Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirilib

Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirilib
7 aprel 2014
# 10:26

Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcidin yenicə çapdan çıxmış “Dəlicəsinə” kitabının təqdimatı keçirilib.

MŞ-nın mətbuat xidmətindən verilən xəbərə görə, mərasimdə şuranın İdarə Heyətinin üzvləri, R. Məcidin sənət dostları, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, R. Məcidin təbiəti üçün xarakterik olan geniş diapazon, incə duyum tərzi onun yaradıcılığının da aparıcı həlqəsini təşkil edir. Müəllif jurnalistikaya, publisistikaya və lirikaya eyni dərəcədə yaxın olmağı, mövcud istiqamətdəki proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir. Bu keyfiyyətin daşıyıcısı olmaq hər sənət adamına nəsib olmur. R. Məcidin yeni çapdan çıxmış kitabı da onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşımaqdadır. Kitabın bölümlərinə nəzər salanda da bunu görmək mümkündür.

Təqdimat mərasimində R. Məcid bildirib ki, ətraf aləmdə baş verən hadisə və proseslər barədə düşünməyin, dolğun mühakimə yürütməyin, söhbətlərdən, mükalimələrdən həzz almağın vaxt imkanlarının məhdud olduğu indiki zamanda unudulmayan insanların mövcudluğu çox vacibdir. “Bu gün həmin insanların bir çoxu buradadır. Əslində kitab da Sizlər barədədir. Sizlər mənim həyatımın tərkib hissəsisiniz, ayrılmaz parçalarısınız”, - deyən R. Məcid toplantı iştirakçılarına təşəkkürünü bildirib.

“Dəlicəsinə” kitabının ön söz müəllifi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli R. Məcidi publisistikanı bədii ədəbiyyatla birləşdirməyi bacaran sənət adamı kimi xarakterizə edib. “Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay çıxışına R. Məcidlə ilk tanışlıq dövrünə ekskursla başlayıb.

“Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də tədbirdə çıxış ediblər.

525.az

# 2928 dəfə oxunub

Oxşar xəbərlər

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
“Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi?

“Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi?

14:00 18 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər