Yazıçılarımızın sevdiyi aktyorlar - SORĞU

Yazıçılarımızın sevdiyi aktyorlar - <span style="color:red;">SORĞU
8 fevral 2017
# 08:30

Filmlərinə baxıb unuda bilmədiyimiz aktyorlar olur. Zaman keçdikcə həmin aktyorların oynadığı bütün filmlərə baxırıq və bir də görürük ki, artıq o aktyorlar da doğma adamlara çevrilib.

Bəs yazarlarımızın sevdiyi dünya və Azərbaycan aktyorları kimlərdir?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Anar

Image result for Anar rzayev

- Çarli Çaplin, Mirzağa Əliyev.

Əkrəm Əylisli

Image result for əkrəm əylisli

- Azərbaycandan Hamlet Xanızadə, Fuad Poladov, Səməndər Rzayev, Həsənağa Turabov. Dünyadan Jan Qaben yadımda qalan aktyordur.

Seyran Səxavət

Image result for seyran səxavət

- Sevdiyim aktyorlardan biri Azərbaycan sənətinin atributlarından nəhəng aktyor Fuad Poladovdur. Dünya kinosundan Jan Qabeni sevirəm.

Çingiz Əlioğlu

Image result for çingiz əlioğlu

- Dünyada ən sevdiyim aktyor Marlen Brondodur. Azərbaycanda isə Kamal Xudaverdiyev, Cəfər Namiq Kamal, Fuad Poladov, Fəxrəddin Manafov.

Səfər Alışarlı

Görüntünün olası içeriği: 1 kişi

- Məlum sitatda deyildiyi kimi, bu dünyada hər kəs bir aktyordur. Bəşəriyyət öz rolunu yaxşı oynayan, pis oynayan və ümumiyyətlə oynaya bilməyən aktyorlardan ibarətdir. Öz rolunu yaxşı oynayanlar həmişə çətinliklərlə üzləşib, çünki digərləri onlarla müqayisədə hər zaman özlərinin gərəksizliyini görür və buna görə əzab çəkirlər. Öz rolunu pis oynayanları heç kim görmür, onları ciddiyə almır, xırda-xuruşla yola verib başdan eləyirlər. Qaldı öz rolunu pis oynayanlar. Bunlar fantastik dərəcədə çevik, mobil və toplumsevərdirlər. Onlar cərəyan edən müxtəlifliyin arasında yeganə əlverişli təmayülü tapıb onun içində gizlənir və vaxtı çatanda birdən səhnəyə çıxıb öz mətnlərini gur səslə bağırırlar. Mətn isə məşhur əsərdəki dəyişilməz ikicə sözdən ibarətdir: “Kuşat podano!”

Əlisəmid Kür

Image result for əlisəmid kür

- Mel Gibson ən çox sevdiyim aktyordur. Azərbaycandan isə ən sevdiyim aktyor Yusif Vəliyev, sonra isə oğlum Qorqud Cəfərlidir.

Əsəd Cahangir

Image result for əsəd cahangir

- Marlon Brando, Yusif Vəliyev, Jan Qaben, Klint İstvud, Tosire Mifune, Entonu Hopkins, Jerar Depardye, Georgi Maxaraşvili, Mixail Ulyanov, Cüneyd Arkın, Regimantas Adamaytis, Mel Gibson, Bred Pitt və sair və sair...

Birini seçəsi olsam - Mel Gibson deyərdim. Birinci yerdə Mel Gibson durur.

İlqar Fəhmi

Image result for ilqar fəhmi

- Azərbaycan aktyorlarının içində Fuad Poladovun xüsusi yeri var mənim üçün. Vəfat edənlərdən isə Səməndər Rzayevi çox sevirdim. O ki qaldı dünya aktyorlarına, mənim aləmimdə bizim bir çox aktyorlarımız elə dünya səviyyəli aktyorlardı. Elə adını çəkdiyim sənətkarlar mənim üçün tək Azərbaycanın yox, ümumiyyətlə dünyanın ən qüdrətli aktyorları cərgəsindədir.

Qismət

Image result for qismət

- Bizdən Həsən Məmmədov, Yaşar Nuri, Səməndər Rzayev, Fuad Poladov... Əcnəbilərdən Entoni Hopkins, Endi Qarsiya, Robert De Niro, Ceremi Ayrons və s.

Rəbiqə Nazimqızı

Image result for rəbiqə nazimqızı

- Azərbaycanda Hikmət Rəhimov, İlqar Cahangir, Elşən Rüstəmov, dünyada Şon Konneri, Al Paçino... Bunlar heç. Amma bir sirr açım? İlk və son dəfə rus dilində şeir yazmışdım, "Santa-Barbada" teleserialında Meyson Kepvell rolunu oynayan Leyn Devisə həsr eləmişdim o şeiri. Leyn Moskvaya gəlmişdi, mən də bilmirəm necə oldusa şeiri rusca yazdım. Yılmaz Ərdoğan sevgimdən xəbərdarsınız, ona yazdığım doqquz bədii məktub var. Bir də, Okan Bayülgendir, amma onu da daha çox televizyonçu kimi sevirəm.

Ülviyyə Heydərova

Image result for ülviyyə heydərova

- Azərbaycandan Fuad Poladov, Fəxrəddin Manafov, Yusif Vəliyev. Turkiyədən Onur Saylak, Yılmaz Erdogan. Dünyadan Bred Pitt.

# 2698 dəfə oxunub

Oxşar xəbərlər

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər