Gənc Tamaşaçılar Teatrı qastrol səfərindən fəxri adla döndü...

Gənc Tamaşaçılar Teatrı qastrol səfərindən fəxri adla döndü...
17 aprel 2014
# 14:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönmüşdür.Bu barədə Kulis.az-a teatrın mətbuat xidmətindən xəbər veriblər. Aprel ayının 6-dan –14-dək davam edən qastrol Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında həyata keçirilmişdir.

Qastrol çərçivəsində kollektiv 3 tamaşa ilə çıxış etmişdir. Aprel ayının 8-i və 9-da kollektiv Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsın eyniadlı əsəri əsasında hazırlanmış “Qırmızı papaq” tamaşasını nümayiş etdirmişdir.

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunmuş “Qırmızı papaq” tamaşası məktəblilər, azyaşlılar, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanmışdır. Həştərxan şəhər teatr ictimaiyyəti, teatr rəhbərliyi, eləcə də tamaşaçılar peşəkar aktyor oyunu və istedadlı rejissor işini yüksək qiymətləndirmişlər.

Aprel ayının 11-dən – 13-dək kollektiv Kalmikiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında Y.Şvartsın “Qırmızı papaq”, Avstriya dramaturqu Peter Türrininin “Axır ki...” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşalarını nümayiş etdirmişdir.

Qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmıkiya Respublikasının Baş nazirinin müavini Larisa Borisovna Vasilyeva Kalmıkiya Respublikasının rəhbəri Aleksey Maratoviç Orlovun 27.03.2014-cü il tarixli sərəncamını səsləndirmişdir. Sərəncama əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə teatrımızın direktoru, Əməkdar Artist Mübariz Həmidov və baş rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov “Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşlər.

Kalmıkiya Respublikasının Mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin möhkəmləmləndirilməsi sahəsində əldə olunmuş uğurlara görə teatrın aktyorları, Əməkdar Artistlər Almaz Mustafayeva, Qurban İsmayılov, aktyor İlham Əsədov və baş redaktor Səriyyə İsmayılovaya Fəxri fərmanlar təqdim etmişdir.

Elista şəhərinin Baş Adminstrasiyasının müavini Qalina Vaskina və şəhər adminstrasiyasının təhsil şöbəsinin müdiri İste Muşayev çıxış edərək təşəkkür məktublarını təqdim etmişlər.

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının nümayəndəsi Klara Yesinovna Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə teatrın rejissoru Gülnar Hacıyeva və aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova və Vüsal Mehrəliyevə fəxri fərmanlar təqdim etmişdir.

Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, “Kalmıkiya Respublikasında Azərbaycan konqresi” qeyri hökümət təşkilatının sədri Sabir Quliyev “hər bir işçiyə fərdi münasibəti, işdə sağlam atmosfer yaratmaq qabiliyyəti, ən mürəkkəb məsələlərin öhdəsindən layiqincə gəlmək və qarşısına qoyduğu məqsədə çatmaq bacarığına görə” teatrın baş redaktoru Səriyyə İsmayılovanı “Золотой руководитель” (“Qızıl rəhbər”) fəxri fərmanına layiq görmüşdür. S.Quliyev həmçinin teatrın rəhbərliyinə öz hədiyyələrini təqdim etmişdir.

Məlumat üçün bildirək ki, may ayının ortalarında Kalmık teatrı 3 günlük qastrol səfəri ilə teatrımızda çıxış edəcəkdir.

# 3091 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

10:00 27 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər