Mətləb Ağanın “11-ə qədər” şeirlər kitabının təqdimatı oldu - FOTOLENT - VİDEO

Mətləb Ağanın “11-ə qədər” şeirlər kitabının təqdimatı oldu - FOTOLENT - VİDEO
15 fevral 2014
# 15:02

Mətləb Ağanın “11-ə qədər” şeirlər kitabının təqdimatı keçirilib. “APA Holdinq”də keçirilən təqdimat mərasimində “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, şairin qələm dostları Səhər Əhməd, Qurban Yaquboğlu, Əkbər Qoşalı, Qan Turalı, Mahir Mehdi, Həyat Şəmi və başqaları iştirak edib. Kulis.Az-ın verdiyi xəbərdə belə deyilir.

Tədbiri giriş sözü ilə açan tənqidçi Əsəd Cahangir Mətləb Ağanın yaradıcılığından danışaraq onun öz nəsildaşları arasında özünəməxsus yer tutduğunu bildirib: “Mən Mətləbin yaradıcılığı ilə çoxdan tanış olsam da yaxından tanımırdım. Mən hətta elə bilirdim ki, Mətləb Ağa yaşlı adamdır. Bu təqdimatda ilk dəfə onu yaxından görmək mənə qismət oldu”.

Şairə Səhər Əhməd Mətləb Ağayla 90-cı illərdə ədəbiyyata gəldiyini xatırlatdı: “Biz Mətləblə eyni dövrdə ədəbiyyata gəlmişik. Həmin dövrdə ədəbiyyatda öz sözünü demək çox çətin idi. Mətləb o vaxt ədəbi mühitdən gedəndə demişdi ki, gedişim səssiz olsa da, qayıdışım möhtəşəm olacaq. Mən bu gün həqiqətən çox sevinirəm ki, Mətləb qayıtdı”.

“APA Holdinq”-in prezidenti Vüsalə Mahirqızı Mətləb Ağanın şeirlərini daha çox Kulis.Az saytında oxuduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Mətləb Ağanın Kulisdə indiyə kimi çap olunmuş bütün şeirləri ilə tanışam. “11-ə qədər” şeirlər kitabında çox gözəl şeirlər toplanıb”.

Daha sonra “11-ə qədər” şeirlər kitabının redaktoru Namiq Hacıheydərli, şair Qurban Yaquboğlu, Həyat Şəmi və başqaları Mətləb Ağanın yaradıcılığından danışıblar.

Tədbirdə “11-ə qədər” şeirlər kitabından şeirlər də oxunub.

Sonda çıxış edən Mətləb Ağa tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

“11-ə qədər” şeirlər kitabı “Qanun” nəşriyyatında 500 tirajla çap olunub.

“11-ə qədər...” şairin ilk kitabıdır.

Kitabda Mətləb Ağanın gənclik illərindən bu tərəfə yazdığı şeirlər toplanıb.

# 6237 dəfə oxunub

Oxşar xəbərlər

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər