Rəşad Məcidin şeirlər kitabı İtaliyada təqdim olunacaq

Rəşad Məcidin şeirlər kitabı İtaliyada təqdim olunacaq
3 iyul 2015
# 10:36

Rəşad Məcidin italyan dilində “O” adlı şeirlər kitabı Milanda təqdim olunacaq.

Lent.az-ın məlumatına görə, şeirləri İtaliyan dilinə Azərbaycanın dostu, italiyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, Vladimir Delman adına xorun bədii rəhbəri, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvü Davide Qualtieri, İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında çevirib. Kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. Kitab Davide Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və Qualtierinin şeirlər haqda essesi verilib.

Qeyd edək ki, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası 11 - 12 iyul 2015-ci il tarixlərində Milan şəhərində sözü gedən kitabın təqdimatını təşkil edəcək. Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin də dəstəklədiyi bu tədbirlər 11 iyulda Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasında, 12 iyulda isə Milanın Palazzo Marino konfrans zalında keçiriləcək.

Tədbirlərə Azərbaycanın İtaliyadakı səfirliyi ilə bərabər həm də Milan Konservatoriyasının tələbələri, İtaliyada yaşayan həmyerlilərimiz, ali məktəblərin professor heyəti, sənət adamları o cümlədən yazıçı və şairlər Mədəniyyət üzrə Milan Bələdiyyəsindən rəhbər heyəti də dəvət edilib. Eyni zamanda Azərbaycandan da nümayəndə heyəti - Xalq yazıçısı Anar, Akademik İsa Həbibbəyli, kitabın müəllifi Rəşad Məcid, Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçılar Günel Anarqızı, Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu tədbirə qatılacaqlar.

Xatırladaq ki, ötən il fevral ayında xalq şairi Fikrət Qocanın italyancaya tərcümə olunmuş şeirlərindən ibarət kitab da Milan şəhərində italyan oxucularına təqdim edilib.

# 2432 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər