Qamət Süleymanov Səudiyyəli imama dəstək verdi

Qamət Süleymanov Səudiyyəli imama dəstək verdi
17 fevral 2015
# 13:33

Son günlər mediada və sosial şəbəkələrdə Səudiyyə imamının fikri geniş müzakirə olunur. İmam Şeyx Bendər Əl Hayberi yerin fırlanmadığını deyib.

Sələfilərin lideri Hacı Qamət Süleymanov “Qafqazinfo”ya açıqlamasında bu fikrə münasibət bildirib.

Q.Süleymanov da Səudiyyə imamının fikrini təsdiqləyib: “Yer kürəsinin fırlanması haqda İslam alimləri deyib ki, fırlanmır. Onlar da Qurandakı bir neçə ayəyə istinad edib. Məsələn, “Yer üzü sabitdir”, “Göydə nə varsa, hamısı üzür” ayələrini misal çəkmək olar. Amma Yer üzünün fırlanması haqda heç nə deyilməyib. Alimlər burdan nəticə çıxarıblar ki, Yer üzü sabitdir və fırlanmır.

Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda, Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə özü saata gələcək. Alimlərin gəldiyi nəticə budur”.

Q.Süleymanov Yerin fırlanıb-fırlanmadığı haqda özünün dəqiq bir fikri olmadığı deyib.

# 2689 dəfə oxunub

Oxşar xəbərlər

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

12:00 27 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər