“Götürüb Faceboka yazır ki, sarışın qızların nəyi...” MÜSAHİBƏ

“Götürüb Faceboka yazır ki, sarışın qızların nəyi...” MÜSAHİBƏ
10 fevral 2015
# 21:00

Kulis.Az “Hörümcək adam” layihəsində sosial şəbəkə fenomeni Hüseyn Əzizoğlu (Huseyn Azizoglu) ilə müsahibəni təqdim edir.

- Nə işlə məşğulsan?

- Hələ ki, heç nə ilə. Evdə fotoşop, kəps (Sosial şəbəkələrdə video və fotolardan çıxarılmış bir görüntünün altına gülməli şərh yazılmaqla paylaşılmasıdır-red.), vayn (7-15 saniyəlik video-roliklər-red.) düzəltdirəm. İşim ancaq budur.

- Xarici saytlara baxıb nəyisə mənimsəyirsən?

- Konkret öz fikirlərim olur. Ağlıma nə ideya gəlirsə onu edirəm.

- Hansı şəbəkədə daha çox məşhursan?

- Tvitter, odnoklassniki, instagram və digər şəbəkələrdə də profilim var. Amma daha çox Facebookda paylaşıram. Bir də görürsən kəps və vaynlarım məndən xəbərsiz digər şəbəkələrdə də yayılır.

- Kəps, vayn düzəldib paylaşmaq ideyası hardan yarandı?

- Məndə uşaqlıqdan həvəs vardı buna.

- Uşaqlıqdan deyəndə ki... Facebook vur-tut 10 ildi yaranıb, sənin də yaşın 20-dən artıqdı.

- Yəni uşaq vaxtından insanları güldürmək, əyləndirmək marağında olmuşam. Sosial şəbəkələrdən isə 4 ildir istifadə edirəm. Bəzən dostlarım da mənə maraqlı fikirlər verirlər.

- Əsasən hansı mövzuları işləyirsən?

- Sosial problemlə, mentalitetlə və sair problemlərlə bağlı kəpslər hazırlayıb, vaynlar çəkmişəm.

- Gəl vayn deyib oxucuları da çaşdırmayaq, eləcə video deyək.

- Yaxşı olsun video.

- Mentalitetlə bağlı nə hazırlamısan?

- Bu yaxında bir video hazırlamışdım. Hazırda ona 740 min baxış var. Vayn, çaşdım, vidoe “055” temasındaydı.

- O nə deməkdir?

- Əvvəllər bir qadın küçədə keçəndə kişi xeylaqları başını aşağı salardı. Deyirdilər, ki, bacıdır, söz atmaq olmaz. Amma indi qızın arxasınca qışqırırlar, nömrəm, 055 nə bilim nədi, deyirlər.

- Bu cür videoları səhifələrdə paylaşırlar?

- Aha. Təkcə profilimdə paylaşanda 400-500 layk gəlir. Amma “Azərbaycan-Azərbaycan”, “Hamam-Tayms” kimi səhifələr məndən götürüb paylaşırlar. O səhifələrdə xeyli baxış olur.

- Videolarını paylaşan səhifələr nə isə ödəyirlər?

- Yox, əvəzində nəsə istəmirəm.

- Bu yaxında bir video paylaşmışdın- “Bizdə uşağa zəng çatmayanda, onlarda...” Bizimlə xaricilər arasında hansı fərqlər var?

- İndi dediyiniz həmin o videoda qadın ərinin yanına gəlib deyir ki, uşağımıza zəng çatmır. Əri də cavab verir ki, dayan polisə zəng vurum. Bizdə isə ər deyir: “Dayan bir də özüm yığım uşağı”. Guya bunun telefonu ilə yığan kimi zəng çatacaq.

- Xoşqədəm xanımdan çəkdiyin videoya ciddi reaksiyalar gəlmişdi.

- Hə. Baxışı milyonu keçmişdi. Ona görə mənə zəng edib, inboksuma yazıb təhqir edirdilər. O videoda Xoşqədəm xanıma qarşı təhqiredici heç nə olmasa da qınaq mənbəyinə çevrilmişdim. Kəndlərdən, rayonlardan zəng edib məni təhqir edir, qınayır, etirazlarını bildirirdilər. Mən bu adamları başa düşmədim. Coşqunla Rafael parodiya edəndə normal qarşılayırlar, mən parodiya edəndə yox.

- Zəng edib söyürdülər?

- Yox, üzümə deməyi bacarmırdılar. Səhifələrdə paylaşanda videonun altına şərh yazırdılar. Mən də cavab yazıb tələb edirdim ki, yazdıqları təhqiri yığışdırsınlar. Bunu edən daha çox yeddi-səkkizinci sinif uşaqları, bir də yetmiş-səksən yaşlı kişilər idi. Qadınlar isə daha çox gülmüşdü. Heç qadınlar tənqid eləməmişdi, smayl qoyurdular, paylaşırdılar. Hətta yuxarılarda işləyən bəzi dostlarım, vəzifəli adamlar da zəng edib mənə bəyəndiklərini demişdilər.

- Vəzifəli deyərkən?

- Ad çəkməyim.

- Nazir filan?

- Yox o qədər də yox. Amma vəzifəli adamlardır. Mən ümumiyyətlə hamı ilə normal münasibət qurmağa çalışıram. Partiya rəhbərləri ilə də, vəzifəlilərlə də.

- Hafiz Hacıyevlə bir kəps paylaşmışdın.

- Hafiz bəylə münasibətim yaxşıdır. O mənim dostumdur. Onda pislik görməmişəm. Onun üçün video da, kəps də düzəltmişəm.

- Qadınlar yazırlar sənə?

- Mənə yazan bütün xanımlarla dostluq edirəm. Amma heç biri ilə şəxsi münasibət qurmuram.

- Kəpslərində cəlbediciliyin nədir? Bəlkə görkəmin- eynəyin, saçın səni animasion, cəlbedici göstərir?

- Ola bilər. Amma mənə elə gəlir ki, ləhcəmə görə qəbul edirlər. Özüm dağlı balasıyam, “ç” larla çox danışıram. Bir də ədəbi dildə danışmaqdan qaçıram.

- Videona baxıb səni razborkaya çağıran olub?

- Çooox. Hətta bir dəfə oğrularla bağlı vayn hazırlamışdım, zon uşağı, əlimdə təsbeh filan. Zəng edib Malakan bağına çağırdılar. Demişdilər, tək gəl. Təbii ki, mən tək getmədim. Özümlə on beş nəfər yığıb aparmışdım. Onlar mənə dedilər ki, lotu Bəxtiyar, Hikmət bizim böyüyümüzdü, onları parodiya eləmə. Mən də dedim ki, partiya rəhbərlərini də, siyasi liderləri də, lotuları da, aparıcıları da, tanınmış jurnalistləri də parodiya edirəm. Əslində lotularla, oğru dünyası ilə şəxsi qərəzim yoxdu. Onlar da sağ olsunlar, məni başa düşdülər, razılaşdıq.

- Sosial şəbəkədə tanınan adamlarla yığışıb nəyisə müzakirə edir, ideyalarınızı bölüşürsüz?

- Hə, tez-tez dostlarla görüşüb müzakirələr edirik. Gündəlik temaları bölüşürük. Misal üçün, bu günün teması itlərlə qızlar... Axırı söyüşdü onu deməyim, özünüz bildiniz də (gülür).

- Nə temadır elə?

- Deməli bir kişi var. Yəqin nəsə ucqar kənddə qalır. Facebookun status yerində yazır; itlə qızların seksi, nə bilim sarışın qızların nəyi... Elə bilir ki, Facebook Google kimidir, nə yazsan axtarışda çıxacaq. O da çaşıb bunları statusda yazır. Bu günün teması budur. Bununla məzələnirik.

- Məzəli profilləri hardan tapırsız?

- Nəsə maraqlı bir tip rastımıza çıxanda onu nəzarətdə saxlayıb izləyirik. Bir də görürsən nəsə çıxır ortaya. Biz boş oturmuruq. Profilləri izləyirik.

- Təzə-təzə bu kəpsləri yaratmağa başlayanda dostların şitlik, düşüklük eləmə filan demirdilər ki?

- Yox. Amma mən elə insanlar tanıyıram paylaşdığı şeylərə baxıb görürsən ki, düşüklükdü. Mən paxıl biri deyiləm. Məni tanıyanlar da bunu bilir. Mən istəyərdim ki, bizim insanlar maariflənsin, yumor hissləri olsun. Xaricilərin zarafat verilişlərinə baxırıq da. Lüt qız göstərirlər, polislə, yoldan keçənlə zarafatlaşırlar. Hamı da gülür. Amma bizdə bu yoxdu.

- Öz aranızda hansı sözlərdən istifadə edirsiz, jarqonunuz var?

- Bir-birimizə “manıs” deyirik. Təzə hadisəyə “tema” deyirik. Təsbehlə fırlanan cavan uşaqlara “qaqalar” deyirik. Öz uşaqlarımıza “sektor uşaqları”, “bğat” deyirik. Kimsə Facebookda brat yerinə bğat yazmışdı, o vaxtdan dilimizdə qalıb.

- Dostların nə qədərdir?

- Bu dəqiqə 5000-dən çox dostluq qəbulu gözləyən var. Limitim dolub deyə qəbul edə bilmirəm. Bir də görürsən inboksa yazıb mazqi edirlər.

- Daha çox kimlərlə kəps paylaşanda tutur?

- Onun fərqi yoxdur. İtlə də şəkil paylaşmaq olar. Əsas odur temanı tutasan.

- Bəzən qadın geyimində filan olursan. Nə əcəb kompleksin yoxdu?

- Qətiyyən. Həyatda bir kompleksim var. O da ayaqqabımın üstünə toz qonmağıdır.

- Cibində iki dəsmal gəzdirən tuflili oğlanlar kimi?

- Hə cibimdə həmişə iki dəsmal olur. Biri cib dəsmalı, o biri ayaqqabı. Krassovka geyəndə də toz qonmağını xoşlamıram. Sabah bilsəm ki, filan mövzu var, partladacam, söhbəti tutacam, onda soyunaram.

- Layk yığmaq üçün?

- Yox, sadəcə insanların marağını cəlb etmək üçün.

# 2702 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #