Dindar aktyorlar öpüşə bilərmi? RƏY

Dindar aktyorlar öpüşə bilərmi? <span style="color:red;">RƏY
21 noyabr 2014
# 17:03

Din və sənət. Bu ifadədəki “və” həm ardıcıllıq, amma həm də ziddiyyət bağlayıcısı ola bilər. Teatrda dini ibadətlə məşğul olan onlarla aktyorlar var. Aktyorluq sənətinin şərtləri ilə dinin prinsipləri üst-üstə düşmürsə, onda necə?

Kulis.az ilahiyyatçı Elşad Miriyə bu mövzuda suallar ünvanlayıb:

- Elşad bəy, teatrda, kinoda hansısa fiziki təmaslar ümumiyyətlə, səhnədə yaşananlar dini nöqteyi nəzərdən necə qəbul olunur?

- Harada işləməyindən asılı olmayaraq, insanların məhrəmi və naməhrəmi olur, vəssalam. Normal bir kişi normal həyatda öz ailəsinə rəva bilmədiyini teatrda və ya başqa yerdə kiməsə necə rəva görə bilər?

Dünən maraqlı bir xəbər oldu: Elnarə adlı bir müğənni açıqlama verdi ki, mən oğluma müğənni qız almaram. Niyəsini soruşanda dedi ki, özünüz bilirsiniz... Müğənni kimin nə olduğunu bildiyinə görə belə deyirsə, sabah da bir aktyor və ya bir aktrisa ilə bağlı... Təmas varsa, günah günahdır. Və dində hansısa sənətə- aktyorluğa və ya aktrisalığa görə imtiyazlar yoxdur.

- Bəs tutalım ki, filmlərdə hansısa açıq, erotik səhnələrdə müxtəlif texnologiyalardan istifadə olunması necə? Bədən səthini örtən təbəqələr, məsələn yastıqlar varsa...

- Normal həyatda qadağan olunan başqa yerlərdə də, başqalarına da qadağandır. Aktrisa və ya aktyor olmağın fərqi yoxdur. Kino xatirinə olsa belə hansısa təmaslar və ya naməhrəmlə bir yorğanın altına girmək, haramdır...

Məsələ insanı zinadan çəkindirməkdir. Allah Quran Kərimdə “Zina etməyin!” demir. Zinaya aparan yolları qadağan edir. Deyir ki, zinaya yaxınlaşmayın. Yəni, zinaya aparan yolların qarşısını almaq üçün Allah müəyyən hökmlər qoyub. Məsələn, bir qadın və bir kişi təklikdə gizli olması doğru deyil. Kəbinləri yoxdursa, bir yerdə olmaları, bir-birinə toxunmaları doğru deyil. Bir aktrisa da namaz qılıb savabını qazanırsa, naməhrəmlə təmasda da günahını qazanır və bu, onun öz işidir. İslam dini ümumi prinsiplər qoyur və harada çalışmasından, vəzifəsindən asılı olmayaraq, halal halaldır, haram haramdır.

- Dindar bir insan sənətlə hansı şərtlərlə məşğul ola bilər? Məsələn, baletlə?

- Dində hansı işdə işləmək olar, hansında olmaz deyə bir məhdudiyyət yoxdur. Din prinsipləri, sərhədləri, xətləri çəkib, sonra ixtiyarı insanın özünə buraxır. Yəni, seçim insanın öz əlindədir, hansını istəsə özü bilər. İnsan özü bilir ki, hansı işin hansı özəllikləri, hansı prinsipləri var, buna uyğun olaraq da qərar verir. Siz baleti soruşursunuz. İstər teatr olsun, istər balet olsun, məsələyə dəxli yoxdur. Ümumi prinsip birdir. Bədənin müxtəlif üzvlərini göstərmək qadına da kişiyə də haram buyurulub. Nə halaldır, nə haram o bəllidir. Formanın məsələyə dəxli yoxdur. Biri soruşa bilər ki, mən internetlə onlayn kiminsə pulunu oğurlamışam, bu haram sayılırmı? Oğurluq haramdırsa onun hansı formada edilməsinin məsələyə dəxli yoxdur...”

# 5091 dəfə oxunub

Oxşar xəbərlər

Yoxsulluq içində ölən bəstəkar – “Qırmızı rahib” niyə 150 il xatırlanmadı?

Yoxsulluq içində ölən bəstəkar – “Qırmızı rahib” niyə 150 il xatırlanmadı?

16:00 28 iyul 2026
Milyonlarla uşağın sevdiyi qəhrəmanı yaradan qadın kim idi?

Milyonlarla uşağın sevdiyi qəhrəmanı yaradan qadın kim idi?

15:00 28 iyul 2026
Vasif Adıgözəlov kimdir? - Qara Qarayevin ən istedadlı tələbələrindən biri

Vasif Adıgözəlov kimdir? - Qara Qarayevin ən istedadlı tələbələrindən biri

12:30 28 iyul 2026
Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

19:00 27 iyul 2026
14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

18:30 27 iyul 2026
Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?

Nobeli yatağında qazanan şair – O, niyə şeytana şeir həsr etmişdi?

18:00 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər