Qabyuyanlıqdan milyonçuluğa - Cem Yılmazın Həyatı

Qabyuyanlıqdan milyonçuluğa - <span style="color:red;">Cem Yılmazın Həyatı
23 aprel 2019
# 21:03

Bu gün Cem Yılmazın doğum günüdür

Ona “Türkiyənin gülən və güldürən üzü” deyilir. Filmləri, stəndapları dünyanın bir çox ölkələrində nümayiş olunur. Zarafatları dillər əzbəridir. O, Cem Yılmazdır.

Şoumenin uşaqlığı

Məşhur yumor ustası, şoumen, aktyor, karikaturaçı, ssenarist və rejissor Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulun Fatih bölgəsində dünyaya göz açıb. Onun Can adlı qardaşı və Özgə adlı bacısı var. Şoumenin bacısı Özgə məşhur yumor ustası Tolqa Çeviklə ailəlidir. Dördüncü sinifdə oxuyan zaman ailəsi ilə birlikdə Bağçalıevlərə köçüb.

Karyerası

Boğaziçi Üniversitetində də "Turizm və otel menecmenti" fakültəsində oxuyub. Tələbə olduğu müddətdə müxtəlif otellərdə qabyuyan, xidmətçi işləyib. Yılmaz bu dövrdə “Ləman” adlı yumoristik jurnalda karikatura çəkməyə başlayır. İlk stəndap nümayişi 1995-ci ilin avqustunda Ləman Mədəniyyət mərkəzində reallaşan şoumen getdikcə daha məşhurlaşmağa başlayır. Həmin ilin dekabrında Beşiktaş Mədəniyyət Mərkəzində də stəndap nümayişi olan şoumen getdikcə daha çox sevilməyə, başlayır. O, tək Türkiyədə yox, Avropa və Amerikada da stəndapları ilə seçilir. Cem “Ləman” jurnalındakı işlərini toplayaraq “Karikaturalar” adlı kitabını çap edir. Film debutü “Hər şey çox gözəl olacaq” filmindəki Mazhar Alasonla əsas rollarda oynayıb. 1998-ci ildə iki milyona yaxın adam izləyib.

2004-cü ildə istehsal olunan “G.O.R.A.” filmində 4 fərqli obrazı canlandırıb. Bu filmin davamı olan “A.R.O.G.”da sevənlərini kinoteatrlara aparmağı bacardı. O, 2007-ci ildə “CMYLMZ Fikir Sənət” adlı şirkət quraraq ssenarist, aktyor, rejissor və prodüser kimi fəaliyyətini davam etdirir. “CM101MMX FUNDAMENTALS” adlı nümayişini kinoteatrlarda göstərməklə bu sahədə ilkə imza atmış oldu.

Image result for cem yılmaz

Şəxsi həyatı

Cem Yılmaz tez-tez Sokratın "evlənməkdən çəkinməyin, arvadınız yaxşı çıxarsa xoşbəxt, pis çıxarsa filosof olarsınız" cümləsini deyir. Amma özü də 39 yaşında evləndi. 2012-ci ilin martında o, model sevgilisi Ahu Yağtu ilə ailə qurur. Ahu Yağtu Cem Yılmazın keçmiş sevgilisi olan Cansu Dərənin rəfiqəsi idi. Bəyoğlu Pera Palas Otelində baş tutan toya jurnalistlər buraxılmayıb. Toy keçirilən zaman otelin ərazisi və yollar polis tərəfindən qorunub, yaxınlıqda özəl xəstəxanaların birinə aid təcili yardım maşını növbə çəkib.

Qeyd edək ki, toyda kənar şəxslərin foto çəkməsinin qarşısı alınsa da, yenə də toydan çəkilən fotolar “Twitter”ə düşüb. Cem Yılmazla

Ahu Yağtu toy zamanı 4,5 aylıq hamilə idi. Mediada gəzən xəbərlərdə deyilir ki, cütlüyün evlənməyinə səbəb məhz bu olub. Toydan sonra bal ayı üçün Dubaya gedən cütlüyün 2 avqust 2012-ci ildə övladları olur. Uşağın adını Kamal qoyurlar. Oğlu üçün oyuncaq ayı alıb xəstəxanaya gələn Cem Yılmaz mühafizəçilərə “O çox önəmlidir, diqqətli olun” deyib.

Xəstəxanada 3 VIP otaq kirayələyən Yılmaz ziyarətə gələnlərə “Bahalı hədiyyələr gətirməyin” demişdi.

Ancaq cütlüyün evliliyi uzun müddət davam edə bilmədi. Onlar 24 dekabr 2013-cü ildə boşandı. Cem boşandığı Ahu Yağtuya övladı üçün hər ay 10 min dollar təzminat ödəməyə razılaşıb. Bundan başqa Cem Ahuya 2013 model “Range Rover cip”, Sarıyer, Şişli, İstinye Park və Loftda mülk bağışlayıb. Loft və İstinye Parkdakı iki mülkün (30 min lirə və 6 min 500 dollar) aylıq icarə gəliri də Yağtunun oldu. Boşanma protokolunun ən maraqlı maddəsi isə Cem Yılmazın oğlu Kamal ilə görüş vaxtının uzun olmasıdır. Aktyor oğlunu tez-tez görə bilmək üçün protokola xüsusi maddə əlavə elətdirib. Belə ki, Kamal, hər ayın 1-ci və 3-cü həftələrinin sonunda, 2-ci və 4-cü həftələrində isə (çərşənbə axşamı və cümə axşamı günləri) səhər saat ondan axşam beşə kimi atası ilə qalır. Bundan əlavə uşaq Qurban bayramını atası, Ramazan bayramını isə anası ilə keçirəcək.

Image result for cem yılmaz sevgilisi

Cütlüyün boşanmasına Cansu Dərənin səbəb olduğu iddia edilirdi. Cemin 7 il birlikdə olduğu köhnə sevgilisini unuda bilmədiyi və onunla yenidən görüşməyə başladığı deyilir. Modelin yazdığı mesajlardan birini Ahu Yağtunun oxuduğu, bundan sonra C. Yılmazın onunla münasibətdə olduğunu etiraf etdiyi və cütlüyün bu səbəbdən ayrıldığı deyilsə də xəbər təsdiqini tapmadı.

Boşandıqdan sonra onun adı bir çox xanımlarla hallanmağa başladı. Şoumenlə ən son adı hallanan xanım avstraliyalı sevgilisi Melani Şepherdir. Bu ilin aprelində şoumen 41 yaşını yeni sevgilisi ilə birgə qeyd edib. Doğum gününü Leventdə yerləşən ofisində keçirən aktyor ətrafına toplaşan yaxın dostları ilə yeni sevgilisini bir-bir tanış edib. Onların ayrıldığı güman edilsə də bu yaxınlarda Mayamidə dostlarla birlikdə şam edən cütlük eyni masa arxasında əyləşib.

Hər zaman qeyri-adilikləri ilə seçilən məşhur şoumen Amerika turnelərindən biri üçün qeyri-adi afişa hazırlamışdı. Onun oktyabrda getdiyi Amerika turnesi üçün hazırladığı afişada belə yazılmışdı: “24 aprel 1973-cü il təvəllüdlü Cem Yılmaz, boyu 1,72, çəkisi 89 kq…”. Amma Amerika turu aktyor üçün uğursuz alınıb.

Belə ki, Nyu-Yorkda Linkoln Mərkəzində 2738 nəfərlik salonda 1800 nəfər, Nyu-Cersidə 2700 adamlıq salonda 1300 nəfər, Vaşinqtonda 1847 nəfərlik salonda 1150 nəfər, Bostondakı 2700 yerlik salonda isə təxminən 1000 nəfərin qarşısına çıxıb. Biletlərin belə az satılması aktyoru çox məyus edib.

Cem Yılmaz Türkiyənin ən çox qazanan məşhurları sırasında yer alır. Türkiyənin "Tvitter" sosial şəbəkəsində izləyici sayına görə ilk sırada olan məşhuru da Cem Yılmazdır. Onun bu sosial şəbəkədəki izləyicilərinin sayı təxminən 7 milyondur. Məşhur yumor ustası hər dəfə səhnəyə çıxmazdan öncə mütləq çoxlu şirniyyat yeyir. Cem bunun ona enerji verdiyinə inanır.

Cem Yılmazın avtomobil vurğunu olduğunu hamı bilir. O, çox sayda klassik və lüks avtomobillərə sahibdir. Şoumenin böyük avtomobil kolleksiyası var. O, klassik avtomobilləri çox sevir. Yılmaz evinin qarajına sığmayan klassik avtomobilləri üçün hətta Etilərdə avtopark da kirayələyib. Avtomobillərdən əlavə şoumen türk rəssamlarının əsərlərini də toplamağı çox sevir. O, Fikrət Mualla, Tanər Ceylan, Neşet Günal, Abidin Dino, Burxan Doğançay, Erinç Seymən, Yaşam Şaşmazer, Murat Pulat, Nurullah Bərk kimi tanınmış türk rəssamlarının əsərlərini toplayır.

Related image

Şoumenin bəzi zarafatları bunlardır:

Madam ki, dünya bir heç, gecə də iç, gündüz də iç.

Məndə şeytan tükü yoxdur, epilyasiya ilə götüzdürdüm.

Nəfəs kəsən bir roman yazdım. Bütün oxucularım öldü.

Hakan sabahkı oyunda forma geyinə bilməyəcək. Çılpaq oynayacaq.

Bütün sevgilər bitki adı ilə başlayır, heyvan adları ilə bitir.

Oğlumun adını mafiya qoydum, artıq mən də “mafiya babası”yam.

Şiddətə qarşı müharibə edin, şiddət sevənləri güllələyin.

Ölüm qorxusu əbədi deyil, məzarda bitən keçici duyğudur.

Bir adam ağcaqanad dərmanı almaq üçün aptekə gedib. Əczaçı isə “Ağcaqanadınıza nə olub?” deyə soruşub.

Sizdə bit şampunu var? Kirlənib heyvancığazlar.

Yes qardaşım. Türkcə təlimə məndən də ok!

Bir gün bir uşaq saçını islatmadan başını yumağa çalışıb. Anası ona “Oğlum heç saçı islatmadan şampun vurmaq olarmı?” deyib. Uşaq cavab verib: “Amma ana bu şampunun üzərinə “quru saçlar üçün” yazılıb”.

Gəncliyim əzab verirdi. Əməliyyatla aldırdım.

Ey yüksələn gənclik! Düşün aşağı!

Son gülən sən olacaqsan. Çünki gec anlıyırsan.

İnsanlıq bu gün də pul qarşısında dəyərini itirdi.

Həyat yoldaşınızla ortaq nöqtəniz nədir? Eyni gündə evləndik.

Həyatım boyunca qərarsız biri oldum, amma artıq əmin deyiləm.

Sizə edilməsini istəmədiyiniz şeyləri başqalarına edin, çox zövq verir.

AIDS virusu da, Ebola virusu de meymun patentlidi. Meymundan gəlib-gəlmədiyimiz bəlli deyil, amma meymun ucbatından gedəcəyimiz dəqiqdi.

İçə-içə avtomobil sürməyin. Avtomobili bir yerə çırpsanız pivəniz tökülər.

Sabah edə biləcəyin işi bu gün əsla etmə.

Tanrım! Özüm üçün heç nə istəmirəm. Təkcə anama varlı və gözəl bir gəlin qismət et!

2015

# 4809 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #