Filmlərimiz beynəlxalq festivalda iştirak edəcək

Filmlərimiz beynəlxalq festivalda iştirak edəcək
14 sentyabr 2015
# 09:24

Oktyabrın 9-dan 11-dək Türkiyənin Safranbolu şəhərində keçiriləcək 16-cı “Altın Safran” Beynəlxalq Sənədli Filmlər Festivalında Azərbyacan filmləri də iştirak edəcək.

Bu barədə Kulisə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Filmlər peşəkar və həvəskar kateqoriya üzrə yarışacaqlar. Festivalda ölkəmiz “Yaddaş” studiyasında lentə alınan “Xəlvətdə qalmış müdrik” və “Azanfilm” studiyasının çəkdiyi “Vulkanın nəfəsi” sənədli filmləri ilə təmsil olunacaq. Filmlərin rejissoru Adil Azaydır.

“Xəlvətdə qalmış müdrik” filmi görkəmli sufi filosofu, “Xəlvətiyyə” təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, “Vulkanın nəfəsi” filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.

# 3522 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər