Ancaq kişilər üçün, qadınlar bu yazını oxumasın

Ancaq kişilər üçün, qadınlar bu yazını oxumasın
5 iyul 2013
# 07:30

Əziz kişi oxucular, bu dəfə sizə qadınların bədən dilindən bəzi ipucları veririk. Əlimizin, qolumuzun tərpənməyindən tutmuş baxışlarımız, dodaqlarımıza qədər hansı mesajı göndərdiyimizi açıqlayırıq...

Barmaqlar

Qadın barmaqları ilə tez-tez saçlarını darayır, yaxud düzəliş verirsə, demək qarşısındakı kişinin diqqətini çəkməyə çalışır. Bu, həm də qadının necə biri olduğunu bildirir. Əgər əllərini saçına yavaş aparırsa, əsl aşiqə rast gəlmisiniz! Yox, əgər saçlarını tez-tez və sürətlə darayırsa, bu, onun səbirsiz və utancaq olduğuna işarədir. Freydə görə, qadın barmaqları ilə stəkanın qırağına toxunursa, bu, seksual mesajdır. Əgər barmaqlarını stəkanda yavaş hərəkət etdirirsə, qarşısındakı kişinin diqqətini çəkmək istəyir. Dırnaqları ilə ritm tutaraq stəkana döyəcləyirsə, bu, səbirsizlik, yaxud “SOS” siqnal sayılır.

Fiziki təmas

Qadın kişiylə danışanda ona toxunursa, demək kişini cəlb etməyə çalışır. Əgər qadın güləndə kişinin qoluna toxunursa, ya da toxunmaq üçün fürsət axtarırsa, onu tovlamağa hazırlaşır.

Əllər

Qadının əlləri mühüm mesajdır. Qadın sizlə danışanda əllərinə çox baxırsa, bu, onun utancaqlığının və sizdən xoşu gəlməyinin işarəsidir. Çox utancaqdırsa, kişinin üzünə baxmağa utanır və fikrini ancaq öz əllərinə cəmləyə bilir. Yox, əgər əllərini ritmlə stola döyəcləyirsə, böyük ehtimalla onu qarşısındakı çox hirsləndirib.

Qollar

Qadın qollarını çarpazlayıb belini divara dayayıbsa, onda nəyəsə hirslənib. Bu jest qadının kişiyə güvənmədiyi və onu sevmədiyini göstərir. Belə vəziyyətdə kişiyə heç kim kömək edə bilməz; nə zarafatlar, nə hədiyyələr. Kişinin həmin anda ata biləcəyi ən doğru addım qadından ayrılmaqdır.

Dodaqlar

Qarşısındakını cəlb etmək üçün qadınların istifadə etdikləri jestlərdən biri də tez-tez dodaqlarını islatmaqdır. Hətta öpülmək istəyi də var. Dodaqları dişləmək bəzən qadınların cəlbediciliyi kimi başa düşülür, bəzən də seksual mesaj kimi.

Gözlər

Bioloji olaraq kimdənsə, nədənsə xoşumuz gələndə göz bəbəklərimiz böyüyür, bəyənməyəndə kiçilir. Qadının sizi bəyənib-bəyənmədiyini bilmək istəyirsinizsə, bəbəyin böyüyüb-böyümədiyinə diqqət yetirə bilərsiniz. Ancaq bu, çox çətindir. Bəzən səhv də ola bilər. Çünki qaranlıq yerlərdə bəbək böyüyür.

Qadın göz-gözə gəlməkdən çəkinmirsə, demək qarşısındakına xoş hisslər bəsləyir. Üz-üzə, göz-gözə uzun müddət danışa bilirsə, bu münasibət sevgiyə çevrilə bilər.

Ayaqlar

Ətək geyinən qadının ayaqlarının duruşu onun seksuallığından xəbər verir. Məsələn, bir ayağını digərinin üzərinə aşırıbsa, rahat və özünə inamlı biridir. Aşırdıqdan sonra ayaqları paralel olaraq yana meylləndirirsə, kişiyə “dəvət” yollamış sayılır.

# 9266 dəfə oxunub

Oxşar xəbərlər

Fransada doğulan görkəmli Azərbaycan rəssamı - Onu başqalarından nə fərqləndirirdi?

Fransada doğulan görkəmli Azərbaycan rəssamı - Onu başqalarından nə fərqləndirirdi?

12:00 13 iyul 2026
Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Dünyanı silkələyən kitablar indi toz basmış rəflərdədir – 10 unudulmuş roman

Dünyanı silkələyən kitablar indi toz basmış rəflərdədir – 10 unudulmuş roman

15:00 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər