İradə Tuncay: “Ay da… Demərəm. Çox özəldi”

İradə Tuncay: “Ay da… Demərəm. Çox özəldi”
28 oktyabr 2014
# 09:00

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Kulis.az Prustun suallarını "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncaya ünvanlayıb.

1. Ən sevdiyiniz söz?

- Belə bir təsnifat aparmamışam doğrusu. Mərhəmət ola bilər.

2. Nifrət etdiyiniz söz hansıdır?

- “Yalan” deyək.

3. Sizi nə həyəcanlandıra bilər?

- Yaz yağışı , ayın bədirlənməsi, çayın şırıltısı ,yarpaq xışıltısı….Çox şey …

4. Həyəcanınızı nə öldürə bilər ?

- Anlamazın bir kəlməsi.

5. Hansı səsi çox sevirsiniz?

- Klaviaturada həmin səsi necə ifadə edim? Eşitmək istədiyim səsi .

6. Hansı səsə nifrət edirsiniz?

- Haqsız danışan səsə...

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Məşğulam o işnən. Başqa sahədə görmürəm özümü. Amma həm də bilirəm ki, harda olsam yaxşı olacaqdım. Fərqli olacaqdım.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Rəssamlıq deyək.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

- Kim olsam da özüm olacaqdım da ….

10. Harda yaşamaq istəyərdiniz?

- Qanunların bərqərar olduğu yerdə.

11. Ən başlıca çatışmazlığınız nədir?

- Eyibsizliyim.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- Düşündüyümü gizlətməməyim .

13. Qəhrəmanınız kimdir?

- Çe Gevara

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Söyüş söymürəm

15. Hal-hazırkı əhvalınız (ovqatınız) necədir?

- Belə də …. Xətrinizə dəyməyib cavab yazıram )))))))))))))))))))

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Həyat fəlsəfəm şüara sığmır...

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- Ay da ….Demərəm . Çox özəldi.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- Anlayışsız mühitdə yaşamaq.

19. Necə ölmək istəyərdiniz?

- Ölmək haqqında düşünmək istəmirəm.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini

- Mən bilərəm O bilər… Aramıza girməyin...

# 5881 dəfə oxunub

Oxşar xəbərlər

Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri  - Anri Russonun "Yatmış qaraçı qadın"ı

Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri - Anri Russonun "Yatmış qaraçı qadın"ı

13:30 2 sentyabr 2026
Sədaqət, itaət və  andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

Sədaqət, itaət və andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

16:30 1 sentyabr 2026
"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

17:00 31 avqust 2026
Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

16:00 31 avqust 2026
Əri güllələndi, övladı uşaq evində acından öldü, qızı həbs edildi... - Görkəmli rus şairin faciəvi  taleyi

Əri güllələndi, övladı uşaq evində acından öldü, qızı həbs edildi... - Görkəmli rus şairin faciəvi taleyi

12:00 31 avqust 2026
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

12:30 30 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər