Cümhuriyyətin 100 illiyi şərəfinə tamaşa

Cümhuriyyətin 100 illiyi şərəfinə tamaşa
26 fevral 2018
# 15:05

Martın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası Milli Teatr Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq.

Teatrdan bildirilib ki, quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.

Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəyli obrazının canlandırılacağı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin lakin, şərəfli mübarizə yolundan bəhs edir.

"Nuri-didə Ceyhun” pyesində hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir. Tamaşada Azərbaycanı müstəqil ölkə və dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyəti önə çəkilir. Fransada Yurd həsrətli yuxuları ilə təskinlik tapan Ceyhun Hacıbəyli anasının intizarına, həyat yoldaşı Zöhrənin istəyinə, qardaşı Üzeyirin çağırış məktublarına və bütün digər təkidlərə baxmayaraq, doğma diyarına geri dönmür. Səbəb isə gün kimi aydındır. Qardaşı Üzeyir Hacıbəylinin təhdidlərə məruz qalacağından qorxur. İnztirablarla dolu həyatında bir-birinin ardınca verdiyi itkilər, psixoloji cəhətdən aldığı zərbələr nəticəsində ömrünün sonuna qədər mühacir həyatı sürür. Keçirdiyi bütün sarsıntılara baxmayaraq, Ceyhun tamaşanın sonuna qədər mübariz ruhu ilə sabaha ümidini itirmir.

Tamaşada rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar Artistlər Pərviz Məmmədrzayev, Şövqü Hüseynov, Anton Ferşdant, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov, Şaban Cəfərov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edirlər.

Maraqla baxılan bu səhnə əsərində böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunub. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibçisi Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

# 2349 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

12:00 23 aprel 2026
"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər