Gənc yazar Cəlil Cavanşirin və rejissor Orxan Əlinin ssenarisi əsasında “Baş rolda mən” adlı filmin çəkilişləri başlayıb. Bakının müxtəlif məkanlarında çəkilməsi nəzərdə tutulan filmin yaradıcı kollektivi əsasən gənclərdən ibarətdir. Filmin quruluşçu rejissoru Orxan Əli, rejissoru Elçin İbrahimov, rejissor assistenti Səbuhi Tağzadə, operatoru Emin Şahverdizadədəir. Baş rollarda Nura Adıgözəlli, Aysel Sadıqova, Vasim Seyfullayev, Cəlil Cavanşir çəkiləcəklər.
Orxan Əlinin Kulis.az-a verdiyi məlumata görə filmin oktyabr ayında hazır olacağı gözlənilir: “Yaradıcı kollektivimiz çox fədakardır. Ancaq maliyyə sıxıntılarına görə ardıcıl işləyə bilmirik. İlkin çəkilişlərimiz çox uğurlu alındı. Ümid edirəm ki, kollektivimizlə birlikdə uğurlu bir film ərsəyə gətirə biləcəyik. Film sənətdə uğursuzluğa düçar olmuş gənc aktyorun yaşadıqlarından bəhs edir. Sevgi, sənət, uğursuzluq filmin əsas mövzusudur. Eyni zamanda sənətin xilas yolu olduğunu da çatdırmağa çalışacağıq".
Filmin ssenari müəllifi Cəlil Cavanşir də filmlə bağlı fikirlərini bölüşüb: “Orxan Əli gənc və bacarıqlı rejissordur. İndiyə qədər kifayət qədər uğurlu işləri olub. “Baş rolda mən” filmi onun ilk böyük işi olacaq. Ssenarini birlikdə yazmışıq. İdeya ondan gəlib, mən bədiiləşdirmişəm. Eyni zamanda böyük sevgiylə yaratdığım obrazlardan birinə çəkilməyimi təklif etdilər, mən də qəbul etdim. İlk çəkiliş gününü mənim üçün çətin keçsə də, oyunumdan razı qaldılar. Ümid edirəm ki, “Baş rolda mən” filmi maraqla izləniləcək və “Azərbaycanda film çəkilmir” deyənlərə yaxşı cavab olacaq. Orxanın var gücü ilə çalışmağı, ən minimum şərtlərlə həvəslə işləməsi məndə böyük inam yaradır".
“Baş rolda mən” filminin çəkilişləri başladı - FOTOLAR
Oxşar xəbərlər
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi
12:46
4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair
15:00
3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi
11:00
3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi
10:00
3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?
13:00
1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri
12:00
1 noyabr 2026