“İsanın yatağındakı ilahə” təqdim olundu

“İsanın yatağındakı ilahə” təqdim olundu
19 noyabr 2014
# 11:04

Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Səidə Haqverdiyevanın “İsanın yatağındakı ilahə” kitabının imza günü keçirilib. “Yazıçı” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Yazıçılar Birliyinin AYBKitab layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rza, redaktorları Akif Şahverdiyev və Səhər Əhməddir.

Kitabda müasir həyatımızda baş verən bir sıra hadisələrin təsviri öz əksini tapıb. Əsasən ailə-məişət mövzusunda yazılmış povest və hekayələrdə müəllif çalışıb ki, problem və onu yaradan səbəbləri göstərsin. Əsərlərdə adət-ənənəyə hörmət, dostluğa sədaqət, verilən vədə əməl etmək kimi müsbət keyfiyyətlər və əxlaqi dəyərlərə xüsusi yanaşma var.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qonaqları salamladıqdan sonra AYBkitab layihəsi haqqında geniş məlumat verib, layihənin gerçəkləşməsində xidməti olanlara – “Yazıçı” nəşriyyatının direktoru Şəmsi Vəfadara, “Vektor” nəşriyyatının rəhbəri Elçin İsgəndərzadəyə, “Yayım Assosiasiyası”na, “Bayatı” kitab mağazasına təşəkkürünü bildirib: ”Layihə çərçivəsində hər hansı bir kitab nəşr olunanda, öz kitabım işıq üzü görəndə sevindiyim qədər sevinirəm. Kitab mütləq təbliğ olunmalıdır. Biz bölgələrimizdə də yazarlarla oxucuların görüşlərini keçirməyi nəzərdə tutmuşuq”.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi xalq şairi Fikrət Qoca Səidə Haqverdiyevanı kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq yolunda uğurlar arzulayıb.

Kitabın redaktoru Akif Şahverdiyev çıxışında müəllifin ədəbiyyata gəldiyi ilk vaxtlardan, ilk qələm təcrübələrindən söz açıb: “Səidə Haqverdiyevanın şeirləri ilk dəfə 2001-ci ildə “Sabah” qəzetində işıq üzü görüb. Onun şeirlərindən dərd tökülür, bütün hekayə və povestlərində problem qoyulur. Onun taleyində nə qədər uğur olsa, mənim sevincimdir”.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu təqdim olunan kitab haqqında öz fikirlərini iştirakçılar ilə bölüşüb, müəllifin növbəti kitabının dil, forma, estetik baxımdan daha da fərqli olmasını arzulayıb.

Kulis.az saytının redaktoru, yazıçı Qan Turalı Azərbaycan Yazıçılar Birliyinin AYBKitab layihəsini çox uğurlu, təqdirəlayiq hal kimi qiymətləndirib. O, çıxışında hər bir cəmiyyətin problemlərinin ədəbiyyatda əks olunmasının vacibliyini önə çəkib.

Xalq artisti İlham Namiq Kamal müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə teatr ordusu adından təbrik edib, müasir dövrdə ədəbiyyatın, mədəniyyətin əsas vəzifəsinin insanları düşündürmək olduğunu söyləyib.

Təqdimat mərasimində Səhər Əhməd, Kitabxana.net saytının redaktoru Aydın Xan, Azər Qismət çıxış edərək Səidə Haqverdiyevanı kitabının nəşr olunması münasibətilə təbrik ediblər, ona gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıblar.

Sonda çıxış edən Səidə Haqverdiyeva tədbirin keçirilməsində, kitabının nəşrində zəhməti olanlara, tədbirdə iştirak edənlərə təşəkkür edib, kitabını imzalayaraq oxucularına təqdim edib./AYB.az/

# 1651 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

12:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

15:00 12 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər