Tolstoyun Nobel qalmaqalı – Bilmədiyimiz təfərrüat

Tolstoyun Nobel qalmaqalı – Bilmədiyimiz təfərrüat
8 oktyabr 2019
# 16:07

Bu gün dahi yazıçı Lev Tolstoyun Nobeldən imtina etdiyi gündür. Kulis.az “Tolstoy Nobeldən necə imtina etdi?” araşdırmasını təqdim edir.

107 il əvvəl bu gün – 8 oktyabrda 78 yaşlı rus yazıçısı Lev Tolstoy Nobel mükafatından imtina edir.

Ondan sonra bu addımı daha 8 nəfər təkrarladı. Tolstoyun imtinasının tarixçəsi isə maraqlıdır. Belə ki, yazıçı mükafatdan şəxsən imtina etməyib, böyük ədəblə dolayısı şəkildə ondan “qurtulub”.

Rusiya akademiyasının onu ədəbiyyat üzrə Nobelə namizəd kimi təqdim etməsini öyrənən Tolstoy 1906-cı ilin 7 oktyabrında tanışı, finlandiyalı yazıçı və tərcüməçi Arvid Yarnefeltdən xahiş edir ki, onu bu məsələdən xilas etsin:

“Elə edin ki, mükafatı mənə verməsinlər, yoxsa mənə imtina etmək xoş olmayacaq” – deyə “Hərb və sülh”ün müəllifi izah edir.

Yarnefelt onun xahişini yerinə yetirir.

Amma əsas problem Tolstoyun imtinasının “gizliliyində” idi. Komitə mükafatın Tolstoya verilməməsinə tutarlı, şübhə doğurmayan səbəb tapmalı idi - formallığı həyata keçirmək lazım idi. Onda Komitə yazıçının istedadı və yaradıcılığının əhəmiyyətini qeyd edərək uzun bir açıqlama ilə mükafatın ona verilməsindən imtina etdi.

Belə bir bəhanə onların işinə yaradı: “Guya “Hərb və sülh”ün müəllifi dünya tarixindəki mərkəzi rolu insan ağlına və iradəsinə yox, kor bir təsadüfə verir”.

Başqa bir bənddə isə yazırdılar:

“Kreyser sonata”sında müəllif ailə həyatının problemlərini həddən artıq açıq-saçıq şəkildə müzakirə edir”.

Hələ xeyli əvvəl də İsveç akademiyasının katibi Karl Virsen Tolstoyun ölümsüz əsərlər yaratdığını etiraf etsə də, onun namizədliyinin əleyhinə çıxış etmişdi. Onun fikrincə, yazıçı “sivilizasiyanın bütün formalarını mühakimə edir, onun əvəzinə yüksək mədəniyyətdən arınmış primitiv həyat tərzini gətirib qoyur. Sivilizasiyanın hər hansı bir formasına münasibətdə belə bir sərt qəddarlıqla qarşılaşan hər kəsdə şübhə yaranacaq. Heç kim belə görüşlərlə barışmayacaq”.

Bir neçə belə fikirlərlə Lev Nikolayeviç Tolstoya Nobel mükafatından “ideoloji istiqamətinə görə” imtina olunur. Və mükafat italiyalı şair Cozue Karduççiyə verilir.

Bu bəhanələr Tolstoyu tam qane edirdi.

Şübhəli mükafatlanmadan İsveçin və başqa ölkələrin ictimaiyyəti Nobel akademiyasının qərarından şoka düşdü. Lev Tolstoyun ünvanına İsveç yazıçılarının və sənət bilicilərinin etirazları daxil oldu. Onlar Tolstoyu ədəbiyyatın patriarxı adlandırır, komitənin qərarının ədəbi ictimaiyyətin qərarı ilə üst-üstə düşmədiyini qeyd edirdilər.

Tolstoysa olduqca razı idi və bu hadisəni izah edərək yazırdı:

“Yarnefelt məni böyük çətinlikdən xilas etdi: pulları hara sərf etmək dərdindən. Ki, mənim fikrimcə, hər hansı pul ancaq şər gətirir; ikincisi də mənə tanımadığım, dərin hörmət bəslədiyim bir çox insanın rəğbətini qazanmaq mənə şərəf və böyük məmnuniyyət verdi ".

# 2584 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #