Bu gün Elmir Mirzəyevin konserti olacaq - PULSUZ

Bu gün Elmir Mirzəyevin konserti olacaq - <span style="color:red;">PULSUZ
26 dekabr 2014
# 12:04

Bu gün saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Elmir Mirzəyevin konserti baş tutacaq. Konsertdə Elmir Mirzəyevin “Təsbeh oyunu” simfoniyası ilə yanaşı Vladimir Runçakın “Duellər”, Kvadromusiqi No 3 (1995) nəfəsli və digər orkestr alətləri üçün əsərləri səslənəcək.


Vladimir Runçakın “Duellər”, Kvadromusiqi No 3 (1995) nəfəsli və digər orkestr alətləri üçün əsərlərində “səs/vizual duellər” aşağıdakı tərzdə baş verir:

1. Konsert zalının müxtəlif yerlərində qərarlaşmış musiqiçilər arasında;

2. Konsert zalından, səhnədən və külafirəngidən gələn səs qruplaşmaları arasında ;

3. Tamaşaçılar və “tamaşaçılar” arasında ( bu “tamaşaçılar” səhnədə əyləşən orkestrin digər musiqiçiləridir ki, əsərə qulaq asaraq onlara həvalə olunmuş kiçik aktyor rollarını ifa edirlər. Bu rolların məğzi əsl tamaşaçılara onların konsert zalında musiqi dinlərkən hansı durumda olduğunu göstərməkdir);

4. Konsert zalı və “zal”, auditoriya və “auditoriya” arasında;

5. “Duellər” həm də bir tərəfdən bəstəkarlar, digər tərəfdən ifaçılar və tənqidçilər arasında baş verir. Onların müxtəlif tənqidlərinə baxmayaraq bəstəkarlar mütləq qabağa getməli, inkişaf etməlidirlər.

Elmir Mirzəyevin “Təsbeh oyunu” (1996) böyük orkestr üçün simfoniyasının konsepsiyası Herman Hessenin “Das Glasperlenspiel” (“Muncuq oyunu”) romanının təsiri əsasında yaranıb.

Romanda dəqiq oyun qaydaları təsvir olunmur, belə ki, əsərin qayəsi rasionallıqla irrasionalizmin, elmlə incəsənətin məchul sintezindən ibarətdir. Buradakı Oyunun məqsədi, ilkin baxışda elmin və incəsənətin fərqli müstəvilərinə aid olan nəsnələri arasındakı mövcud dərin əlaqənin tapılması və onların nəzəri bənzərliklərinin aşkarıdır. “Muncuq oyunu”nun dili, musiqi və riyazi ahəngin ən yüksək nöqtəsidir.

“Təsbeh oyunu”nun konsepti sufi zikrinin (meditasiya) dördölçülü təsviri cəhdindən ibarətdir.

Musiqi elminin aşağıdakı aspektləri bu təsviri mümkün etmişdir:

1) İntonasion aspekt (17 tonlu səs sırası - 12 ton + 5 dörddəbir tonun növbələşməsi ilə)

2) Ədədi-riyazi/say aspekti (7 ritmdən ibarət 4 ritmik blokun növbələşməsi, müsəlman təsbehlərindəki 101 dənə sayına uyğun olaraq 101 xanə (mərkəzi 51-ci xanə olmaq şərtilə); 7/4 ölçüsü – sufizmdə mistik ədədlər)

3) Həndəsi aspekt (Mərkəzdə 7 güşəli ulduz təsviri olan 7 fiqurun növbələşməsi və bunun ardınca gələn asimmetrik inversiya)

4) Qrafik aspekt (Fakturanın təsvir dəyişkənliyi hər təsbeh dənəsindən yaranan təcrübənin bənzərsizliyi tərəfindən müəyyən olunur)

Simfonik orkestr özünün çoxsaylı müxtəlif alətləri və tembrləri ilə birgə romanda təsvir olunan abstrakt “Oyun” sahəsinə çevrilmiş olur, dirijor isə öz növbəsində əsərin baş qəhrəmanı - Magister Ludi (Oyun ustadı) rolunu həyata keçirir.

# 3057 dəfə oxunub

Oxşar xəbərlər

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
İnsan  torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

İnsan torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

13:30 2 avqust 2026
Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

Gözəllik kanonlarını kökündən sarsıdan sənətkar - Dübüffenin 3 məşhur əsəri

14:00 31 iyul 2026
"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

15:00 30 iyul 2026
Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

13:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər