Aqşin Yenisey həyat yoldaşına mahnı oxuyur VİDEO

Aqşin Yenisey həyat yoldaşına mahnı oxuyur VİDEO
11 yanvar 2013
# 13:53

Tanınmış şair Aqşin Yenisey AzVizion.az saytına müsahibə verməklə yanaşı, öz şeirini mahnı kimi də oxuyub.

Aqşin həyat yoldaşı Turanəyə həsr etdiyi şeiri gitara müşayiəti ilə ekspromt olaraq mahnı kimi oxuyur. Baxın, sonra isə bu gözəl şeirin tarixçəsilə tanış olun.

Təqdim etdiyimiz “Sevgi xəbərsiz ölür” şerinin tarixçəsi, yəqin ki, oxuculara məlum deyil. Şairin şeri həsr etdiyi həyat yoldaşı və sevdiyi qadın Turanə Rəsulova özü danışdı bu tarixçəni bizə. Elə lap başdan...

- Ortaq dostlarımız bizi bir-birimizdən xəbərsiz qonaq dəvət etmişdilər,- deyir Turanə,- Planlaşdırılmamış bir dəvət idi. Mənə zəng vuranda evdə yalnız ikisi olduğunu dedilər. Aqşin Yeniseyin orada olduğundan xəbərsiz idim. Mən bağdan qayıdırdım və həqiqətən adam içinə çıxacaq vəziyyətdə deyildim. İsrar etdilər deyə, xətirlərinə dəyməmək üçün 1-2 saatlıq getmək qərarına gəldim. Biz ilk dəfə belə görüşdük və elə ilk görüşdəcə mənə evlənmək təklif etdi. Sinəsinə "Turanə, səni sevirəm" yazmışdı. Bunu zarafat olaraq qəbul edirdim. Amma hər şey çox qəribə, mistik gözəl idi. Mənə son şeirlərindən oxudu, sonra rəqs etdik. Əlinə gül aldı, yaxınlaşdı, "gəl evlənək" dedi. Mən də bir az "şıltaqlıq etmək", növbəti görüşü Aqşin üçün bir az çətinləşdirmək istəyirdim. Dedim, "Aqşin, sən maskulin şairsən. Feminist bir şeir yazmasan səninlə görüşməyəcəm. İkinci görüşü qazanmaq üçün feminist şeir yazmalısan. Heç inanmırdım, amma dərhal "problem yoxdur!" dedi. Mən bir az da çətin olsun deyə dedim ki, Sindrella sabah saat 12-yə qədər vaxt verir, yoxsa çox gec olacaq. Səhərisi gün şeri göndərdi mənə, adı da "Turanənin feminizmi" idi.

Amma Turanə deyir i, bu şeirdə feminizmdən əsər-əlamət yox idi: “Həmin maskulin şair idi. Amma ikinci görüşü qazanmışdı artıq. Bundan sonra hər gün telefonla danışırdıq, arabir Aqşin gəlirdi şəhərə, görüşürdük. Amma daha çox dostluq münasibətimizin olmasını istəyirdim. Ona hələ universitet illərimdən bir şair kimi, yaradıcı insan kimi pərəstiş edirdim. Amma təhsilimlə bağlı ölkəni tərk edəcəkdim deyə, bir az da Aqşinin sehrinə düşməkdən qorxurdum. Hissləri özümdən uzaq saxlamaq istəyirdim. Bir gün bir az soyuq danışdıq telefonda. Ona mən cəmi 2 ay sonra Avropaya gedəcəyimi və bizdə sevgi münasibəti alınmayacağını, elə dost kimi davam etməyimiz gərəkdiyini dedim, danışdıq. Həmişəki kimi güldürürdü məni, sağollaşdıq. Ancaq səhərisi gün mesajlar gəlməyə başladı. "Sevgi ən axırda ölür" şerini bənd-bənd sms-lə göndərirdi. Çox təsirli, sadə və gözəl sözlər... - "Uzun ömür, can sağlığı. Bağışla bu uşaqlığı. Ayrılmaqçün gəl görüşə. Sevginin bitdiyi yerə... Məni tərk etdiyin yerə".

Beləliklə, Turanə başa düşüb ki, özündən və bu sevgidən heç yana qaça bilməyəcək: “Avropa, təhsil, iş, karyera Aqşin olmadan çox mənasız və boz görünür. Beləcə şeirlə məni yaxşı mənada "yoldan çıxardı" və nə yaxşı ki, belə etdi. Aqşin həyatda başıma gələn ən böyük və ən gözəl hadisədir”.

# 5838 dəfə oxunub

Oxşar xəbərlər

"Cənnətin olmadığını xəyal et..." - Məşhur "İmagine" necə yarandı?

"Cənnətin olmadığını xəyal et..." - Məşhur "İmagine" necə yarandı?

15:30 4 sentyabr 2026
Nasistlərin  "degenerativ sənət" adlandırdığı tablo - Oskar Şlemmerin "Bauhaus pilləkəni"

Nasistlərin "degenerativ sənət" adlandırdığı tablo - Oskar Şlemmerin "Bauhaus pilləkəni"

13:50 4 sentyabr 2026
"Çırpınırdı Qara dəniz, baxıb türk bayrağına!" - Məşhur mahnı necə yarandı?

"Çırpınırdı Qara dəniz, baxıb türk bayrağına!" - Məşhur mahnı necə yarandı?

15:30 3 sentyabr 2026
Təbiətlə ilahi dünya arasında mistik körpü - Serafin Luinin "Həyat ağacı"

Təbiətlə ilahi dünya arasında mistik körpü - Serafin Luinin "Həyat ağacı"

14:00 3 sentyabr 2026
Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri  - Anri Russonun "Yatmış qaraçı qadın"ı

Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri - Anri Russonun "Yatmış qaraçı qadın"ı

13:30 2 sentyabr 2026
Sədaqət, itaət və  andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

Sədaqət, itaət və andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

16:30 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər