Əsəd Cahangir tamadadır – SORĞU

Əsəd Cahangir tamadadır – <span style="color:red;">SORĞU
8 iyul 2015
# 09:31

"Azərbaycan" jurnalının iyun sayında Əsəd Cahangirin moderatorluğu, Çingiz Əlioğlu, İlqar Fəhmi, Rüstəm Kamal, Elnarə Akimova və Bəsti Əlibəylinin iştirakı ilə ədəbi-tənqidlə bağlı dəyirmi masa keçirilib. Söhbət zamanı ədəbi təndiddə yerlibazlıq, dəstəbazlıq, şəxsi mənafebazlıq, tənqidin dilinin anlaşılmazlığı, tənqidçilərin nəzəri sxemlərə ifrat aludəçiliyi, falçılardan kitab yazmaları və sair məsələlər tənqid olunub. Əsas tənqid hədəfi kimi tənqidçilərdən Vaqif Yusfli, Cavanşir Yusifli və Tehran Əlişanoğlu götürülüb. Qarşı tərəfdən çıxış edən Cavanşir Yusfli və Vaqif Yusifli qardaşları bu fikirləri təkzib ediblər. Hətta Cavanşir Yusiflinin açıqlamasında müzakirə materiallarını oxuyanda xeyli güldüyünü deyib.


Teleqraf.com müzakirə ilə bağlı qələm adamlarının fikirlərini təqdim edir.


İradə Musayeva:

“Mən də oxudum o müzakirəni və müzakirə ətrafı bəzi söhbətləri. Vallah, gülmədim və çox sıxıldım, kədərləndim. Adları çəkilən tənqidçilərin hamısına hörmətim var. Əsəd Cahangir istedadlı tənqidçidir, amma özü də bilmədən istedadını layiq olmadığı söhbətlərin hədəfinə çevirib. Ədəbiyyatşünaslığın əsas problemləri qalıb bir qıraqda onları gözləyir. Ədəbi düşüncəmizdə elmiləşmə, fəlsəfiləşmə əvəzinə müğənniləşmə gedir. İnsanlar sosial şəbəkələrdə "Mətanət-Musa" qalmaqalının dalınca bu adını çəkdiyin müzakirədən yazanda adamın pisinə gəlir. Bu dəqiqə ədəbiyyat tarixi, nəzəriyyəsi və tənqidinin yeni, fundamental baxış və islahatlara ehtiyacı var, əyləncəli dedi-qodulara yox. Vaqif Yusifli 90-cı illərdə tək qalmışdı tənqiddə, bizi də o, dəstəklədi və inandırdı tənqidin varlığına”.


Mehman Qaraxanoğlu:

“Baş açmıram tənqidə nə olub?! O, yalnız öz ölümünü xatırlamaqla məşğuldu, vəssalam. Deyəsən, qəlbinə nəsə damıb. Bugünkü tənqidimiz affekt halında gülləni hara gəldi boşaldan bəxtsiz bir döyüşçü kimidir. Amma bu, onun zahiri görüntüsüdür. Mahiyyətdə isə məkrli niyyət dayanır. Moderator qarşısında bir məqsəd qoyub: Bizdən olub bizimlə olmayanın gicgahına gülləni Çin təbabətinin şəfaverici üsulu ilə - iynəbatırma üsulu ilə sancmaq. Amma bunu tək eləmək istəmir. Bunun üçün də “şəfaxanaya” hörmətli ismləri dəvət edib. Amma onlar Əsəd bəylə barışmayanda o, ustalıqla tapançanın tətiyini göstərir. Və ən qəribəsi odur ki, iştirakçılar bunu sezmir. Çingiz Əlioğolu və Rüstəm Kamal azacıq müqavimət göstərir, lakin moderator öz “məharəti ilə” bunu dəf edir.


Əsəd bəy Azərbaycan tənqidinin bayraqdarı kimi görünmək və hər şeyi öz stixiyasına tabe etmək istəyir. Təəssüf ki, hədəf düz seçilməyib – burada günahkar nə Vaqif, nə Cavanşir, nə Tehran, nə rəhmətlik Rafiq Tağının sözü, nə də onun təbirincə desək, tənqidçilik eşqinə düşən gənc yazarlardır. O, hədəfi özündə axtarmalıdır, deyəsən, daxilindəki kinə, qəzəbə, qıcığa, onu sonsuz qorxulara düçar edən nömrə 1-ə tapançanın lüləsini tuşlamağın zamanı gəlib çatıb. Uğurlar, Əsəd bəy!”.


Şəhriyar del Gerani:

“Əsədin adı hansı müzakirədə varsa, birmənalı o müzakirədən göz döndərirəm. Başqa cür anlaşılmasın, lütfən. Daha ədəbi söhbətlərə gülmək istəmirəm, sadəcə. Əsəd Cahangir mənim gülüb qurtardığım anektotumdur.


Düzü, sözügedən müzakirəni də oxumamışam. Amma adıçəkilən iştirakçıların hər birinin yaradıcılığına da, şəxsiyyətinə də sonsuz hörmətim var. Çingiz Əlioğlu, Rüstəm Kamal dünya ədəbiyyatının, xüsusən, rus ədəbiyyatının səyyar universitetləridi. Mən onlardan çox şey öyərnmişəm, öyərnirəm də. Dig gəl, inanmıram Əsəd bu fenomenal yaddaş sahiblərini danışdıra bilsin. Belə müzakirələrdənsə, İlqar bəy, Elnarə xanım, Bəsti xanım Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı kontekstində, durulması mövzusunda silsilə mətnlər yazsalar, daha gözəl olar. Biz oxucular da öyrənərik, sevərək oxuyarıq, təbliğ edərik. Yoxsa ki, Əsədin moderatorluğu ilə müzakirə? Belə zadlara vaxt sərf etmək ömrün israfıdı. Əsədə Cahangir yaxşı tamadadı. Məmmədkazım müəllimin yubileyində gördüm. İnan, valeh oldum. İlahi, necə gözəl tamadalıq edirdi. Bilirsənmi, ol qəbil insanların içində potensial İbrahim Borçalı, Təranə Qumral yatır. Bu adamlara özlərini təsdiq etmək üçün geniş imkanlar yaradılmalıdır. Niyə ad və şad günlərimizdə belə adamların məharətindən yararlanmayaq? Məmmədkazım müəllim hamımızdan ağıllıdı, Əsədin təyinatını dəqiq bilir”.


Ömər Xəyyam:


“Oxucu kimi Azərbaycan ədəbiyyatından, ədəbi tənqiddən razı deyiləm. Ənənəvi çərçivələrin hüdudlarını aşa bilməyən yazarlar, mətnə müəlliflə arasındakı münasibətdən dolayı yanaşan meyxanaçı tənqidçilər. Gülməli vəziyyətdi. Həm gülməlidi, həm də ağlamalı. Bu adamlar fiziki olaraq bu günümüzə gəlsələr də, mahiyyət etibarıyla çox geridə qalıblar. Məlum müzakirəni oxudum, sarsıldım. Bu qalstuklu daydaylar nə yeyir, nə içir? AYB-in bəstəkarları ədəbi prosesə meyxanaçı münasibətləriylə özlərini gülünc vəziyyətə qoyurlar. Əsəd dayının müzakirədə adlarını çəkdiyi - həm də onları niyəsə tənqidçi kimi göstərmişdi - yazarlarla şəxsi problemi var deyə əsərlərinə münasibət də birmənalı deyil, qərəzlidi. Di gəl ki, yeyib içdiyi bayağı, ədəbiyyatdan yeddi köynək aralı manıslara münasibəti yüksək səviyyədədi. Ümumiyyətlə, bu adamlar ki var, gedib musiqili meyxana yazsalar daha yaxşı olar. Mənəvi infeksiya daşıyıcıları...”.


Emin Piri:

“Açığı desəm həmin dəyirmi masanı oxumamışam. Buna görə sırf dəyirmi masayla bağlı fikir yürüdə bilmərəm. Amma bu gün Azərbaycan ədəbi-tənqidində yerlibazlıq, dəstəbazlıq, şəxsi mənafebazlıq, tənqidin dilinin anlaşılmazlığı, tənqidçilərin nəzəri sxemlərə ifrat aludəçiliyi çox qabarıq hiss olunur. Amma yerlibazlıqla bağlı Əsəd Cahangir və Vaqif Yusiflidə belə əlamətlər sezməmişəm”.

# 1092 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #