müəllifi olduğu mahnıları (“Cənab leytenant”, “İgid əsgər möhkəm dayan”, “Əsgər vətən əmanəti, yurd əmanəti”, “Birinci batalyon”, “Qəlbin payızı” və s.) əzbərdən bildiyimiz şair-bəstəkar Qarabağ savaşında hərbi həkim kimi çalışmış Şahin Musaoğlu kulis.az-a açıqlamasında “Savaşçı”nın bu gözəl addımına cavab olaraq, iki həftə ərzində vətənpərvərliklə bağlı mahnı yazdığını və musiqi əsərinin artıq hazır olduğunu da bildirib:

“Mən “Savaşçı” ya cavab olaraq təzə bir mahnı yazdım: “Qurban türkün bayrağına”. Sözləri Nizami Saraclının musiqisi mənə aiddir. Mahnını Novruz Novruzlu ifa edir. Bu mahnını mən bir neçə il bundan əvvəl yazmışdım. Şəmistan Əlizamanlı ifa eləmişdi.... Doğrusu müasir tələblərə, texniki imkanlara cavab vermirdi. Amma “Savaşçı” seriyalındakı jestlərdən sonra bu mahnıya təzə nəfəs və təzə ruh vermək qərarına gəldim. Novruzla danışdım. Təcili yığışdıq. Folklor instutunun studiyasında yazdıq. Düz iki həftədi ki gecə gündüz işləmişik.

Demək olar ki bütün musiqi canlı alətıərlə yazılıb. Qara zurna, təbil, davul, nağara, saz… Aranjeman İffət Əsgərova məxsusdur”.

Bəstəkar açılamasında mahnının “Savaşçı”nın yaradıcı heyətinə də göndərəcəyini bildirib. Artıq bu barədə işlərə də başlayıb.

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər