Bu teatrda rol oynamırlar...

Bu teatrda rol oynamırlar...
4 iyun 2013
# 09:51

Aliyə

Sənədli pyeslər teatrı (teatr.doc) bir neçə dramaturq tərəfindən 2002-ci ildə yaradılıb. Fəaliyyətə Moskvanın mərkəzində, yaşayış yerinin zirzəmisində başlayıb. İvan Vırıpayev və Maksim Kuroçkin tərəfindən təməli qoyulan teatrın səhnəsini onlar elə zibillikdəki taxtalardan qurublar. Bu özəl azad kollektiv layihədir. Könüllülərin işinə əsaslanan fəaliyyətlə məşğuldur.

Teatr.doc-un tamaşalarının əksəriyyəti sənədli teatr janrındadır. Həqiqi mətnlərə, müsahibələrə, real insanların taleyinə əsaslanan sənədli teatr aktual sosial analiz və sənətin qovşağında meydana gələn xüsusi bir janrdır.

Yaradıcı qrup tamaşanı bizi əhatə edən aktual mövzulara, real insanlarla görüşlərə əsaslanaraq hazırlayırlar. Real insanların şahidliyi, verbatim texnikası (bədii, ənənəvi pyesdən imtina edərək sənədli, əsasən müsahibə formatında pyeslər) «dərin improvizə», teatral oyun və treninqlər bu janrın ayrılmaz parçalarıdır.

Teatr üçün yazılmış sənədli pyeslər «Yeni dünya», «Oktyabr», «Xalqlar dostluğu», «Kino sənəti» jurnallarında dərc olunur.

Bəziləri onun haqqında – «teatr.doc əsl qaralamadır» deyirlər. Halbuki teatrın öz texnika və prinsipləri var.

«Məsələn, bir dəfə bizə bomjlardan müsahibə götürmək tapşırığı verilmişdi - deyə teatrın heyətindən olan Rodionov xatırlayır – biz “Üç vağzal” meydanına yollandıq. Alınan materialdan iki-üç tamaşa düzəltdik, onlar bizə ortabab göründü. Biz onu «əsl pyes»ə çevirəndə isə başa düşdük ki, materialı elə o ortabab vəziyyətdə saxlamaq lazım idi».

Bu teatrda teatr illüziyası yaradan hər şeydən imtina ediblər- qrim, dekor, musiqi… bir sözlə bu əsl asketik bir teatrdır. Onların şüarı «bu teatrda oynamırlar»dır.

Əvvəlcə onlar xüsusi maraq oyadan mövzuları, qəhrəmanları seçirdilər – geylər, qasterbayterlər (əmək miqrantları), residivist qadınlar və s. sonralar onlar adi adamları satıcılar, şaxtaçılar, sanitarlar və s. səhnəyə gətirdilər.

Teatrın səhnəsində kriminal əhvalatlardan vətəndaş mövqeyinədək hər cür əhvalatlar vardı. İndisə teatr psixologizmə istiqamətlənib. Bütün eksperimental teatrlar da olduğu kimi.

Teatrın tamaşaları içində siyasi satiralar da az deyil: Nobel mükafatlı İtalyan dramaturqu Dario Fo “İkihissəli anomaliya” əsərini yazanda və ora Putinin və Berluskoni personaylarını salanda pyesin Rusiyada oynanılacağını təxmin etmirdi.

Bu Nobeli ona 1997-ci ildə “məhz orta əsr təlxəklərinin ənənələri ilə avtoritet və hakimiyyəti ifşa etdiyi və əzilənlərin haqqını müdafiə etdiyi üçün” almışdı. Rejissor Varvara Faer ruscaya təbdil edib. “BerlusPutin” adlı tamaşada Putin və Berluskoni del arte üslubunda personajlaşdırılıb. 2003-cü ildə Dario Fo bunu arvadı Franka Rame ilə oynamışdı. Hətta tamaşa tələbata görə hökümətin maneələrinə baxmayaraq yerli telekanalda da göstərildi.

Əgər orijinalda mərkəzi fiqur Berluskonidirsə, teatr.doc.un tamaşasında bu, Putindir. İmprovizələr üçün yer qoyulan pyesdən teatr.doc.un heyəti gen-bol yararlanıb. Bu kəskin satirik komediya uğurla oynanıldı və hətta ötən ay “Qızıl Maska”nın nominantı oldu.

# 3798 dəfə oxunub

Oxşar xəbərlər

Nasistlərin  "degenerativ sənət" adlandırdığı tablo - Oskar Şlemmerin "Bauhaus pilləkəni"

Nasistlərin "degenerativ sənət" adlandırdığı tablo - Oskar Şlemmerin "Bauhaus pilləkəni"

13:50 4 sentyabr 2026
"Çırpınırdı Qara dəniz, baxıb türk bayrağına!" - Məşhur mahnı necə yarandı?

"Çırpınırdı Qara dəniz, baxıb türk bayrağına!" - Məşhur mahnı necə yarandı?

15:30 3 sentyabr 2026
Təbiətlə ilahi dünya arasında mistik körpü - Serafin Luinin "Həyat ağacı"

Təbiətlə ilahi dünya arasında mistik körpü - Serafin Luinin "Həyat ağacı"

14:00 3 sentyabr 2026
Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri  - Anri Russonun "Yatmış qaraçı qadın"ı

Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri - Anri Russonun "Yatmış qaraçı qadın"ı

13:30 2 sentyabr 2026
Sədaqət, itaət və  andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

Sədaqət, itaət və andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

16:30 1 sentyabr 2026
"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

17:00 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər