Kimlər köhnə sevgilisinin Facebook hesabına baxır?

Kimlər köhnə sevgilisinin Facebook hesabına baxır?
9 sentyabr 2013
# 07:30

Kulis.az maraqlı faktları təqdim edir.

Birinci Yelizavetanın dövründə saqqal vergisi varmış.

Con Pol Qetti dünyanın ən varlı adamlarından biri idi və evində taksofonu vardı.

Çörçill gündə 15 siqar çəkirmiş.

İtaliyanın bayrağını Napoleon hazırlayıb.

Kral Solomonun İsraildə təxminən 700 arvadı və yüzlərlə sevgilisi vardı.

1944-cü ildə Fidel Kastro Kubada orta məktəbdə ən yaxşı idmançı seçilmişdi.

Motsart heç vaxt məktəbə getməmişdi.

Brus Li “Ölüm oyunu” filmini tamamlamış vəfat edib. Filmi yarımçıq saxlamaq istəməyən prodüserlər onun yerinə başqa aktyoru çəkiblər. Hətta Brus Linin dəfn mərasimini də lentə alıb filmə əlavə ediblər.

Məşhur rəssam Pablo Pikassonun tam adı belədir: Pablo Diego Jose Francisco de Paula Juan Nepomuceno Maria de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso. Pikasso ailəsi yaxın qohumlarının və müqəddəslərin xatirəsini yaşatmaq üçün bu adları gələcəyin məşhur rəssamına qoyublar.

Bir neçə məşhur musiqiçi - Kurt Cobain (Nirvana), Jim Morrison, Jimi Hendrix, Janis Joplin 27 yaşında vəfat edib. Buna görə də “27-lə klubu” deyə bir anlayış yaranıb. Bu kluba sonuncu qatılan isə Amy Vinehouse oldu.

“Bitlz” qrupundan heç kim notu oxuya bilmirdi. Con Lennon 1980-ci ildə bir müsahibəsində bunu etiraf etmişdi: “Heç birimiz not oxuya və yaza bilmirik”.

Avstraliyada yaşı 65-dən yuxarı kişilər fahişəxanaya girmək üçün sağlamlıq kağızı almalıdırlar.

Facebook istifadəçilərinin 65 faizi köhnə sevgilisinin hesabına daima baxır.

Banqladeşdə yaşı 15-dən yuxarı şagirdin başqasından köçürməyi sübut olunsa, həbs cəzası da ala bilər.

Əsnəmək yuxu vaxtınızın gəldiyini yox, bədəninizin daha çox oksigenə ehtiyacı olduğunu göstərir.

Makiyaj ləvazimatları balıq pulcuqlarından hazırlanır.

Yatdığınız otaq nə qədər soyuqdursa, qarabasma görmə ehtimalınız da o qədər çoxdur.

Hazırda hər 8 münasibətdən biri internet vasitəsilə başlayır.

McDonalds 2007-ci ildə saniyədə 78 hamburger satıb.

İsrail dövləti ilk prezident postunu Albert Enşteynə təklif edib, ancaq Enşteyn qəbul etməyib.

Alma dişlərə koladan daha çox ziyan verir.

Gündə 9 saatdan çox işləyən insanlar intihara və ağır depressiyaya 3 qat daha çox meyllidirlər.

Parisdə itlərin sayı uşaqların sayından çoxdur.

Kişilər qadınlardan daha yaxşı görmə, qadınlar isə daha yaxşı eşitmə qabiliyyətinə malikdirlər.

Həftədə bir dəfə də olsa 45 dəqiqə qaçmaq ürək ritmini normallaşdırır və ürək xəstəlikləri riskini 40 faiz azaldır.

Hammurapi qanunlarına görə pivəyə su qatmaq qadağanmış. Bu qaydaya riayət etməyənlərə pivədə boğulmaq cəzası verirmişlər.

İri döşlü qadınların daha çox süd verməyi barədə deyilənlər doğru deyil.

“Kim milyonçu olmaq istəyər?” yarışında cəmi bir nəfər heç bir kömək olmadan qalib gəlib.

Rusiya zooparkında yaşayan meymunlardan biri içki düşkünü olduğuna görə psixoloji müayinə alır.

Yuli Sezarın avtoqrafı 2 milyon dollardır. Amma hələ tapılmayıb.

Çarlz Dikkens həmişə üzü şimala doğru yatarmış. Belə hesab edirmiş ki, bu onun istedadının artmağına kömək edir.

Çində qərb adlarından ən məşhurları: İsa Məsih, Riçard Nikson və Elvis Presli.

Tommas Ceffersonun “İstiqlaliyyət bəyannaməsi”ni yazdığı evdə hazırda qamburqer satılır.

Alferd Nobel öz adına mükafatı ona görə təsis etmişdi ki, onu dinamiti kəşf etdiyinə görə pis xatırlamasınlar.

Hərracda Merilin Monronun büstqalteri 14 min dollara satılıb.

İkinci dünya müharibəsi dövründə gələcək XXIII Papa İohan italyan ordusunun çavuşu idi.

Birinci Yekaterina axşam saat 9-a qədər heç kimi qəbul etmirdi.

# 4038 dəfə oxunub

Oxşar xəbərlər

Dəliliyin və seksuallığın tarixindən kitablar  yazan homoseksual filosof - Mişel Fuko kim idi?

Dəliliyin və seksuallığın tarixindən kitablar yazan homoseksual filosof - Mişel Fuko kim idi?

14:30 15 oktyabr 2025
"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

17:00 14 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

12:00 12 oktyabr 2025
Sonradan quraşdırdığımız yanlış xatirələr... -  Yuxuların motivi necə yaranır?

Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır?

15:00 11 oktyabr 2025
Qarderob - Olqa Tokarçukun hekayəsi

Qarderob - Olqa Tokarçukun hekayəsi

10:00 11 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər