Qadınlara məsləhət: “Tez-tez zəng vurmayın!”

Qadınlara məsləhət: “Tez-tez zəng vurmayın!”
13 may 2013
# 07:15

Psixoloq Cennifer Oykl bir neçə illik araşdırmalarından sonra cütlüklərə uzunmüddətli münasibətlər və bir-birini daha yaxşı anlamaq üçün bəzi məsləhətlər hazırlayıb.

Kulis.Az həmin məsləhətlərdən bir neçəsini təqdim edir.

1. Tez-tez zəng vurmayın!

Qadınlar başına ən xırda hadisəni belə danışmaq üçün telefona əl atıb, sevgilisinə zəng vurur. Telefon zəngi onlara rahatlıq verir, danışır, ürəyini boşaldırlar. Ancaq kişilər bezir…

Psixoloq və yazıçı Patrisia Kovalt yazır ki, sevgilisinə tez-tez zəng vurub, halını, nə etdiyini soruşan oğlanlar sevgililərinin sevimlisi olur. Ancaq eyni şey kişilər üçün keçərli deyil. Yəni qadın kişiyə tez-tez zəng vurursa, kişi bundan bezir və soyumağa başlayır. Kişilər bu vəziyyətdə sevgilisinin ona çox möhtac olduğunu düşünür.

Qadınlar əsasən sevgililərindən xəbər ala bilmədikdə tez telefonu götürüb zəng vurur, ya da çoxlu mesaj yazırlar. Əslində, bir az gözləsəniz, sevgiliniz özü sizə zəng vuracaq. Çünki onda sizin nə etdiyiniz və zəng vurmamağınızın səbəbini öyrənmək marağı oyanacaq. Hətta telefon danışığından da onun həyəcanlı və maraqlı suallarını sezəcəksiniz. Tezliklə münasibətlərinizin daha yaxşı olduğunu görəcəksiniz.

2. Onun hər fikrinə qatılmayın

“Sevgilinizin hər fikrinə qarşı çıxın” demirik. Ancaq öz fikrinizi deməkdən də qorxmayın. “Yaxşı münasibət üçün eyni fikirdə olmaq lazımdır” düşüncəsi doğru deyil. Öz fikrinizi əsaslandırmağınız, hər şeyə “hə” deyən qadın olmadığınızı göstərir və bu da sizi sevgilinizin gözündə yüksəldir.

Oykl kişilərin onlara meydan oxuyan qadınları xoşladıqlarını deyir. Ancaq onu axmaq yerinə qoymağa çalışmayın.

3. Onu münasibətinizdəki problemlərə üzləşdirin

“Sənə demək istədiyim bir şey var” cümləsi kişilərin ən sevmədiyi cümlədir. Ona görə də nə probleminiz varsa, bunu birbaşa deyin.

“Orijinal qəlb” kitabının müəllifi və psixoterapist Con Amodeo yazır: “Kişilər sevgililərini xoşbəxt etmək istəyirlər, amma heç cür nə etmək lazım olduğunu müəyyənləşdirə bilmirlər”.

Buna görə də, üstü örtülü danışmaqdansa, birbaşa problemi izah etmək ən doğrusudur.

4. Sevgiliniz olmadan əylənin

Əslində, boş vaxtlarınızı birlikdə keçirdikdə münasibətinizin yaxşı olacağını düşünürsünüz. Ancaq bu, həmişə yaxşı nəticələr vermir.

Oykla görə, daima birlikdə olanda danışa biləcəyiniz mövzular da azalır və bir müddətdən sonra bir-birinizdən sıxılmağa başlayırsınız. Bundan başqa, kişilər xüsusi əyləncə dünyası, çoxlu dostları olan qadınlara daha çox hörmət edirlər.

Həftənin ən az bir neçə günü üçün plan qurun, yəni kinoya, dostlarınızla restorana gedin, fərqli əyləncələr tapın və ən əsası əyləncənizə sevgilinizi dəvət etməyin.

Gözəl vaxt keçirmək üçün ona “möhtacsınız” imici yaratmaqdansa, çoxlu planlarınız arasında ona vaxt ayırıb, yaxşı vaxt keçirdiyinizi göstərmək, münasibətinizi daha da gücləndirəcək.

5. Ona sevgi göstərin

Psixoloq Kovalt bəzi qadınların “aldadılmaq” qorxusu ilə kişilərə hisslərini bildirmədiklərini yazır. Ancaq hisslərinizi gizlətməyiniz belə təəssürat yarada bilər ki, sevgilinizlə maraqlanmırsınız.

Yaxşı bir gün keçirdikdən sonra sağollaşanda “Əla gün oldu” deyib onu sevindirə bilərsiniz. Onunla birlikdə olanda nə hiss edirsinizsə, bunu deməkdən çəkinməyin. Hisslərinizi dilə gətirməyiniz münasibətinizə müsbət təsir göstərəcək.

Bunları etməyin!

Ona aid hər şeyin sizə də aid olduğunu düşünməyin. Onun e-mail və ya Facebook hesabının şifrəsini istəmək doğru deyil.

Sədaqətini test etməyin. Anası sizi sevmirsə, onu seçim etməyə məcbur etməyin.

Onu dostlarınıza “gələcək ərim” kimi təqdim etməyin.

# 6611 dəfə oxunub

Oxşar xəbərlər

Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

14:25 12 avqust 2026
"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını  bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

12:00 12 avqust 2026
Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

14:20 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər