“Bu günlərdə gözəl sevgi maili alan oldumu?”

“Bu günlərdə gözəl sevgi maili alan oldumu?”
7 mart 2014
# 08:45

Kulis.az ingilis yazarı, araşdırmaçı Simon Garfildin məktublar haqda yazdığı maraqlı essesini təqdim edir.

Təxminən 200 ildir məktub sənətinin yox olmasına görə ağlaşma qurmuşuq. Bu ağlaşmanın təməli telefondan, faksdan və “e-mail”ləşmədən daha əvvəl qoyulub əslində. Bəziləri belə hesab edir ki, bu problemlər 1840-cı illərdə poçt markalarının ortaya çıxması və beynəlxalq poçt xidmətinin genişlənməsi ilə başladı. Elitaların gözündən düşən bu sənət, professionallara buraxıldı. Korlanma o zamandan bəri davam etməkdədir.

1919-cu ilin yanvarında “Yale Review” dərgisi yazırdı ki, məktublaşma sənəti yox oldu. Məqalədə aşağıdakı səbəblər göstərilirdi: bəziləri telefonu, makinanı, teleqrafı günahlandırır. Bəziləri məktublaşmanın lələk qələmlər ilə birlikdə yoxa çıxdığını deyir. Amma çoxluq məktublaşmanın yox olmasını həzz toplumunun meydana çıxmasına bağlayır...”

XX əsrin əvvəllərində eşitməyə başladığımız tezislərə görə, işlərimizlə o qədər məşğuluq ki, dincəlmək üçün gəzməyi və müasir həyatın gətirdiklərini, oturub bir məktubun üzərində düşünməkdən və sonra onu cavablamaqdan daha üstün bilirik.

Amma son dövrlərdə yeni bir tendensiya ilə üz-üzəyik: məktublara yenidən maraq artmağa başlayıb. Kurt Vonnequt, P.G. Vodehouse, Pol Cezanne, Ernest Heminquey ve Erasmus Darvin kimi insanların məktublarından xüsusi seçmələr yayımlandı. Pol Oster və C.M. Cotzi dostluq və idman haqda fikir mübadiləsinin yer aldığı məktublarını yayımladılar. Hətta internetin də burda rolu oldu. “Lettres of Note” adlı sayt yayımlanan məktubları kitab kimi çap olunacaq.

Gec açan bu çiçəkləri nəyə borcluyuq? Nəhayət ki, sadəcə elektron ortamda yazışaraq bir çox şeyi itirdiyimizi başa düşdükmü? Son bir neçə ilimi məktubları tərtib edən kitabçaları toplayaraq keçirdim. Məktub sənəti haqda kitab yazdım. Tarixi - məktublar olmadan necə doğru başa düşəcəyimiz sualı üzərində dayandım. Yazdıqca və oxuduqca yeni zövqlər kəşf etdim. XII əsrdə Abelard və Heloisenin sevgisindən tutmuş yazar Leonard Vulfa arvadının ölümünün ardından göndərilən təsəlli məktublarına qədər xeyli məktub oxudum. Emili Dikonsonun çıxılmazlığa girmiş düşüncələri və Heminqueyin şişirdilmiş optimistliyi ilə ovsunlandım. Napoleonun Cozefinaya yazdığı məktublara aşiq oldum.

Məktublaşma sənətinin modern ustası şair Ted Haqsdır. Redaktoru “mail”ləşə bilsin deyə ona bir kompüter hədiyyə edib. Amma şair ondan imtina edib. Həmişə makinasına və qələminə sadiq qalıb. Onun bir çox şeirinin məktublardan yarandığı məlumdur.

Məktubları oxuduqdan sonra sual yaranır. Onlar bunları e-maildə yaza bilərdilərmi? Məncə yox. Çünki bunlar düzənli olmayan, incə şəkildə düşünülmüş şeylərdir. Bunlar orijinal əsərlərdir, içdən və tanış, təbii, poetik. Kim bir “e-mail”də ədəbi olmaq istəyər ki? İnternetdə ədəbi olmaq texnologiya yellərinə özümüzü buraxdığımıza görə artıq dəbdən düşüb. Halbuki məktub yazmaq, sənət və roman xaric digər bütün kommunikasiya formalarından daha təbii bir insani duyğu selini yaradır. Və internet də onun ən böyük düşmənlərindən biridir. Aranızda bu yaxınlarda gözəl bir sevgi maili alan oldumu? Ya da Hötenin bir məktubunda ifadə etdiyi kimi “yazan adamın nəfəsini” hiss etdinizmi? Sanmıram.

# 1782 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #