Cinsi problemi olan oğlan haqqında Azərbaycan filmi

Cinsi problemi olan oğlan haqqında Azərbaycan filmi
12 avqust 2017
# 09:10

Kulis.az “Naməlum kino” layihəsində Şamil Nəcəfzadənin 1998-ci ildə çəkdiyi “Hotdoq” qısametrajlı filmini təqdim edir.

Süjet: Əhvalatın mərkəzində gənc bir oğlanın (Aqil.M.Quliyev) cinsi problemi dayanır.

O, sevdiyi qızla (Mədinə Mullayeva) görüşmək üçün onun evinə gedir. Onlar sevişirlər, oğlan orqazma çatan anda qızın Matilda adlı iti arxadan ona cumur. Və oğlanın kürəyini cırmaqlayır. Növbəti görüşdə də onun intim münasibəti alınmır. Həmin gündən gənc oğlan cinsi zəifliklə bağlı problem yaşamağa başlayır.

O, kişi kimi özünə əminliyi itirir, qızla görüşdən qaçır. Onun duyuq düşməməsi üçün guya həyatında başqa qadınların olduğunu deyir.

Əvvəlki vəziyyətinə qayıtmaq üçün o, “Çin erosu” adlı elmi-bədii kitabdakı qaydaları tətbiq edir, amma faydası olmur.

Qəhrəmanın düşdüyü vəziyyət onda paranoya meydana gətirir. Şəhərin küçələrində rastlaşdığı qədim binalardakı uzunsov memari detallar, teleqüllə, qısası, fallos simvoluna bənzər hər şey ona cinsi zəifliyini xatırladır. Hətta kitab dükanında da satıcı qızın əlindəki toz təmizləyən şotka gözünə fallos kimi görünür.

Yaxud küçənin ortasında it şəkli çəkib onu tapdalayır.

Nəhayət, gənc oğlan həkimə gedir. Həkim (Cəmil Quliyev) ona açıq havada gəzməyi, çoxlu qoz yeməyi, az düşünməyi məsləhət görür.

Sonda qəhrəman belə qərara gəlir ki, cinsi zəifliyinə it səbəb olduğu üçün bu, sadəcə psixoloji problemdir. O, psixoloji problemini adlamaq üçün “Gənc kinoloq” kitabını oxuyur. Və bu ona itlə neçə dostlaşmağa yardım eləyir. Beləcə, qəhrəman Matilda ilə dostlaşır. Qızla növbəti görüşdə də intim münasibəti alınır.

Filmdə maraqlı yaradıcı heyət işləyib. Ssenarini Orxan Fikrətoğlu və Şamil Nəcəfzadə yazıb. Orxan Fikrətoğlu yazıçıdır, ssenaristdir, əslində geniş təqdimata ehtiyacı yoxdur. Şamil Nəcəfzadə rejissor və kino rəssamıdır. Ayaz Salayevin “Yarasa”, Oqtay Mirqasımovun “Cin mikrorayonda” və s. filmlərdə rəssam kimi çalışıb. “Qala”, “Qısa monoloqlar” və daha bir neçə filmin rejissordur.

Operator Adil Abbasov VQİK-i bitirib, bır sıra bədii və televiziya filmlərin operatordur.

Ona görə müəllifləri xüsusi qeyd edirəm ki, nüfuzlu kino adamlarının qatıldığı layihə son nəticədə keyfiyyətsiz bədii məhsula çevrilib.

Məsələ ondadır ki, komediya, dram janrının elementləri üzərində qurulan film bir gəncin cinsi probleminin çərçivəsindən geniş kontekstə keçə bilməyib. İki ssenaristin işlədiyi film ən azı psixoloji qatda işlənmir, qadınla kişinin münasibətlərində insan dramına, ümumiyə, mənəvi olan nəyəsə çevrilmir. Yəni məsələ son dərəcə şəxsi, lokal müstəvidə qalır və gəncin seksual problemi fizioloji səviyyədə təsvir edilir.

Filmin məqsədi, topluma vermək istədiyi mesaj nədir anlaşılmır. Qəhrəmanın hamamda öz cinsi gücünü yoxlamaq üçün onanizmlə məşğul olması bir azərbaycanlı aktyor üçün cəsarətli səhnədir. Fəqət bu cəsarət nəyə xidmət edir? Ümumi dramaturji materialda məqsədi nədir? Müəlliflər bu suallara cavab vermirlər.

Əvəzində filmdə bolluca yataq səhnəsi var. Bu, yəqin ki, intim münasibətlərin çox yer aldığı və intimliyi daha açıq təsvirlə göstərən yeganə milli filmdir. Finalda Adil Abbasov intim səhnədə detal planları estetik işləyib. Musiqi həlli xalq mahnılarının modern yozumu əsasında edilib, hətta intim akt xalq mahnılarının sədaları altında verilir.

Film “Limaş sinema” studiyasında istehsal olunub.

# 1138 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #