Dünyanı dəyişən insan haqda 10 maraqlı fakt

Dünyanı dəyişən insan haqda 10 maraqlı fakt
15 may 2014
# 07:45

Ötən gün Facebookun yaradıcısı Mark Zukerberqin 30 yaşı tamam oldu.

Kulis.az dünyanı dəyişdirən bu insan haqda maraqlı faktları təqdim edir.

1. O, həmişə futbolka geyinir. Çünki çox rahatdır, praktikdir, tez geyinmək və səhərlər vaxta qənaət etmək olur.


2. O, 2009-cu ildə qalstuk taxdığını deyir.

3. Mark vegeteriandır. Amma bir müsahibəsində deyib ki, ancaq özünün kəsdiyi heyvanların ətini yeyəcək.

4. 2010-cu ildə Zukerberq Facebook əməkdaşları ilə birlikdə “Sosial şəbəkə” filmini izləyib. Film onun Facebooku yaratması ilə bağlıdır. Sonradan Mark filmi tənqid edərək deyib ki, filmdə onu sosial status qazanmaq üçün belə bir sayt hazırlayan adam kimi təsvir ediblər.

5. Onun “Beast” ləqəbli itinin Facebook səhifəsinin 1,9 milyon izləyicisi var.

6. Gələcək arvadı Priskilla Çan ilə bir kollecin tualetində rastlaşıblar ilk dəfə. Çan Facebookun ilk üzvlərindən biri olub.

7. Markı tənqid edirdilər ki, 19 milyard dolları olmağına baxmayaraq toyda öz həyat yoldaşına cəmi 25 min dollarlıq üzük taxıb.

8. 2010-cu ildə Markı “Time” jurnalı ilin adamı seçib.

9. “Simpsonlar” multserialında Mark Zukerberq özünü səsləndirib.

10. Zukerberq daltonikdir. O yaşıl və qırmızı rəngləri seçə bilmir. Amma göy rəngi çox yaxşı görür. Ona görə də Facebookda göy rəng üstünlük təşkil edir. “Göy rəngi mənim üçün ən zəngin rəngdir. Mən göyün bütün çalarlarını görə bilirəm”- o deyir.

# 6796 dəfə oxunub

Oxşar xəbərlər

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

16:00 15 noyabr 2026
"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

13:45 15 noyabr 2026
Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

Bağırov onu kabinetinə çağırıb dedi ki... - Məşədi İbadı oynayan Əliağa Ağayev niyə Fəxri Xiyabanda dəfn olunmadı?

10:00 13 noyabr 2026
Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

15:00 12 noyabr 2026
"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər