“İşte benim stilim”dəki özündənrazı azərbaycanlı

“İşte benim stilim”dəki özündənrazı azərbaycanlı
8 aprel 2015
# 20:00

Özünü kosmopolit elan eləmiş adamda belə hansısa vəziyyətlərdə millətinə bağlılıq ortaya çıxır.

Azərbaycanda belə növ insanlar var ki, mənsub olduğu milləti sevmir, Azərbaycan dilində danışmağı özünə əskiklik sayır, xaricdə yaşayıb, özünü almana, fransıza, ingilisə, rusa, türkə oxşadır. Fəqət anlamır ki, antropologiyasını, genlərini dəyişə bilməz. Hansısa dildə mükəmməl danışıb, onların mədəniyyətini mənimsəyə bilərsən, amma bir fransız və ya almanın ruhunu öz ruhuna hopdura, mənimsəyə bilməzsən. Və onlar üçün əcnəbi olaraq qalacaqsan.

Ən sivil cəmiyyətlərdə belə nə qədər tolerantlıqdan, dözümlülükdən danışsalar da milli kimlik özünü bəlli situasiyada büruzə verir.

Dünyanın qloballaşması, mədəniyyətlərarası sıx dialoq insanları milli kimlikdən qopara bilmir. Məsələn, rus rejissoru Aleksandr Sokurov “Faust”u ekranlaşdırandan sonra bəzi almanlar bir rusun onlara mənəviyyat dərsi keçməsindən qıcıqlanmışdı.

Türkiyənin “Tv 8” kanalında yayımlanan “Işte benim stilim” yarışma proqramında Sima Şərafətdinova adlı azərbaycanlı qatılıb.

Ümumiyyətlə, “İşte benim stilim” kimi proqramları mahiyyətcə gərəksiz sayıram. Belə proqramlara xüsusən qadınları manipulyasiya edən, moda sənayesinə xidmət göstərən, istehlakçılığa hərislik yaradan vasitə kimi baxıram. Amma əyləncəli, stress atmaq üçün uyğun proqramdır. Verilişin bir üstün cəhəti var ki, istehlak nəfsini boğaraq, brendlərsiz, ucuz mallarla normal geyinməyin mümkün olduğunu göstərir.

Qayıdaq bizim Simaya. Proqramda Simanı görəndə milli kimlik hissim oynadı, ümid elədim ki, normal iştirakçılardan biri olacaq.

Sima yarışmanın ilk gününə təkəbbürlə, güclü özünəinam hissi ilə qatıldı. Təkəbbürünün, inamının dozasının çoxluğu ilə hamını qıcıqlandırmağı bacardı.

Türk yarışmaçılarına meydan oxudu, davranışı, səs tonu, istehzası, baxışları ilə sanki “siz türklərin dəb anlayışı yoxdur, geyinməyi bacarmırsız” deyirdi.

Sima bu manerası ilə mümkün olsaydı, Koko Şanelə də dəbi öyrədərdi.

Sima bacımız qürurla konfliktə girdiyi bir yarışmaçıya məktəbi əla qiymətlərlə bitirdiyini, altı dili mükəmməl bildiyini bəyan elədi. Məlum oldu ki, Sima altı dildən ikisini aşağı səviyyədə bilir, türk dilində mükəmməl danışdığını bir neçə dəfə vurğulasa da, fikrini doğru-dürüst çatdırmaqda çətinlik çəkir, üstəlik, sözlərin bir qismini bilmir.

Jürinin rəyi Simanın özündən razılığını bir anda yox etdi. Onlar Simaya modadan zərrə qədər anlayışı olmadığını, 17 yaşı olduğu halda 37 yaşında qadınlar kimi geyindiyini, üzünə 4 kilo makiyaj sürdüyünü dedi. İnsafən, haqlı idilər.

Yarışmada başqa ölkədən gələnlərə, xüsusən, həmin yabançı özünü təkəbbürlü aparırsa, qonaq olduğunu xatırladırlar. Simaya da öz yerini göstərdilər.

Yeri gəlmişkən, yarışmanın birinci sezonuna erməni qızı da qatılmışdı. İlk gündən özünü türk yarışmaçılardan yuxarıda qoyan, onlara “siz modadan anlamırsız” deyən erməni qızına jüri üzvü Nur Yeşiltaş “Sənin bu cürətin məni hürkütdü” dedi və vaxtından əvvəl yarışdan qovdu.

“...Tariximiz, mədəniyyətimiz zəngindir” desək də, dünya mədəniyyətində hələ ki, görünmürük. Bu cəhətlər, eqomuzu daha ac edir. Ac eqomuzu nəyin bahasına olursa-olsun, gerçəklikləri nəzərə almadan, öyrənmədən, bilmədən təsdiqləməyə çalşırıq. İndi Simaya da elə gəlir ki, o, modanın mərkəzidir və dünyanı öyrənmədən mərkəz olmağa iddialıdır. Və gərəksiz iddiaların nəticəsi də adətən rəzalət olur.

# 2841 dəfə oxunub

Oxşar xəbərlər

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər