Facebookda sevimli istifadəçi olmaq istəyirsiniz?

Facebookda sevimli istifadəçi olmaq istəyirsiniz?
4 may 2013
# 07:45

Sosial şəbəkələrdən istifadə edərkən bizə qarşı diqqətin böyük olmasını istəyirik. Hamımızın ürəyindəndir ki, yazdıqlarımızı daha çox adam bəyənsin, daha çox adam paylaşsın, çox adam bu haqda danışsın. İnsan xarakterləri müxtəlif olduğuna görə sosial şəbəkələrdə də biz müxtəlif tip istifadəçilərə rast gəlirik. Onların bəziləri xoşumuza gəlir, bəziləri isə qıcıq oyadır. Bəs hansı tip istifadəçilər daha çox qıcıq oyadır? Bunu müəyyən etmək üçün böyük səhifələrdə sorğu apardıq. Verilən cavabları ümumiləşdirdik. Və ən çox qıcıq oyadan tipləri müəyyənləşdirdik. Əgər siz sosial şəbəkələrdə qıcıq oyatmaq istəmirsinizsə, daha çox adamın sevimlisi olmaq niyyətiniz varsa bizim araşdırmamız və məsləhətlərimiz sizin köməyinizə çata bilər.


1) Hər şeyə “mız qoyan” adamlar

Ancaq pisləri görmək lazım deyil. Arada yaxşı şeyləri də görün. Xoşunuza gələn statusları paylaşın, yaxşı fikirlər, paylaşımlar olanda müsbət fikirlər yazın. Hər şeyi tənqid etdiyinizə görə sizi qərəzli biri kimi tanıyırlar. Buna görə də artıq çoxlarının zəhləsini tökmüsünüz.

2) Aqressivlər, radikallar

Baş verən hadisələrə, səslənən fikirlərə aqressiv reaksiya verməklə bəlkə də əsəblərinizi sakitləşdirirsiniz, ancaq nəzər alın ki, hamının ovqatı sizinki ilə eyni deyil. Aqressiv davrandıqca başqalarında qorxu yarada bilərsiniz. Sizdən qorxmağa başlayacaqlar. Siz başqaları üçün arzuolunmaz şəxsə çevriləcəksiniz. Onlar sizdən şərh gözləməyəcək.


3) Caps Lockla (böyük hərflərlə) yazanlar, qrammatik səhv edənlər, “da”, “də”nin nə vaxt ayrı, nə vaxt bitişik yazıldığını bilməyənlər

Böyük problem, ağır dərd. Böyük hərflərlə yazmaq problemi əsasən orta və yaşlı nəslin nümayəndələrində özünü göstərir. Müşahidələr göstərir ki, kompüterdən və internetdən istifadə təcrübəsi az olan insanlarda da problemə rast gəlmək olar. Ən yaxşısı dilin qaydalarına riayət etməklə yazmaqdır. Ümumiyyətlə, səliqəli yazanlar daha çox marağa səbəb olur, daha çox sevilir.


4) Özünü ağıllı göstərənlər

Hər kəs özünü ağıllı hesab edir. Deyir, heç kim öz ayranına turş deməz. Özünüzü ağıllı hesab edə bilərsiniz, amma eqonuz, türklər demiş “tavan yapmamalıdır”. Yazarkən “məncə”, “bəlkə də” kimi sözlərdən istifadə edin. Kiməsə “bunu bilmirdim, indi öyrəndim, təşəkkürlər” yazsanız, üzüyünüzün qaşı düşməz ki.

5) Öz yazdıqlarını “like” edənlər

İnsan onsuz da bəyəndiyi fotoları, videoları, fikirləri paylaşır. Paylaşdıqdan sonra yenidən “like” düyməsinə vurmağın nə mənası var? Bununla bağlı belə bir zarafat da var. Deyir, bu gün öz yazdığını “like” edən, sabah öz toyuna pul da salar. Gördüyünüz kimi, belə yaramaz hərəkətlər Facebook istifadəçilərində qıcıq oyadır. Belə işlərdən əl çəkmək lazımdır.

7) Hər yeri “chek-in” edənlərə

Bu insanlar da hər şeyə qıcıq olurlar. Ay qardaş, biz pul verib bahalı yerlərdə otururuq, deyirsiniz indi bunu heç kim bilməsin? Axı bunun nə ləzzəti oldu? Nə edək. Abrımıza qısılıb getdiyimiz yerləri öz profilimizdə işarələmərik.

8) Başqasının şəklini profilinə qoyanlara

Düzdür, hesab sizindir, kimin şəklini istəyirsiniz qoya bilərsiniz. Ancaq Hollivud qızları, hipster fotoları, multfilm obrazları, gül-çiçək, şirin uşaq fotoları artıq insanlarda maraq oyatmır. Yaxşısı budur öz fotonuzdan istifadə edin.


9) Tanımadığı adama "sən" deyə müraciət edənlərə

Daha nə deyək? Adama gərək ailəsində tərbiyə versinlər. Biz ağlı-başı yerində olan qos-qoca adamlara bundan sonra necə başa sala bilərik ki, etik qaydalara uyğun olaraq tanımadığın adamla söhbət edəndə ona siz deyə müraciət etməlisiniz - irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, yaşından, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsə.


10) Çoxlu nida və nöqtə qoyanlara

Dilimizin qaydalarına görə ya bir nöqtə qoymalısan, ya da üç nöqtə. Eyni qayda nidaya aiddir. Çoxlu nöqtə qoymaqla nə demək istəyirsiniz ki? Çoxlu nida qoymaqla daha da əsəbi olduğunuzu göstərmək istəyirsiniz? Bunların heç bir mənası yoxdur, bizə inanın. Facebook istifadəçiləri arasında apardığımız sorğu bunu deyir.


11) "Ağlaşma" status yazanlara

Ümumiyyətlə, bacardıqca pozitiv enerji ötürmək lazımdır. Hətta problemləriniz aşıb daşsa da, bunu Facebookda hər addımbaşı paylaşmağa ehtiyac yoxdur. Başa düşürük, insan dərdini danışanda bir az boşalır. Amma bəzi istifadəçilər Facebooku yas yerinə döndərir bəzən. Fikirləşirsən ki, İlahi, bunun başqa işi-gücü yoxdurmu görəsən? Bunun həyatında müsbət bir hadisə baş vermir?

# 2997 dəfə oxunub

Oxşar xəbərlər

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

17:00 20 oktyabr 2025
Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

15:50 20 oktyabr 2025
Şərq intibahı: Doğrular və Yalanlar  - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

Şərq intibahı: Doğrular və Yalanlar - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

12:00 19 oktyabr 2025
Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq  arasındakı əsas fərq

Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq arasındakı əsas fərq

15:00 18 oktyabr 2025
"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

12:30 18 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər