Ən uzun Hollivud öpüşü, Çaplinin oxşarları....

Ən uzun Hollivud öpüşü, Çaplinin oxşarları....
23 noyabr 2013
# 08:45

Kulis.az kino tarixinə aid maraqlı faktları dərc edib.

- Brus Li o qədər sürətli idi ki, onun hərəkətlərini dəqiq görə bilmək üçün kadrları yavaş verməli olurdular.

- Amerikalı aktyor, üçqat Oskar mükafatı laureatı Cek Nikolson uşaqlıqdan nənəsinin anası, anasının böyük bacısı olduğuna inanaraq böyümüşdü.

- Çarli Çaplin “Çaplinin oxşarları” müsabiqəsində üçüncü olmuşdu.

- Silvester Staloni müəyyən dövrdə zooparkda şir qəfəsi təmizləyicisi işləmişdi.

- Aktrisa Lillian Entvistl Hollivud yazısının “H” hərfindən tullanaraq intihar etmişdi.

- 1916-cı ildə Çarli Çaplin həftədə 10 min dollar qazanırdı, bu isə o vaxta görə rekord göstərici idi.

- Merlin Monronun əsl adı Norma Jan Mortenson idi, sonradan onu dəyişərək Norma Jan Baker etmişdi.

- Aktyor Con Travoltaya "Çikaqo" (2002) filmində Billi Flann rolu təklif edilmişdi. Lakin rol Riçard Girə qismət oldu.

- Aktrisa Qreys Kelli Monako şahzadəsi ilə evləndiyi üçün onun filmlərinin Monakoda göstərilməsi qadağan edilmişdi.

- Aktrisa Elizabet Teylor “Life” jurnalının üz qabığında ən çox çəkilən şəxsdir.

- Mikki Mousun yaradıcısı Uolt Disney ilk öncə onun adını Mortimer Mous qoymaq istəyirdi.

- Dünyada ən çox işlənən obraz Mikki Mousdur. 7500-ən çox müxtəlif növ firma və ya əşyada ona rast gəlmək olar.

- “Xaç Atası” (“Godfather”) filmində hər ölüm səhnəsindən əvvəl kadrlarda “portağal” görünür.

- “Küləklə sovrulanlar” (“Gone With the Wind”) filmində dialoqlardan birində “lənətə gələsən” (damn) sözü işləndiyinə görə filmin prodüserləri 5000 dollar məbləğində pulla cərimə olunublar.

- “Oz ölkəsinin sehrbazı”(“Wizard of Oz”) filmində baş rol ifaçısı Cudi Qarlend bu filmdəki roluna görə həftəyə 35 dollar məvacib aldığı halda, filmdəki iti Toto 135 dollar alırdı.

- “Kriminal qiraət” (“Pulp Fiction”) filmində bütün saatlar 4:20-ni göstərir.

- Oskara namizəd olan ilk animasiya filmi 1991-ci ildə Disneyin “Gözəl və Eybəcər” (“Beauty and the Beast”) filmi olub.

- Ən uzun Hollivud öpüşü 1941-ci ildə “Sən indi ordudasan” (“You‟re in the Army Now”) filmində olub. Bu səhnə 3 dəqiqə, 3 saniyə davam edib.

- Alfred Hitçkok “Psix” (“Psycho”) filmində bəzi səhnələrdə qan yerinə meyvə şirəsindən istifadə edib.

- “Kinq Konq” Adolf Hitlerin ən sevimli filmi idi.

- Stenli Kubrik “Ətriyyatçı”nı oxuyub demişdi ki, bu əsərə film çəkilməsi mümkünsüzdü.

- “Döyüş klubu” (“Fight club”) filminin çəkilişi zamanı Bred Pitin bir neçə dişi sınır. Filmin rejissoru Finçer aktyor dişlərini düzəltsin deyə, çəkilişləri saxlamaq istəyir, lakin Bred dişsizliyin obrazı olan Taylerə uyğun gəldiyini misal göstərərək çəkilişlər bitənə kimi dişsiz də gəzə biləcəyini bildirir və elə də edir.

- “Kriminal qiraət” (“Pulp fiction”) filmində “fuck” kəliməsi 257 dəfə işlənib.

- Tom Henks “Forrest Qamp” filminə bir şərtlə çəkilməyə razı olub. Filmdəki bütün hadisələr tarixi faktlara əsaslanmalıdı.

- “Dəmir gödəkçə” (“Full Metal Jacket”) filmində kazarmada bölük komandirinin əsgərlərlə tanışlıq dialoqları aktyorlar tərəfindən başdan-ayağa improvizə olunaraq çəkilib.

“Səmavi krallıq” (“Kingdom of Heaven”) filmindəki obrazına görə aktyor Orlando Blum 9 kiloqram kökəlməli olub.

- “Kofe və siqaretlər” filminin üzərində Cim Carmuş 17 il (1986-2003) işləyib.

“Benjamin Buttonun qəribə hekayəsi” (“The curious case of Benjamin Button”) filmi ekranlara çıxdıqdan sonra Denni Boyl "Solomon Grundy" filmini çəkməkdən imtina etdi. Çünki ssenarilər oxşar idi.

- Məşhur aktyor Hamfrey Boqartın Şahzadə Diana ilə əlaqələrinin olduğu iddia edilirdi.

- Şirli Templ “Oz ölkəsinin sehirbazı” (1937) filmində Doroti rolunu oynamaq üçün sınaqdan keçirilmişdi, lakin rol Cudi Qarlanda qismət oldu.

# 4291 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər