Foto tarixindən bilmədiklərimiz - MARAQLI

Foto tarixindən bilmədiklərimiz - <span style="color:red;">MARAQLI
16 aprel 2014
# 13:30

Bu yazımızda fotoqrafiya sənətinin ən maraqlı hadisələri haqqında məlumat verəcəyik.

Mövzuya keçməzdən əvvəl, fotoqrafiyada son günlərin ən dəbli hadisəsi sayılan "Selfie" haqqında kiçik bir qeyd edək.

Oksford Universiteti tərəfindən 2013-cü ilin sözü seçilən "Selfie"nin mənası "Fotoaparat ilə özünü çəkmə" deməkdir. Təqribən 1 ay bundan əvvəl ənənəvi Oskar Kino Mükafatı zamanı çəkilmiş bir foto, fotoqrafiyada "Selfie" janrını yenidən gündəmə gətirdi. Bir neçə gün ərzində sosial şəbəkələrdə dünyanın ən danışılan trendinə çevrilən "Selfie" azərbaycanlılardan da yan keçmədi. Bu gün, demək olar ki, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti "Selfie" janrında foto çəkir.

Selfie necə yarandı?

Araşdırmamız zamanı məlum oldu ki, dünyada ilk "Selfie" təqribən 1920-ci ildə Nyu-Yorkda çəkilib. Byron fotoqrafiya studiyası tərəfindən ard-arda çəkilən iki foto ilk selfie fotolar kimi tarixə düşüb. Fotoların hər ikisi Nyu-Yorkun məhşur "Marceaus Studio"nun damında çəilib.



Türkiyə mediası isə Byron studiyasının bu fotosunu tarixin ilk selfie olmasını rədd edir. Əksər türk mediasının yazdığına görə, dünyanın ilk fotosu Kadır İnanır tərəfindən filmdə çəkilmiş bu fotodur. (https://www.youtube.com/watch?v=-Fm_4spbiPk)

Foto tarixi

Dünya fotoqrafiya tarixinin ilk fotosu 1827-ci ildə təqaüddə olan fransalı zabit Nicephore Niepce tərəfindən çəkilib. Həmin fotoda yaz günü bir daxmanın damında yerləşən göyərçin yuvası əks olunub. Niepce tərəfindən bu fotoya Haliograph adı verilib.

Niepce bu fotonu çəkmək üçün hazırladığı aparat ilə 8 saat işləməli olmuşdu.

Niepcenin ölümündən əvvəl ortaq olaraq çalışdığı Jacgues Mande Doguerre ilə fotoqrafiyada bir sıra yeniliklərə imza atmağa yaxın olub. Onun bu kəşfdən qısa müddət sonra ölməsi fotoqrafiyada başqa yeniliklər etməyə imkan vermədi.

12 il sonra, 1839-cu ildə Doguerre Niepce ilə başladığı işləri davam etdirərək foto sənətində yeniliyə imza atdı. Onun hazırladığı yeni foto aparatı vasitəsi ilə artıq fotonu 8 saata yox, 30 dəqiqəyə çəkmək mümkün idi.

Həmin il ABŞ-da da fotoqrafiyada yeniliklər baş verir. Doguerre 1839-cu ildə ABŞ-a səfər edir. ABŞ-da yaşayan kimya professoru John W. Draper öz ilk foto aparatını ixtira edir. Bu foto aparat ilə Doguerrenun da iştirakı ilə Amerikada dünyanın ilk qadın fotosu çəkilir. Fotoda çəkilən qadın isə John W. Draper in bacısı Dorothy Catherine Draper olur.

1847-ci ildə dünyada ilk təbiət hadisəsi fotosu çəkilir. Thomas Easterly adlı fotoqraf tərəfindən çəkilən bu fotoda təbiət hadisəsi olaraq ildırım çaxması təsvir olunub.

Bu il daha bir foto ilə tarixə düşür. 1847-ci ildə Amerika - Meksika müharibəsinə aid, dünyanın ilk müharibə fotosu çəkilir. Çarles Betts tərəfindən çəkilən bu foto ilk müharibə fotosu olmaqla yanaşı, həm də dünyada ilk dəfə gizlin çəkilmiş foto kimi tarixə düşür.

İlk foto-montaj

1858-ci ildə artıq müəyyən inkişaf səviyyəsinə çatan fotoqrafiyada ilk foto-montaj hazırlanır. Henry Peach Robinson adlı şəxs hazırlanan bu foto-montajda 5 fotonu neqativlə birləşdirir. Foto vərəm xəstəliyi olan bir qızın ətrafına yığışan insanların kompozisiyasından ibarət olur. Robinzon həmin foto-montaja "Solğun" adını verir.

Səmadan çəkilmiş foto

Elə həmin il (1858) dünya foto tarixinə daha bir yenilik gəlir. Bu vaxta qədər çəkilən fotolardan fərqli olaraq dünya tarixində ilk dəfə səmadan çəkilmiş foto yaranır.

Gaspar Felix Tournachon tərəfindən Fransada, o vaxtın təyyarəsindən çəkilən bu Fransa şəhərlərindən birinin yuxarıdan görüntüsü əks olunur.

İlk rəngli foto

1861-ci ildə artıq dünyanın ilk rəngli fotosu çəkilir. Şotlandiyalı fizik Klerk Maxvel tərəfindən çəkilmiş bu fotonun əmələ gəlməsi üçün ağ-qara foto 3 fərqli filterdən keçirilib.

1890-cı ildə foto artıq mediaya çıxır. Beləliklə dünyanın tanınmış jurnalı olan "National Geographi"də ilk foto yayımlanır. Jurnalın üçüncü buraxılışında çap edilən foto gəmidən çəkilən Herald adasının görüntüsü olur .

"Fashion" foto

Dünyanın ilk "fashion" fotosu isə Afrikada çəkilib. 1896-cı ildə çəkilən bu fotoda evlənən bir cütlük təsvir olunub. Foto həm də dünyanın ilk çılpaq fotosu kimi tarixə düşüb.

Və nəhayət, dünya tarixinə düşmüş maraqlı fotolardan biri də XXI əsrdə çəkilir. Bu fotoda ilk dəfə olaraq Günəş sistemi əks olunur.

davamı olacaq...

Pərviz Əzimov

# 5822 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər