“Evimdə qızları içməyə qoymurdum” MÜSAHİBƏ

“Evimdə qızları içməyə qoymurdum” MÜSAHİBƏ
12 oktyabr 2013
# 08:15

Kulis.Az Ayşe'Armanın Türkiyənin məşhur köşə yazarı Hıncal Uluçla seks mövzusunda müsahibəsini təqdim edir.

- İlk cinsi təcrübəniz haqqında danışaq...

- Bu cür özəl söhbətləri heç vaxt heç kəsə danışmamışam. Amma Ayşə Arman istisnalığı var. Bunları danışmağım mənə çox düşmən qazandıracaq. Amma bir xeyli insana da qapı açacaq.

- Əla. Şəhanəsiniz!

- Bizim vaxtımızda cinsi münasibətlər haqda fərqli əfsanələr vardı. Birinci əfsanə “Fahriyə ablalar” idi. Onlar məhəllənin gənc oğlanlarını xoşbəxt edənlər idilər. Amma biz o qədər şanslı ola bilmədik. İkinci əfsanə xüsusi lüks “görüş evləri” barədə idi. Hər adam ünvanlarını bilmirdi, xüsusi evlərdi. Ən məşhuru da “Lüks Nərmin” adlanırdı. Ora girə bilmək üçün çox pul lazım olurdu, amma bizdə də pul hardan idi? Sadəcə heyranlıqla danışılan hekayələri dinləyirdik və dərindən ah çəkirdik. Başqa bir metod da vardı ki, eşidəndə heç xoşuna gəlməyəcək. Amma Türkiyədə geniş yayılmışdı. Bizim gəncliyimizdə daha çox yayılmışdı.

- O hansıdı?

- Eşşəklər!

- Zarafat edirsiniz...

- Xeyr. Bu, Türkiyə reallığıdır. 15-16 yaşım olardı. Kəndə getmişdim. O vaxta qədər heç kəslə cinsi əlaqədə olmamışdım. Uşaqlar “Biz sənə təşkil edərik” - dedilər. Həyəcanla gözlədim. Bir də nə görsəm yaxşıdı? Çayın kənarında gözəl gözlü bir eşşək. Bunun nə demək olduğunu soruşanda isə: “Sən ağa uşağısan deyə sənə saxlamışıq. Heç kəs əlini vurmayıb” - dedilər. “Siz manyaksınız!” deyib hirsləndim. O “fürsəti” əldən verdim.

- Yazıq eşşəyin axırı nə oldu?

- Elçisi çox idi, bakirə saxlamadıqlarından əminəm! Amma inan ki, o illər belə idi. 60-cı illərdə də düşərgəyə getmişdik, hər gün səhər uşaqların harasa itdiklərini görürdüm. Bir dəfə bildim ki, yenə nəsə tapıblar.

- Ay Allah, o da eşşək idi?

- Bilmirəm, soruşmadım. Sadəcə belə şeyin mümkünsüz olduğunu dedim. Apardım “Görüş evi”nə. Şərait bu cür idi, ya eşşək, ya Fahriyə xalalar… Ya da pulun olmalıdı idi ki, “Lyuks Nərmin” kimisinin görüşünə gedə biləsən.

- Yoxsa?...

- Yoxsa tək bir şey qalır, o da dövlətin rəsmi evi. Mən də o cür etdim. Bu ölkədə yaşayan milyonlarla kişi kimi ilk cinsi təcrübəmi bir ümumxanada yaşadım.

- Necə idi?

- İyrənc! O pisliyin, o leş qoxusunu təsvir etmək çətindi. Amma gedib işini görə bilməyəndə də xarizman yerlə bir olur. Məcburən işini görməlisən, sonra səndən “Necə oldu?” deyə soruşurlar. Düzü heç bir yerinə toxunmaq istəmədiyin bir otaq, heç bir yerinə oturmaq istəmədiyin, artıq öz rəngini itirmiş döşək üzü. Və onun üstündə kim olduğu bəlli olmayan bir qadın. Şeron Stoun da olsa nifrət edərsən. Hətta bəlkə də qusarsan. Mənim yaşadığım ilk cinsi əlaqə bax, bu cür iyrənc bir şey idi. Başa düşdüyün kimi ürək ağrısıdı.

- Adətən insanlar arvadlarıyla fahişəxanalara getməzlər.

- Biz Holli (həyat yoldaşı-red.) ilə çox yaxın idik. Türkiyədə ilk topless (büstqaltersiz) gedilə bilən çimərlik Foçada idi. Fransızların istirahət yeri idi, türklərin ora girməsi qadağandı. Holliyə oranı görmək istədiyimi dedim. Mənə qadınların özlərini o cür günəşə vermələri maraqlı gəlirdi. O da sağ olsun təşkil etdi, getdik. Mənə onları ilk göstərən insan Hollidir.

- Pulla seksi sevmirsiz.

- Həmişə rədd etmişəm. Deməli, 1983-cü ildə Moskvaya olimpiadaya getmişdik. Mən də 40 yaşındaydım. Moskva da o zaman seks şəhəri idi. Dünyanın ən gözəl, amma ən ucuz qadınları orda idi. Elə bir ortamdı ki, bir “Bitls” valına çıxara bilməyəcəyin qadın yoxdu. Bir gecə uşaqlar dedi ki, 4 qızla tanış olmuşuq, evlərinə qonaq çağırıblar. Biz də getdik. Həqiqətən də, çox gözəl 4 qız idi. Biri də Sofi Lorenin Rusiya şöbəsi kimi bir şey idi. Mən onunla maraqlanırdım. Xeyli söhbət etdik, hər şey yaxşı gedirdi. Uşaqlar da arabir yox olurdular. Mən də söhbətə davam edirəm, arabir əl-ələ tuturduq. Mətbəxə getdim, bu qız da arxamca gəldi, sevişib-sevişməyəcəyimizi soruşdu. Hətta pulunun ödəndiyini də dedi. Sən demə dostlarım özləri mənə bunu əvvəlcədən deməyiblər, çünki bilirlər ki, gəlməyəcəm. Mən də qızla çox nəzakətli davrandım və sevişmədim.

- Bütün adamlar bu qızla birlikdə olurdu, ən azından bir neçə kişi…

- Onu bilmirəm artıq. Onsuz da o gecə pulu ödəndiyi üçün qızı apardılar.

- Heyf! İnsan qızı qurtarar heç olmasa, madam ki, bu qədər gözəl söhbət etmisiniz.

- Alan razı, verən razı. Necə qurtarım? O da həvəslidi yatmaq üçün. Amma pulla eşq mənim üçün yoxdu. Nə etsəydim də onun mənimlə pul üçün yatdığı fikrini ağlımdan çıxara bilməyəcəkdim. Ona görə də birlikdə olmadım. Amma qızdan xoşum gəlmişdi. Onsuz da indiyə kimi xoşlanmadığım heç bir qadınla hər hansı bir əlaqə qurmamışam. Nahar belə etməmişəm. Sən bu gün gəlib məndən müsahibə ala bilirsənsə, deməli xoşlandığım, rəğbət göstərdiyim qadınlardansan. Xoşlandığım qadınla dostluq edərəm, ondan sonrası artıq onun öz qərarıdır. Heç vaxt heç kəsdən heç bir şey istəməmişəm, təklif də etməmişəm, amma özü verərsə…

- “O verərsə” nə deməkdi? Sizin istəmə haqqınız yoxdurmu?

- Mən məcbur edilməkdən xoşlanmadığım üçün, kimisə nəyəsə məcbur da edə bilmirəm. Xoşlandıqlarımdan qarşılıq verənlər oldu, onlarla işi davam etdirdik, sevişdiklərim də oldu.

- Siz heç bir gecəlik məhəbbət yaşamadınızmı?

- Gələk o məsələyə. Bizim zamanımızda ən çətin problem yer problemi idi. Qəbiristanlıqda belə sevişənlər vardı. Mən şanslı idim. Tək yaşadığım bir evim vardı. Və qızlar evə gəlməyə başladılar. Bəziləriylə sadəcə səhərə qədər oturub söhbət edirdik, qız sevişmək istəsə sevişirdik. Amma qızın evə girdiyi andan etibarən əməl etməli olduğu şərtlər vardı.

- Məsələn, nə?

- Mənim evimdə içki içmək qadağan idi. “Sonrasını xatırlamıram” sözünü heç kəsin mənə deyə bilməməyi üçün alkoqol vermirdim.

- Yəni qarşılıqlı şərab içmirdiniz?

- Mən sizə 20 yaşımdan danışıram. O yaşlarda mənimlə sevişməsi üçün bir bəhanəsi olmasın, özü istədiyi üçün sevişsin deyə içki vermirdim.

- Niyə dünyanın bütün yükünü siz çəkirsiniz axı? Halbuki heç kəs bu qədər diqqətli deyil?

- Mən də bu cürəm, nə edim. Sevişəndən sonra içmək olardı. Amma belə qəribə hal da olurdu: aylarla arxasınca qaçdığım qız nəhayət evimə gəlir və sevişirik. Bundan böyük qələbə yoxdur. Amma mən gecə saat ikidə o qızı yatağımda görməyə dayana bilmirdim. Nəzakətlə icazəsini alıb, aparıb qoyurdum evlərinə. Sonra bir gün mən öz-özümə dedim ki, deməli, bu qızlara qarşı sevgi hiss etmirəm.

- Bunu necə anladınız?

- Bir gün sevişdikdən sonra sarılıb yatmaq istədiyim qadınla rastlaşdım. Boşaldıqdan sonra hələ də ona sarılıb yatmaq istəyirsənsə, bu, artıq məhəbbətdi.

- Bax dediyiniz bu məhəbbətdə seks var. O qıza sadəcə sarılmaq sizə bəs edirdimi?

- O cür sevgi də yaşadım. Toxunmağın verdiyi həzlə orqanların birləşməsi arasında çox fərq var.

- Siz seksi sevmirsinizmi?

- Əlbəttə. Amma sırf seksi sevmirəm.

- Siz illərlə kişilərə seksi sevdirməyə çalışan, qadınlarla kişilərin arasını düzəltməyə çalışan, cinsi həyatı normallaşdırmağa çalışan bir jurnal buraxmısız. Seksi bu qədər təbliğ edən biri üçün “Sekssiz sevgi qiymətlidir, hətta daha qiymətlidir!” demək əkslik yaratmırmı?

- Xeyr. Seks sevginin şərtlərindən biri deyil axı. Seks yaşamadıqları halda birlikdə olan, bir-birini sevən xeyli sayda adam var. Mən çox sevdiyim bir dostumun sevgilisinə aşiq olmuşdum. Mən sənə də aşiq ola bilərəm, amma sənin ruhun belə duymaz, heç ərinin də. Kiminsə arasına girmək mənə yaraşmaz, o ayrı məslədi. Amma “buna bu cür, bu şərtlə aşiq olmaq olar” deyə bir qayda da yoxdu.

- Bunlar fərqli şeylərdi. Platonik sevgidir.

- Hardan bilirsən? Heç sevişmədən də sənə aşiq ola bilərəm. Bu cür şeylər yaşadım mən. Ən yaxın dostumun sevgilisinə vurulmuşdum. Heç birinin xəbəri olmamışdı.

- Bu nə qədər davam etdi?

- Üç il.


- Qıza heç nə demədinizmi?

- Demədim, demərəm də.

- Onda belə çıxır ki, siz sevgini özünüz üçün yaşayırsınız?

- Sevgi o cür bir şeydir zatən.

- Yaxşı, sevişə bilmədiyiniz sevgilinizlə yaxşı anlaşa bilərsinizmi?

- Beləsi çox oldu. Çünki sevişmə zamana bağlıdır. O məni yaxşı tanısa, mən də onu, zamanla yaxşı sevişə bilərik.

- Siz allah, bəsdirin. O uyğunluq ya vardır, ya da yoxdur. Məsələn mənim üçün ölçü öpüşməkdi. Yaxşı öpüşə bilmədiyin biri ilə sevişə də bilməzsən…

- Yox, mən o cür deyiləm. Bizim qızlarımıza bir hərəkət edirsən, məsələn qolunu oxşayırsan, bu onun xoşuna gəlir, amma büruzə vermir. Sən də elə bilirsən ki, bəyənməyib, halbuki əksinədi. Qəribədir, xoşlandıqlarını, həyəcanlandıqlarını büruzə vermirlər, yükün hamısı da düşür kişinin üstünə, kişi kəşf etməyi bacarmalıdır. Bu cür məsələdə çox səbirliyəm. Gözlədim, kəşf etdim, çox insana sevişməyi öyrətdim.

- Heç unutmadığınız xoşbəxtliyiniz oldu?

- Heç unutmadığım münasibətim var, sevgilim bakirə idi. İllərlə birlikdə olduq. Sevişdik, amma heç zaman cinsi akt yaşamadıq.

- Çətin olar bu cür.

- Yox, həyatımın ən gözəl sevişmələrini onunla yaşadım.

- Necə olur bu?

- Olur.

- Qız niyə sizinlə sevişməyib bakirə qalırdı?

- O çox istəyirdi, amma mən həmişə rədd edirdim.

- Niyə? Sizdən sonrakı adamla bakirə olaraq evlənsin deyəmi?

- Eynilə! Məmləkətimiz geri düşüncəlidir. Bir düşün, məndən sonra bəlkə birini ürəkdən sevdi, o da onu sırf bakirə deyil deyə almadı, onda mən məhv olaram.

- Yaxşı bəs qız hardan bakirə oldu?

- Deyil, amma qızın əri elə biləcək ki, ilk dəfə onunla yatıb.

- Sizin sevgilim dediyiniz qız, niyə onu məhv edəcək bir “axmaq” ərlə evlənir axı? Yoxsa o özü də axmaqdır?

- Xeyr, Türkiyə belədi!

- Bəs ən çox unutmaq istədiyiniz münasibət hansı olub?

- Elə bir münasibətim olmayıb. Mənim bütün münasibətlərim gözəl idi. Düzdü, arvadım da daxil hər dəfəsində mən tərk edilmişəm.

- Bu qadınlar niyə sizi tərk edir?

- Hər halda nəsə var məndə.

- İntellektual bir qadını cəlb etdikdən sonra kişi hormonları güclü olan biri gəlir və onu sizdən alır. Nə hiss edərsiniz?

- Oldu belə bir şey.

- Gəlib sizin qızı aldı, sevişdi, siz də sakit qaldınız?

- Hə.

- Nə pis.

- Nə edə bilərsən ki? Belə şey mənim həyatımda çox oldu. Məni tərk edən durduğu yerdə getmədi.

- İnsan bunu necə dözə bilər axı?

- Nə edərdim, intihar edəsi deyildim ki? Əziyyət çəkirəm, o da sonra keçir. Ancaq belə bir problemim var ki, onu başımdan çıxarmadan başqasına baxa bilmirəm. Beynimdən sildikdən sonra gəlsə də qəbul etmirəm.

- Keçmiş arvadınız Holli də başqasına getdi, deyilmi?

- Hə. Düz iki il gözlədim. Sona bir gün beynimdən “Delete” etdim. 10 il sonra qayıtdı. Onun yenə Türkiyədə iş və ev tapmasına kömək etdim. İki il buralarda yaşadı. Zənn etdi ki, Hıncal barışar. Amma artıq mənim üçün hər şey bitmişdi.

# 7125 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #