Naməlum uçan obyekt görən azərbaycanlıya niyə inanmadılar?

Naməlum uçan obyekt görən azərbaycanlıya niyə inanmadılar?
24 sentyabr 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində 1976-cı ildə çəkilən “Günlərin bir günü” almanaxını təqdim edir.

Almanax iki filmdən ibarətdir. “Süita” adlanan birinci novellanın rejissoru Rüstəm İbrahimbəyovdur.

Süjet: Novellanın qəhrəmanı gənc kişi (Vladimir Vorobyov) dənizdə xilasedici işləyir. O, peşəsinin vurğunudur. Dənizdə üzənləri yorulmadan nəzarətdə saxlayır, boğulanları bir göz qırpımında xilas eləyir. Günlərin bir günü o, yaxınlıqda yaşayan qıza vurulur. Daima qızı düşünür, onunla bağlı xəyallara, arzulara dalır və sevgisi onu işindən yayındırmağa təhrik edir. Qıza o qədər aludə olur ki, dənizdə gənc kişinin boğulması onun gözündən yayınır. Amma qəhrəman özünün vaxtında yetirir və kişini xilas edir. Sonra məlum olur ki, kişi onun sevdiyi qızın sevgilisi imiş...

Vikipediyada yazılır ki, "Süita"nın əsas qayəsi insanın öz peşəsinə vicdanlı münasibətinin təsviridir. Sadəcə, (ssenari müəllifi Revaz Qabriadzedir) qəhrəmanın öz peşəsinə sadiqliyini, vicdanlı münasibətini qadına vurğunluğu, sevgisi ilə müqayisə edilərək qabardılması uyğunsuz təsir bağışlayır. İlin-günün sülh, əmin-amanlıq vaxtında qəhrəmanı belə primitiv seçim (peşə, yoxsa sevgi) qarşısında qoymaq qeyri ciddi, əsaslandırılmamış görünür.

Bir növ belə təəssürat yaranır ki, qız Həvvanın prototipidir. Epizodlardan birində qız işvəylə qarpız yeyərək oğlana qaş-göz edir, yanına çağırır və oğlan ona uyub vəzifə yerini tərk eləmək istəyəndə qayığın batdığını görür.

“Süita” səssiz film üslubunda çəkilmiş poetik hekayədir. Musiqi həlli təsvirə tam adekvatdır, dialoqa ehtiyac yoxdur. Jorj Bizenin “Karmen” operasından və Rodion Şedrinin musiqisindən istifadə olunub. Musiqi personajların əndişəsini, narahatlığını, kədərini dəqiq ifadə eləyir, təsvirin təsir gücünü artırır, dolğunlaşdırır.

Ən maraqlısı Habil Əliyevin Baxın “Tokkata”sının kamanda ifa etməsidir. Süjet xəttində ara-sıra əsəri çalan H.Əliyev görünür. Bu əsər əhvalatın ümumi ovqatını ifadə edir, həm də ifaçı qəhrəmanın həyatına sanki, müəllif baxışı edir.

İkinci novella "Günlərin bir günü" adlanır.

Süjet: Komediya janrında olan əhvalatda perspektivli elmi işçi (Semyon Farada) səhər erkəndən balkona çıxanda səmada naməlum obyekt görür. O, həyəcanlanır, arvadını (İnarə Quliyeva) yuxudan oyadır. Amma arvadı eyvana çıxanda artıq naməlum obyekt yoxa çıxır. O, eyforiyada gördüyü kosmik gəmi haqda hər yerdə danışır. Küçədə gördüyü tanış-bilişinə, qonşularına, qayınatasına, idarə rəhbərinə, iş yoldaşlarına. Bütün günü radio dinləyir ki, bəlkə bu haqda məlumat verilə. Ona heç kəs inanmır, məsxərəyə qoyurlar. İdarə rəhbərliyi onu tənbeh edərək ciddi işlə məşğul olmağı məsləhət görür.

Ətrafın psixoloji təzyiqindən onun psixikası pozulur. Qəhrəman sonda təngə gəlib naməlum obyekti görmədiyini deyir.

Axırda məlum olur ki, naməlum obyekti təkcə o yox, başqası da görüb. Amma onları inandırmağa çalışırlar ki, gördükləri uçan boşqab yox, sadəcə işıq effektidir.

Ən yaxşı halda isə onların fantaziyalarının məhsuludur.

Novellalarda hər şeydən əvvəl insan tənhalığı, anlayışsızlıq problemi qoyulur. Birinci qəhrəman həm cismən, həm mənən tənhadır. İkinci qəhrəmanın ailəsi, uğurlu karyerası olsa da, o, mənən də tənhadır. “Günlərin bir günü” novellasında belə təsirli yer var: qəhrəman yeniyetmə oğlu ilə bu haqda danışanda, uşaq onu dinləmir, hokkey oynayan dostlarına diqqət kəsilir və qol vurulanda atasının sözünü ağzında qoyub dostları tərəf qaçır.

Film onunla başlayır ki, ilk epizodda hər iki novellanın qəhrəmanı bir araya gəlir. Çünki uçan boşqabı görən ikinci adam dənizdəki xilasedici olur.

İkinci novellanın rejissoru Yuli Qusman, ssenari müəllifi Maqsud İbrahimbəyovdur.

# 3847 dəfə oxunub

Oxşar xəbərlər

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

16:00 15 noyabr 2026
"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

13:45 15 noyabr 2026
"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər