Qrup seks, təcavüz, Sad YENİ KİTAB

Qrup seks, təcavüz, Sad <span style="color:red;">YENİ KİTAB
4 dekabr 2014
# 12:17

Əsərləri uzun müddət qadağan edilən və Fransada bütün külliyyatının çapına yalnız keçən əsrin 60-cı illərində icazə verilən Markiz de Sadın ölümündən 200 il keçir. Bu il Almaniyanın tarix professoru Folker Raynhardtın “de Sad: şərin ölçüsü” adlı kitabı yayımlanıb.

Kulis.az F. Raynhardtın “Deutsche Welle” radiosuna verdiyi müsahibəni təqdim edir.

- Bu gün de Sad nə ilə aktualdır?

- Sad təxribatçı idi, bu gün də onun fikirləri təxribatçı mahiyyətini saxlayır. Dünya ədəbiyyatında yəqin ki, ən qaranlıq, mənfur obrazları de Sad yaradıb. Onun yozumundakı insan təkcə iyrənc deyil, həm də təhlükəlidir. De Sad insanı həşəratlarla müqayisə edir. Bu, sağlam düşüncə deyil. Dünyaya “atılmış” insan ona həddən artıq yaddır. Bundan başqa, onun fikrincə, insan təbiəti yalnız başqalarını alçaltmaq və məhv etməkdən yoğurulub. O, özünü eksperimentator, insan təbiətini təhqiqatçısı sayırdı. Bu təhqiqatı şəxsi təcrübəsinə əsasən edirdi. Real insanları eksperiment etmək mümkün olmayanda, o, nəzəri düşünürdü - roman və ya fəlsəfi esse formasında.

- Qrup halında seks, təcavüz... De Sad əxlaqdan tamamilə kənar həyat tərzi sürürdü. Onun yaradıcılığı ilə həyatı arasında bərabərlik işarəsi qoymaq olarmı?

- Məhz bu məsələyə kitabımda aydınlıq gətirməyə çalışmışam. Bu məsələdə əsas nöqtə haradadır? Həyatda və ya bədii mətndə hara kimi getmək olar? De Sad məktublarında özü cavab verir: “Mən libertinajın (ictimai, əxlaqi normaları inkar etmək, azad əxlaqın tərəfdarı-red.) və azad fikirliliyin qəti tərəfdarıyam, ictimai qaydalar və şərtlər vecimə də deyil. Amma qatil deyiləm. İnsan həyatına hörmət edirəm, hətta o, qara qəpiyə dəyməsə də”. Düzdür, bu fikir bir az reallığı şişirdir.

- De Sad xristianlığa müharibə elan etmişdi. Niyə?

- De Sadın əsas motivi tanrını tapa bilməməsi idi. O, 16-17 yaşında amansız Yeddi illik müharibənin iştirakçısı olub. Və deyim ki, çox cəsarətli döyüşçü idi. O, bu müharibədə minlərlə insanın mənasız ölümünün şahidi olub. İstintaqa verdiyi ifadə zamanı yazıçı deyir: “Tanrı mövcud deyil, mən buna öz şəxsi təcrübəmdə şahid oldum”. Ona görə din yalandır.

- De Sad Avropa fəlsəfəsinə və sənətinə böyük təsir edib. Bunun əhəmiyyəti nədədir?

- O, ilk avropalıdır ki, Freydin dili ilə desək, insanın öz evinin sahibi olmadığını göstərdi. O, ilk adam idi ki, “tərbiyənin və təhsilin sayəsində insan həmişə vəhşi təbiətinə hakim ola bilər” haqda nikbin maarifçi fikirləri inkar edib. Bu, XVIII əsrin mühüm fikridir və Freyd sonradan bunu başqa vasitələrlə sübut elədi.

Amma yəqin ki, de Sadın ən qorxunc kəşflərindən biri - bu, onun əsas müddəasıdır, hər insanın dağıdıcı, qaranlıq başlanğıca malik olmasını deməsidir. Hər insanda potensial düşmən, başqasını məhv etmək bacarığı var. XX əsr totalitar cəmiyyət və nasist konslagerləri təcrübəsi dəhşətli şəkildə bu müddəanın həqiqiliyini təsdiqlədi.

# 6698 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər