Dünyanın ən çirkin qadınından film çəkildi FOTOLAR

Dünyanın ən çirkin qadınından film çəkildi <span style="color:red;">FOTOLAR
18 mart 2015
# 11:45

Nadir görülən bir xəstəliyə tutulmuş və internetdə “Dünyanın ən çirkin qadını” seçilmiş Liza Velaskesin “Dünyanın ən cəsur qadını”na çevrilməsi haqqında sənədli film çəkilib.

Liza Velaskesin yaşadıqlarından bəhs edən sənədli film “Cəsur ürək: Liza Velaskes” adlanır.

Doğulandan çəki “bir dəri, bir sümük” olan 26 yaşlı amerikalı Lizanın çəkisi 29 kilodan artıq olmayıb. Məktəb yoldaşlarının kinayəli məsxərələrinə məruz qalan gənc qadın həm də bir gözünün görməməsinə görə xeyli əziyyət çəkib.

Ailəsinin təlqini ilə bu şeyləri ürəyinə salmamağa çalışan Liza bir gün internetdə “Dünyanın ən çirkin qadını” seçildiyini görəndə sanki başından bir vedrə qaynar su tökülür. Milyonlarla insanın izlədiyi videoda gənc qadının fotoları sıralanmışdı və minlərlə insan nifrətlə dolu şərhlər də yazmışdı. Onların arasında “Səni oda atmaq lazımdır”, “Alnına silahı daya və tətiyi çək” kimiləri var idi. Buna qədər bir neçə dəfə intihar haqqında düşünən Velaskes bu şərhlərdən sonra gözlənilənin əksinə olaraq daha da güclü davranış göstərir: artıq vaxtını xəstəxana qapılarında keçirməkdən bezdiyini deyən gənc qadın müalicə fikrindən əl çəkib. Ailəsi üzülsə də onunla razılaşıb və qızlarına tam dəstək verib.

Məktəbdə uşaqlar arasında bir-birini ələ salmalar, lağ etmələr əleyhinə konfranslar keçirməyə başlayan qadın bu işlərini davam etdirmək üçün internetdə təşkil etdiyi kampaniyadan minlərlə dollar qədərində pul toplaya bilib.

Bu gün Velaskes aktivist və natiq kimi fəaliyyət göstərir, kitab yazır. Görkəmindən dolayı onca həqarətlərə məruz qalan Velaskes həyatı və əzmkarlığı ilə artıq “Dünyanın ən cəsur qadını” kimi alqış toplayır.

# 2266 dəfə oxunub

Oxşar xəbərlər

"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

15:00 29 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

16:30 28 yanvar 2026
"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

14:00 28 yanvar 2026
3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

10:00 27 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər