Mafiyanın öldürmək istədiyi jurnalist, türkləri "seksual ac" adlandıran avstriyalılar

Mafiyanın öldürmək istədiyi jurnalist, türkləri  "seksual ac" adlandıran avstriyalılar
2 iyun 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Matteo Qarronenin “Qomorra” (2008) və Ulrix Zaydlın “Zirzəmi” (2014) filmlərini təqdim edir.

İtalyan rejissoru Matteo Qarronenin “Qomorra” filmi Kann festivalında Qran Pri mükafatını alıb.

Süjet: Hadisələr Neapolda cərəyan edir, paralel olaraq bir neçə süjet xətti təsvir edilir. Təqdim olunan hər süjetin qəhrəmanı müxtəlif nəsilləri və fəaliyyət sahəsini təmsil edir. Onları yalnız bir şey birləşdirir: cinayətkar qruplara aid olması. Bu personajların həyatının mühüm atributları pul, qan, qəddarlıqdır.

Cinayətkar dünyasının adamları özəlliklə də kasıb məhəllələrin sakinləri, sosial təminatı zəif olanlardır. Onlar mafiya qruplarında yer almaqla karyera qurmaq, sərvət qazanmaq niyyətindədirlər.

“Obşak”ın (cinayət jarqonunda cinayətkar cəmiyyətdə qarşılıqlı yardım göstərən fond) yaşlı mühasibi həbsdə olan şəxslərin qohumlarına subsidiya verir, evlərə ərzaq aparan on üç yaşlı oğlan cinayətkarları öz müştərisini soymaqda yardım edir, universitet məzunu mafiyanın nəzarəti altında radioaktiv tullantıları biznesə çevirir...

“Qomorra” müasir dövrdə mafiya haqda çəkilən ən yaxşı filmlərdəndir. Qarrone paralel, çoxpersonajlı süjeti ilə mafiyanın strukturunu, iç dünyasını, sxemini dolğun təsvir edir. Üstəlik, filmin realist, dokumental çəkilməsi maksimal sənədlilik effektini artırır.

“Qomorra” jurnalist Roberto Savianonun neopolatian mafiyası Kamorra (mənası banda deməkdir, XVIII əsrdə meydana gələn neapolitan cinayətkar strukturdur) haqda yazdığı kitab əsasında lentə alınıb.

2006-cı ildə nəşr olunan “Qomorra” roman-reportaj 42 dilə çevrilib, onlarla mükafat alıb.

Kamorra cinayətkar təşkilatı jurnalistə ölüm hökmü çıxarıb. Bu səbəbdən jurnalist bütün sutkanı polis nəzarəti altındadır. Saviano yeni kitablar yazır, jurnalistlik fəaliyyətini davam etdirir.

Bibliyaya görə Qomorranın sakinləri günah etdiyi üçün Allah bu şəhəri məhv edib.

***

Avstriyalı rejissor Ulrix Zaydlın “Zirzəmidə” sənədli filmi 71-ci Venesiya festivalında müsabiqədən kənar nümayiş olunub.

Süjet: Film orta təbəqəni təmsil edən avstriyalıların zirzəmilərində çəkilib. Yaşlı avstriyalı evinin zirzəmisində yaşıdlarına odlu silahdan atəş açmağı öyrədir. Nifrətlə müsəlman terrorçularına bənzəyən kuklalara atəş açır, müsəlmanların Avropada nifrət yaydığını deyir. Sonra isə onlar zirzəmidə Avstriyada yaşayan türklər haqda müzakirə açır, onların hunlar kimi primitiv olmasından, sarışın, qısa ətəkli qadınlara seksual aclığından danışır.

Yaşlı qadın isə hər səhər-axşam zirzəmidəki qutulardan körpə uşağa bənzəyən kuklaları çıxarıb əzizləyir: “Sən artıq böyümüsən, ananı qucaqlaya bilərsən”.

Başqa bir epizodda çılpaq kişi döşəməni silir, otaqları tozsoranlayır, unitazı diliylə yalayır. Sahibəsi təbii ehtiyaclarını ödəyəndən sonra yuyunmur, kişinin dili onun üçün su və tualet kağızı rolunu oynayır.

Digər epizodda nisbətən qadın mazoxist olduğunu deyir. Kişinin ona intim akt zamanı zorakılıq nümayişindən xoşlandığını deyir. Mazoxist qadın eyni zamanda zorakılığa məruz qalan həmcinslərinə yardım elədiyini deyir.

Növbəti epizodun kişi qəhrəmanı Hitlerin fanatıdır, zirzəmisinin divarlarından onun müxtəlif pozalarda şəkilləri asılıb. Nasist Almaniyasının hərbi formasında olan kukla əsgərləri əhatəsində dostlarıyla vaxt keçirir.

Gənc qız satıcı işləməkdən yorulduğundan fahişəliyi seçib. Kişi müştərisi fahişələrlə dil tapmağın daha asan olduğunu, onların sayəsində qadını necə xoşbəxt etməyi öyrəndiyini dilə gətirir…

“Ekstremal situasiyalar kinosu”nun müəllifi adlandırılan Zaydl filmlərində real adamların qaranlıq, gizlin dünyalarını göstərir.

Filmdə şok effekti yaradan epizodlar çoxdur və iştirak edənlər real qəhrəmanlar, göstərilənlər real əhvalatlardır.

Təsvir olunan bütün zirzəmilər səliqəli, komfortludur. Bura onların sahiblərinin qaranlıq, sirli dünyalarının vizual ifadəsidir. Onlar zirzəmidə azaddırlar, olduğu kimidirlər: tutqularıyla, hobbiləriylə, tələbatlarıyla, ibtidai duyğularıyla...

Film fahişənin dar qəfəsdə çırpınmasıyla bitir. Bu, gizli dünyalarını aşkara çıxara bilməyən insanlara metafordur.

Digər filmlərində olduğu kimi burda da səhnələrə əlavə olaraq belə adlandırılan “Zaydl təsvirləri” çəkilib. Yəni, kadrlarda birbaşa kameraya baxan, hərəkətsiz adamlar göstərilir. Rejissora görə, yaxın təsvirlərdə insanlar boyasız-filansız görünür.

Filmin ideyası o, “İt günləri” sənədli filmini çəkəndə yaranmışdı. Onda rejissor müxtəlif evlərdə çəkiliş edəndə avstriyalıların zirzəmilərdə daha çox vaxt keçirdiyini görmüşdü. Fritzl hadisəsindən sonra isə o, ideyasını həyata keçirməyi qətiləşdirdi.

Jozef Fritzl 1984-cü ildən qızını zirzəmidə qapatmış, təcavüz etmiş və onların yeddi uşağı olmuşdu. Cinayətin üstü 2008-ci ildə açılmışdı.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi

Mobil telefonunu ailəsindən üstün tutan ata

Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu

# 1740 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #