Mehriban Ələkbərzadəyə SƏRT İTTİHAMLAR

Mehriban Ələkbərzadəyə <span style="color:red;">SƏRT İTTİHAMLAR
20 fevral 2015
# 13:43

Hüseyn Cavidin “Topal Teymur” pyesi əsasında hazırlanmış “Əmir Teymur” tamaşasının rejissoru Mehriban Ələkbərzadənin tamaşanın adı ilə bağlı verdiyi açıqlamalar polemika yaradıb.

Kulis.a yazıçı Mehriban Vəzir və cavidşünas alim Azər Turanın fikirlərini təqdim edir.

Mehriban Vəzir:

“Mənim fikrimcə, klassik ədəbiyyata toxunmaq, başqasının əsərinə müdaxilə etmək lazım deyil. Qoy özləri əsər yazıb, istədiyi adlarla tamaşaya qoysunlar. Hüseyn Cavidin əsərinə müdaxilə etmək olmaz. O ki qaldı, “Hüseyn Cavid filan sözü deyə bilməyib, ona görə filan sözü deyib, bununla əsəri mühafizə edib” kimi söhbətlərə... Bunlar professional söhbətlər deyil. Heç kim deyə bilməz ki, filan yazıçı bunu filan səbəbə görə yazıb. Bu, uzağı bizim subyektiv zənnimiz ola bilər. Obyektiv olan isə müəllifdi, tarixdi. Mehriban Ələkbərzadənin dedikləri tarixə qeyri-peşəkar yanaşmadır. Bu, uydurulmuş bəraətdir. Ötən əsrdə yaşamış bir adam haqqında “o belə düşünürmüş ki, onlar belə düşünərlər və heç də belə deyilmiş...” demək doğru deyil. Hardan bilirik? Hüseyn Cavid bu barədə yazılı bir fakt qoymuş olsa, o mənbəyə əsasən danışmaq olardı. “Teymurlar yetişəcəkdi, yetişmədi, türk dünyası belə oldu”... Bunu Mehriban Ələkbərzadə haradan bilir? Əcaib səslənir.

Bir də, sənət əsərində ideologiya olması düzgün deyil. Qaldı “Topal Teymur”da Turançılıq ideyası... Bilirsiniz, Hüseyn Cavid çox gözəl bilirdi ki, Azərbaycan tarixi türk dünyası kontekstindən ayrılıqda öyrənilə bilməz. Bu, bütöv bir tarixdir və tək götürülə bilməz. Bu, onun yanaşmasıdır və məncə düzgün yanaşmadır. Və bir də deyirəm, kimsənin Hüseyn Cavid adından danışmağa haqqı yoxdur”.

Azər Turan:

Hüseyn Cavidin özü “bir cümləmə, bir sözümə toxunulmasın” deyib. Hüseyn Cavid mətnini, sözünü dəyişməyi, redaktə etməyi özü qadağan etmişdi. “Topal” ləqəbinə gəlincə... Əvvəla deyim ki, “topal” sözünün heç bir aşağılayıcı, ya da alçaldıcı çaları yoxdur. Hüseyn Cavidin özünün də Teymura “topal” deməsi onu aşağılaması demək deyil. Əbdülhaq Hamidin əsərində də Teymur Topal adı ilə gedir və qəhrəman kimi göstərilir, o obrazda aşağılayıcı bir nişanə yoxdur.

“Topal Teymur” əsərində H.Cavidin əskidən gələn düşüncəyə dirənişi var. Bilirsiniz belə bir fikir var idi o zaman ki, Şərqdən Qərbə doğru barbar bir hərəkat gəlir. Cavid də bu əsərdə o düşüncəyə qarşı çıxırdı, əslində Şərq dünyasının heç də barbar olmadığını isbatlayan əsər yazmışdı. Bu əsərin ideyası da Cavidin bütün əsərlərində olduğu kimi ədalət və məhəbbət konsepsiyası idi. Mən o tamaşaya da baxmışam, fikirlərimi ayrıca yazacağam”.

# 1941 dəfə oxunub

Oxşar xəbərlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Gülab - Qərib Mehdinin hekayəsi

Gülab - Qərib Mehdinin hekayəsi

15:00 21 yanvar 2026
Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti  - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

10:00 21 yanvar 2026
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

15:00 20 yanvar 2026
Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

12:00 19 yanvar 2026
Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

15:00 18 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər