Pişik qatili dahi bəstəkar – YANLIŞ BİLDİKLƏRİMİZ

Pişik qatili dahi bəstəkar – <span style="color:red;">YANLIŞ BİLDİKLƏRİMİZ
10 mart 2017
# 17:30

Dünya haqqında biliklərimiz nə qədərdir?

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General Ignorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Skripka yayı nədən hazırlanır?

Ağlımıza ilk gələn budur: pişiyin bağırsağı. Ancaq belə deyil. Heç vaxt skripkanın yayları pişiyin bağırsağından hazırlanmayıb.

Bu skripka üçün ən yaxşı tellərin qoyun bağırsağından əldə olunduğunu kəşf edən ustaların ortaya atdığı orta əsr əfsanəsidir. Skripka ustaları pişik öldürməyin uğursuzluq gətirdiyini düşünür, kəşflərini qorumaq məqsədi ilə telləri pişik bağırsağından hazırladıqlarını deyirdilər.

Əfsanəyə görə, İtaliyanın Salle əyalətində yaşayan yəhər düzəldən Erasmo günlərin bir günü quruyan qoyun bağırsağının arasından əsən küləyin səsini eşidir və beləliklə, qoyun bağırsağının skripka üçün yaxşı bir tel olacağını düşünür.

Salle 600 il skripka yayı istehsalının mərkəzinə çevrildi. Erosmo isə yay düzəldənlərin qoruyucusu elan olundu. Onu müqəddəs hesab etdilər.

1750-ci ilə qədər skripkaların hazırlanmasında qoyun bağırsağından istifadə olunurdu. Bağırsaq heyvandan ilıq vəziyyətdə çıxardılır və yağdan, çirkabdan uzaqlaşdırılır, soyuq suya qoyulur. Ən yaxşı hissələri zolaqlar şəklində kəsilir və istənilən qalınlıqda yay əldə edilənə qədər dartılır.

Bağırsaqdan hazırlanan telin ən yumşaq səs verdiyi düşünülsə də, bu gün skripka yayının düzəldilməsində bağırsaq, neylon və polad qarışığından istifadə olunur.

Alman bəstəkar Riçard Vaqner nifrət elədiyi bir digər alman bəstəkarı Bramsın etibarını zədələmək üçün dedi-qodu yaymışdı. Vaqner Bramsın çex bəstəkar Antonin Dvorokdan bohemlərə xas sərçə öldürən yayı hədiyyə olaraq qəbul etdiyini iddia etmişdi. Guya Brams bu yayla Vyana tərzi evinin pəncərəsindən gəlib keçən pişikləri vururmuş: “Yazıq heyvanları vurandan sonra eynən balıq ovlayan balıqçı ədasıyla otağına çəkilirdi. Daha sonra qurbanlarının iniltilərini şövqlə dinləyib dəftərinə qeydlər edirdi”.

Əslində, Riçard Vaqner Bramsı heç görməyib, evinin yanından da keçməyib. Uydurduğu “sərçə yayı” hədiyyəsinin olduğuna dair heç bir məlumat yoxdur. Ancaq bununla belə, pişik öldürmə dedi-qoduları Bramsa yapışmış və bu iddia həqiqət kimi onun bioqrafiyasında yer almışdır.

Qırxayağın neçə ayağı var? – CAHİLLİKLƏR KİTABI

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti

Buqələmunların rəng dəyişməsinin sirri – MÜHİTLƏ BAĞLI DEYİLMİŞ

Dəccalın simvolunu Engels tapıb?

Nisbilik nəzəriyyəsi Eynşteynin kəşfi deyilmiş

Telefonu Qraham Bell icad edib? – QƏTİYYƏN!

Yer kürəsini ətrafına dolanan ilk insan kimdir? – YANLIŞ BİLDİKLƏRİMİZ

Pişiklər yüksəklikdən düşəndə niyə ölmür? – CAHİLLİKLƏR KİTABI

Gilyotini fransızlar kəşf etməyib? – CAHİLLİKLƏR KİTABI

Yerin Aydan başqa neçə peyki var? – CAHİLLİKLƏR KİTABI

Bu quşlar cütləşmədən artır - CAHİLLİKLƏR KİTABI

# 2283 dəfə oxunub

Oxşar xəbərlər

Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?

Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?

12:30 16 avqust 2026
Əfsanəvi  “rok-n-roll kralı” haqqında maraqlı faktlar

Əfsanəvi “rok-n-roll kralı” haqqında maraqlı faktlar

11:30 16 avqust 2026
Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

11:30 15 avqust 2026
“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

17:00 14 avqust 2026
Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

16:30 14 avqust 2026
Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

16:40 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər