Hamımızın içində 3 yaşlı uşaq var...

Hamımızın içində 3 yaşlı uşaq var...
4 sentyabr 2014
# 07:30

Luiza Hey - amerikalı yazıçı, həvəsləndirici əsərlər müəllifi və "Hay House" nəşriyyatının təsisçisidir. O, yeni düşüncə tərzində yazılmış və "özünə yardım" mövzusunda birləşən bir neçə kitabın müəllifidir. Daha çox "Həyatına şəfa ver" (ing. You Can Heal Your Life; 1984) kitabına görə tanınır.

Bu kitabda Luiza Hey xatırladır ki, biz həyatımızda baş verən bütün yaxşı və pis hadisələrə görə məsuliyyət daşıyırıq. Bizim beynimizdəki hər bir fikir gələcəyimizin yaradıcısıdır. Kainatın gücləri bizi olduğu kimi qəbul edir, bizi mühakimə etmir. Fikirlərimiz bizə zərər verməsin deyə, aşağıdakıları yadda saxlamağımız vacibdir:

Bizim bədənimiz həmişə bizimlə danışır. Kaş ki, vaxt tapıb onu eşidə bilsək. Bədənimizin hər bir zərrəsi bizim fikirlərimizə və sözlərimizə reaksiya verir.

İnsan xəstələnəndə, səbəbini onun öz ürəyində axtarmaq lazımdır ki, kimi bağışlamalıdır...

Başqasına olan sevgi – möhtəşəmdir, amma keçicidir. Amma özünə olan sevgi - əbədidir. İçinizdəki ailəni sevin: uşağı, valideyni və onları ayıran illəri.

Güc nöqtəsi burda yerləşir – bizim beynimizdə.

Bütün verdiklərinizi geri alırsınız.

Keçmişi sevgi ilə yola salın və ona bəzi şeyləri sizə dərk etdirdiyinə görə təşəkkür edin.

Əgər ağlınıza neqativ bir fikir gəlibsə, ona düşüncənizdə iştirak etdiyinə görə təşəkkür edin.

Özünə qarşı sevgi hiss etməyən insanlar, bir qayda olaraq bağışlamağı bacarmırlar.

Özünüzü bu dəqiqə sevin, sonranı gözləməyin.

Biz nəyisə icazəsiz ediriksə, itiririk. Biz veririksə, qazanırıq. Başqa cür ola da bilməz.

Siz gəlirinizin onda birini verin və daha çox pulun gəlməyinə hazırlaşın.

Sizə əzab vermiş insanlar sizin indiki keçirdiyiniz hissləri keçirirlər.

Keçmiş həmişəlik getdi. Bu reallıqdır, onu dəyişmək mümkün deyil. Amma biz keçmiş haqda fikirlərimizi dəyişə bilərik. Kimsə sizi keçmişdə incidibsə, buna görə indi özünə əzab vermək axmaqlıqdır.

Heç vaxt, heç bir şəraitdə özünü tənqid etmək olmaz.

Hamımızın içində hələ də kiminsə onu incidəcəyindən qorxan və sevgi uman 3 yaşlı uşaq var.

Sevgi insandan kənarda olmur – onun içində yaşayır. Siz nə qədər güclü sevsəniz, bir o qədər sevgi ilə əhatə olunacaqsınız.

Durmadan öz keçmişin haqda düşünmək, özünə bilərəkdən əzab verməkdir.

Nələri ki siz bilməlisiniz, doğru zamanda və məkanda mütləq biləcəksiniz.

Rəqabət və başqaları ilə müqayisə - yaradıcı şəxsiyyət olmağa mane olan 2 əsas şeydir.

# 3084 dəfə oxunub

Oxşar xəbərlər

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Tələbə və süpürgə kolu yığan qoca -  Qrasiya Deleddanın novellası

Tələbə və süpürgə kolu yığan qoca - Qrasiya Deleddanın novellası

10:00 27 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər