Vüqar Tofiqlinin “Qarabağın ağ damı” kitabı nəşr olunub

Vüqar Tofiqlinin “Qarabağın ağ damı” kitabı nəşr olunub
10 dekabr 2012
# 15:42

Qarabağ mövzusuna həsr olunmuş növbəti kitab işıq üzü görüb. Vüqar Tofiqlinin müəllifi olduğu kitaba müəllifin son illər yazdığı esse, məqalələr və fikir düşüncələri daxil edilib.

Müəllifin APA-ya verdiyi məlumata görə, “Qarabağ yazıları” silsiləsindən olan bu yazılar “525-ci qəzet”də və “Modern.az” saytında işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin ön söz yazdığı kitab “MHS-Poliqraf” nəşriyyatinda çap edilib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə nəşr edilən kitabın redaktoru Fəxri Uğurludur.

Qeyd edək ki 2011-ci ildə müəllifin Qarabağa həsr olunmuş ilk tədqiqatı dünyada ikinci sayılan Ağdam Çörək Muzeyinin yaranması və fəaliyyətinə həsr edilib.

Xatırladaq ki, V.Tofiqli 2001-ci ildən QHT sektorunda fəaliyyət göstərir. 2004-cü ildən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında çalışır. 2009-cu ildən Söz Azadlığını Müdafiə Fondunun icraçı direktorudur.

# 2665 dəfə oxunub

Oxşar xəbərlər

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

18:40 23 iyul 2026
"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

17:00 23 iyul 2026
Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

14:00 19 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər