Dünyanın qəbul etdiyi Azərbaycan filmi

Dünyanın qəbul etdiyi Azərbaycan filmi
15 may 2014
# 08:00

Ötən əsrin birinci rübünə qədər bütün bədii filmlər səssiz idi, buna görə kinoteatrlarda canlı fortepiano musiqisi ifa edirdilər. Bəzən filmlərin süjet xəttinə uyğun olaraq ekran arxasından müxtəlif səslər verilir, çox az hallarda isə filmlərə qısa musiqi nömrələri qoyulurdu.

20-ci illərin ortalarında “Warner Brothers” şirkətinin qısametrajlı səsli filmlər istehsal etməsinə qədər vəziyyət belə idi. Artıq 1926 – cı ildə həmin şirkət bir neçə qısametrajli səsli film istehsal etmişdi, lakin həmin filmlərdə, danışıq olmurdu və dialoqlar ekranda yazılı şəkildə göstərilirdi.

6 oktyabr 1927-ci ildə Nyu-York şəhərində “Caz müğənnisi” adlı filmin premyerası oldu və böyük ajiotaj yaratdı. Bu film kino tarixində ilk tammetrajlı, səsli film idi. Filmdə baş rolu məşhur caz müğənnisi El Colson canlandırmışdı.

Bu filmdə sinxronlaşdırılmış dialoqların ölçüsü cəmi bir neçə dəqiqə çəkirdi. Qalan danışıq səhnələri improvizə edilmişdi. Lakin bununla belə bu film həm yeniliyinə, həm də maraqlı süjet xəttinə görə tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. 1929-cu ildə bu film ilk səsli görüntüləri ilə kino sənayesində etdiyi inqilaba görə “Oskar” mükafatı qazandı.

Lakin bu yeniliyin əleyhdarları da az deyildi. Bir çox kinoşünaslar, aktyorlar səsli filmləri tənqid edir, bunun kino sənətinə zərbə vuracağını deyirdilər. Səsli filmlərin ən qatı əleyhdarlarından biri də məşhur aktyor Çarli Çaplin idi. Qəti şəkildə bu ideyanı rədd edən Çaplin səsli filmlərin pantomima sənətini məhv edəcəyini, aktyorun “susmaqla danışmaq” məharətinə zərbə vuracağını söyləyirdi.

Bununla belə tamaşaçılar səsli filmlərə daha çox maraq göstərirdilər.

Milli kinomuzun tarixində ilk səsli film rejissor Boris Barnetin 1936 – cı ildə çəkdiyi “Mavi dəniz sahilində” filmidir. Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilmişdir ("Kinovedçeskiye Zametki", 1995, N27). Həmçinin bu film Bernar Eyzenşitsin dünya kinosunun bütün dövrlərinin ən yaxşı 12 əsərinin adı çəkilən I siyahısına daxil edilib.

Bəzi kinoşünaslar “Mavi dəniz sahilində” filmini Sovet dövründə çəkilmiş ilk səsli film kimi təqdim edir. Lakin rus rejissoru Yuliya Rayzmanın 1930 – cu ildə çəkdiyi “Yer susayır” filmi bir neçə il əvvəl çəkildiyindən bu məsələ bir qədər mübahisə doğurur.

Bir nüansı qeyd etmək lazımdır ki, “Yer susayır” filmi əvvəlcə səssiz çəkilib, sonradan ora səslər əlavə edilib. Rejissor Eyzenşteynin 1925 – ci ildə çəkdiyi “Zirehli Potemkin” filmi də ilk əvvəl səssiz olsa da, sonradan, 1930 – cu ildə tamaşaçılara səsli versiyada təqdim edilmişdir.

"Mavi dəniz sahilində" filmini təqdim edirik.

# 7195 dəfə oxunub

Oxşar xəbərlər

Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

16:15 3 dekabr 2025
Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası

Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası

15:32 3 dekabr 2025
İngiltərə sahillərindən olan polyak dahisi - O, niyə dənizçiliyi seçmişdi?

İngiltərə sahillərindən olan polyak dahisi - O, niyə dənizçiliyi seçmişdi?

13:30 3 dekabr 2025
Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

Puantilist rəssamın ən məşhur əsərləri - Onun hansı tablosu 149 milyon dollara satılmışdı?

12:30 2 dekabr 2025
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

14:35 1 dekabr 2025
Hiperrealist mum heykəllər məkanı  - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

Hiperrealist mum heykəllər məkanı - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

12:39 1 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər