AYB-də “İnternet və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib

AYB-də “İnternet və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib
27 noyabr 2013
# 13:01

Azərbaycan Yazıçılar Birliyində “İnternet və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masanı giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: “Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Amma bəzən də müəlliflər və oxucular internetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu da əlbəttə, oxucunun zövqünün korlanması deməkdir”.

Yazıçı-publisist Aydın Xan qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin internet saytı yaxın vaxtlarda yenidən qurulacaq, hər gün yenilənən sayta çevriləcək: “Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq”.

“Yeni nəşrlər” jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: “Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır”.

“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu internetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: “Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın”.

Publisist Ceyhun Musaoğlu, şair Əkbər Qoşalı və başqaları kitabın təbliği, internetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər.

# 2194 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər