Anar Hüseynzadənin "Abşeron nağılı” adlı sərgisi açılıb

Anar Hüseynzadənin "Abşeron nağılı” adlı sərgisi açılıb
21 fevral 2018
# 16:28

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış azərbaycanlı rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət "Abşeron nağılı” adlı sərgi açılıb.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib.

Qeyd edilib ki, hələ altı yaşından rəssamlığa meyil göstərən A. Hüseynzadə məktəblilər üçün dərnəklərdən başlayaraq rəngkarlıq sənəti ilə dərindən məşğul olmağa başlayıb və təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.

İndiyədək rəssamın əsərlərinin dünyanın müxtəlif ölkələrində sərgiləndiyini və şəxsi kolleksiyalarda saxlandığını diqqətə çatdıran L.Qasımova 2014-cü ildə rəssamın ilk fərdi sərgisinin də açıldığını söyləyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən 2007-ci ildə BMT-nin İsveçrə bölməsində yaradılan "Azərbaycan otağı”na rəssamın "Qədim şəhər” əsəri təqdim edilib.

Bildirilib ki, A.Hüseynzadənin yaradıcılığında əsas hədəf öncədən təyin edilmiş sərhəd və çərçivələrdən kənara çıxmaq, Qərb və Azərbaycan arasında rənglərin köməyi ilə özünəməxsus məkan yaratmaqdır. Rəssamın əsərlərində Abşeron, Bakı, İçərişəhər mövzuları, eləcə də sadə insanların təsvirlərindən ibarət portretlər və fəlsəfi mövzular rənglərin dili ilə təqdim olunur. Texniki ustalıq, rəng seçimi və istifadə edilən təsviri metodlar rəssamın əsərlərinin daha da cəzbedici olmasına şərait yaradır.

Rəssam Anar Hüseynzadə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində ilk fərdi sərgisinin açılmasından məmnun olduğunu bildirib və Azərbaycan Mədəniyyət Mərkəzinə göstərilən dəstəyə görə təşəkkür edib.

Sonra Avstriyada yaşayan gənc azərbaycanlı musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) musiqi proqramı ilə çıxış ediblər.

# 2565 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər