Hacı Şahin cinsi azlıqlarla bağlı ittihamlara cavab verdi

Hacı Şahin cinsi azlıqlarla bağlı ittihamlara cavab verdi
6 may 2014
# 15:08

“Mənim dediklərimi səhv təqdim ediblər. Mənim fətva vermək səlahiyyətim yoxdur”.

Bu sözləri Kulis.az-a açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.

Hacı Şahin bildirib ki, o, bəzi müctehidlərin fikrinə əsaslanaraq cinsi dəyişməyin mümkün olduğunu söyləyib: “Bəzi insanlarda fiziki qüsurlar olur. Belə qüsurla dünyaya gəlirlər və müəyyən yaş dövründən sonra bu qüsur özünü göstərir; kişilərdə qadınlaşma, qadınlar isə kişiləşmə gedir. Təbii ki, burda mövqe birmənalı deyil. Bəzi şəriət alimləri var, onların hökmünə görə mütəxəssis rəy bildirsə ki, bu insanda hormonal pozğunluq var, tibbi müdaxilə lazımdır, o zaman əməliyyat edib cinsi dəyişmək mümkündür. Yenə deyirəm, bu şəriət məsələsidir. Və şəriətin birmənalı hökmü deyil. Şəriət alimlərinin bir qisminin fikridir. Təəssüf ki, indi bu fikri bildirən alimlərin adlarını xatırlamıram. Mən bunu desəm də, deməsəm də şəriət kitablarında yazılıb, var. Təkrar edirəm, bu kütləvi hal ala bilməz. Kim kefi istəsə, cinsini dəyişə bilməz. Biz yazılanları deyirik. Müasir məsələlər meydana çıxır, bizə bu cür suallar verirlər. Biz də şəriət alimlərinin fikirlərini çatdırırıq”.

Daha sonra Hacı Şahin bildirib ki, bu o demək deyil din insanları cinsini dəyişməyə təşviq edir. Bunu islamın fikri kimi də qəbul eləmək olmaz: “Bəzi alimlərin fikri bu cürdür. Bəzi alimlər var, cinsi dəyişməyi qadağan edir, bəzi alimlər isə qadağan etmir. İstənilən elmdə bu cür mübahisəli məsələlərdə fikir ayrılıqları olduğu kimi fiqh elmində də fikir ayrılığı mövcuddur.

Hacı Şahin cinsini dəyişən müsəlmanın məscidə gedib-gedə bilməməsi barədə də fikirlərini bildirib: “Cinsi dəyişmək hökmünü yazan alimlərin fikrincə kişi və yaxud qadın cinsini dəyişdikdən sonra artıq onun haqqında əvvəlki hökmlər qüvvədən düşür. Kişi qadın olubsa qadın kimi, qadın kişi olubsa kişi kimi məscidə gedir, ibadətini edir”.

Sosial şəbəkələrdə haqqında yayılan fikirlərə münasibət bildirən axund bundan sensasiya yaratmağa ehtiyac olmadığını deyib: “Çünki bu təzə məsələ deyil. Özü də bunu elə təqdim edirlər ki, guya mən fətva vermişəm. Kimlərsə öz maraqları üçün sosial şəbəkələrdə bunu yayırlar. Bizi tanıyan tanıyır, mövqeyimizi də bilir”.

# 8002 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər