Yetkin qadın və şıltaq qız arasındakı 10 fərq

Yetkin qadın və şıltaq qız arasındakı 10 fərq
26 noyabr 2014
# 09:15

Yetkinlik daha çox yaşla bağlı olsa da bu göstərici şərtidir. Çünki 23 yaşında olub özünü tamamilə yetkin qadın kimi aparan, amma 43 yaşında olub şıltaq qız kimi davranan xanımlar var. Yaş əsas göstərici deyil, bəs yetkin qadını şıltaq qızdan nələr ayırır?

Kulis.az yetkin qadınla, şıltaq qız arasında 10 fərqi təqdim edir.

1. Yetkin qadınlar nə geyindiklərindən asılı olmayaraq seksualdırlar. Şıltaq qızlar isə daha seksual görünmək üçün açıq-saçıq geyinməyə üstünlük verirlər.

Yetkin qadınlar qarşısındakı kişini seksual baxımdan cəlb etməyin təkcə açıq-saçıq geyinməkdən ibarət olmadığını bilirlər və buna görə də özlərini seksual göstərmək üçün açıq-saçıq geyinmək kimi problemləri olmur. Yetkin qadın öz reallıqları ilə barışıb və qarşısındakı insanın onun haqda nə düşündüyünü çox da vecinə almır.

2. Yetkin qadınlar sizinlə söhbət edir, düşündüklərini, istəklərini dilə gətirir. Şıltaq qızlar isə kişidən nə düşündüklərini anlamasını gözləyirlər.

Kişilər düşüncələri oxumaq qabiliyyətinə malik deyil. Bunu unutmayın. Yetkin olmayan qızlar adətən kişilərdən belə bir şey gözləyirlər. Öz aləmlərində müəyyən siqnallar göndərib kişidən başa düşməsini gözləyirlər. Amma əsl qadın belə deyil. O demək istədiyini açıq deyir.

3. Yetkin qadınlar maddi baxımdan müstəqildirlər. Şıltaq qızlar isə kişilərin hər yerdə hesabı ödəməsini gözləyirlər.

Şıltaq qızlar uşaq kimidirlər. Onlar istəyir ki, hər şeyi hazır əldə etsinlər. Belə qızların əlini cibinə atdığını görən olmayıb. Amma yetkin qadın, qarşısındakı kişinin onu nəyəsə qonaq etməsinə icazə verəcək qədər özünəinam hissinə malik olmasına baxmayaraq, əsasən hesabı özü ödəmək istəyir. Əsl qadın ona hörmət etdiyiniz, onu sevdiyiniz üçün sizinlə birlikdə olur, pulunuz üçün yox.

4. Yetkin qadın harda dayanmaq lazım olduğunu bilir. Şıltaq qız isə özünü apara bilməyən uşaq kimi sərxoş olub adamı bezdirir.

Hansısa bir klubda əlindəki qədəhlə bara yaxınlaşıb “birin də süz” deyə qışqıran qadın görmüsünüzmü? Əlbəttə, yox. Çünki yetkin qadınlar belə şeylər etmirlər. Amma şıltaq qızlar evdən icazə alıb kluba gedirlər və özlərini itirənə qədər içib yanındakı oğlanı də utandırırlar. Yetkin qadın da içki içir. Amma özünü aparmağı və qədərini bilir.

5. Yetkin qadınlar yeni münasibətə başladıqda bunu dərhal Facebookdan hamıyla paylaşmırlar. Qızlar isə yeni bir münasibətə başladığı barədə dərhal Facebookdakı dostlarına xəbər verir. Münasibət statusunu yeniləyirlər.

Yetkin qadınlar real həyatları ilə məşğul olurlar və kompüterin başına keçəndə ilk işləri Facebook hesablarını açmaq olmur. Xəbər oxuyurlar, dünyada gedən prosesləri izləyirlər. Şıltaq qızlar münasibətə başlayanda heç evə getməyi gözləmirlər, elə yoldaca mobil telefondan girib FB-də bu haqda yazırlar.

6. Yetkin qadın kitab oxuyur, şıltaq qız isə televizora baxır.

Bəzi televiziya verilişləri yaxşıdır təbii ki. Amma hamının qəbul etdiyi bir reallıq var: televiziya bizə heç nə vermir, əsasən boş-boş şeylər göstərirlər. Şıltaq qızlar daxilən boş olduqlarına görə vaxtının çoxunu televizorun qabağında keçirir. Kitab oxumaq onlara cansıxıcı şey kimi gəlir. Yetkin qadınlar isə vaxtının qədrini bilir və nəsə öyrənmək üçün kitab oxumağın vacib olduğunu bilirlər.

7. Yetkin qadınlar nə haqda, nə qədər danışmaq lazım olduğunu bilirlər. Şıltaq qızlar isə boş və lazımsız mövzularla bağlı çərənləməyə üstünlük verirlər.

Bu əsas fərqlərdən biridir. Yetkin olmayan qızla hansısa mövzu barəsində müzakirə aparmaq müşkül məsələdir. Onlara öz mövzuları maraqlıdır.

8. Yetkin qadınlar kişinin yanında ürəyi nəyi istəsə yeyə bilər. Şıltaq qızlar isə ancaq “Seza salatı” yeməklə özünü göstərir.

Bu o demək deyil ki, yetkin qadınlar salat yemir. Belə qadınlar birlikdə olduğu kişinin gözündə zəriflik obrazı yaratmaq üçün kafedə salat sifariş verib, axşam evə qaydanda iki qab dolma yemirlər. Bunu o haqqında danışdığımız şıltaq qızlar edirlər adətən. Yetkin qadınlar sağlamlıqlarının qayğısına qalmağı bacarırlar və harda nə yemək lazım olduğunu bilirlər.

9. Yetkin qadınlar həyatın fərqli tərəflərini kəşf etməyə çalışdıqlarına görə yeniliklərə həmişə açıqdırlar. Şıltaq qızlar isə bildiyi şeylərlə kifayətlənir və yeniliklərə doğru addım atmırlar.

Yetkin qadınların həyat təcrübəsi olur. Onlar təcrübənin mühümlüyünə bələddirlər. Dünyanı görmək, yeni insanlarla tanış olmaq, fərqli imkanları dəyərləndirmək barəsində çox həvəslidirlər. Arzuları və xəyalları var. Şıltaq qızlar isə həyatda nə istədiyini bilməyən, cızdıqları xətdən o tərəfə keçməyə ürəyi gəlməyən canlılardır.

10. Yetkin qadınlar özlərindən başqa heç kimə ehtiyacı olmadan yaşamaq gücünə malikdirlər. Şıltaq qızlar isə himayəçi mələklərə ehtiyac duyurlar və özbaşına addım ata bilmirlər.

Qərarlarını özü verən, həyatdan öz gücüylə tutmağı bacaran qadınlar yetkin qadınlardır. Onlar həyatda nə istədiyini bilirlər. Məqsədləri naminə irəliləyirlər. Şıltaq qızların isə belə hədəfləri yoxdur. Onlar daim kiminsə əlinin altında yaşamağa öyrəşiblər.

elitedaily.com

# 5985 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #