BSU Beynəlxalq elmi konfransa hazırlaşır

BSU Beynəlxalq elmi konfransa hazırlaşır
7 aprel 2014
# 16:26

Azərbaycanın ən yeni tarixinin böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycana rəhbərlik etdiyi dövrdə bu dahi şəxsiyyət dövlətimizi və xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və elm-mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.

Heydər Əliyevin yaradıcısı olduğu Bakı Slavyan Universitetində artıq beşinci ildir ki, keçirilən “Azərbaycanşünaslığın aktual problemləri” ənənəvi beynəlxalq konfransın Ümummilli Liderin anadan olmasının ildönümünə həsr olunması təsadüfi deyildir. Azərbaycanşünaslıq məfkurəsinin dövlət siyasəti səviyyəsində təzahür tapması, Azərbaycanın dünya ölkələri sırasında tanınması və layiqli yer tutması məhz Ulu Öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində baş vermişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək V konfransa hazırlıq işləri tamamlanmaq üzrədir. Əvvəlki konfranslardan fərqli olaraq, bu il keçiriləcək konfransın təşkilat komitəsinin işində azərbaycanlı alim və tədqiqatçılarla yanaşı, xarici ölkələrin nümayəndələri də iştirak edir. Bu günlərdə BSU-da xarici nümayəndələrin iştirakı ilə təşkilat komitəsinin növbəti iclası keçirildi.

Təşkilat komitəsinin sədri, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev iclası açaraq bu konfransın azərbaycançılıq ideyasının inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirdi və konfransa hazırlıq mərhələsində Təşkilat komitəsinin qarşısında duran məsələlərin həlli istiqamətində görülən işlərlə maraqlandı. İclasda Heydər Əliyev irsinin tədqidi və Azərbaycançılıq ideyasının təbliğinə, ölkəmizdə multikultural cəmiyyətin xüsusiyyətləri və millətlərarası münasibətlərin, Azərbaycan tarixi və mədəniyyətinin, dil və ədəbiyyatının aktual problemlərinin 6 bölməsinin təşkili, qonaqların qarşılanması və yerləşdirilməsi, mədəni tədbirlər planının hazırlanması, konfrans materiallarının çapı ilə bağlı məsələlər geniş müzakirə edildi.

Konfransın proqramına əsasən bir dəyirmi masa Quba şəhərində təşkil olunacaq. Bununla yanaşı, xarici qonaqların Qubanın görməli yerləri ilə tanışlığı da nəzərdə tutulmuşdur. Təşkilat komitəsinin sədri prof. K. M. Abdullayev bildirdi ki, səyahəti təşkil etməkdə məqsəd Azərbaycanın qədim tarixi ənənələrini özündə yaşadan, multikulturalizmin kiçik modeli olan Quba ilə tanışlıqdır: “Hesab edirəm ki, səyahət çərçivəsində Qubada yerləşən kütləvi soyqırım qurbanlarının məzarlığını ziyarət etmək də məqsədəuyğundur”.

Rusiya Federasiyasından təşkilat komitəsinin üzvü Ural Fedaral Universietinin professoru A. Q. Nesterov çıxışında Bakı Slavyan Universitetinin belə konfransların keçirilməsində böyük təcrübəsi olduğunu qeyd etdi. Təşkilat komitəsinin üzvləri Gürcüstan Respublikasından İ. Cavaxişvili adına Tbilisi Dövlət A. Çikobava adına Linqivistika İnstitutunun direktor müavini, prof. M. G. Mancqaladze, Türkiyə Respublikasının İzmir Ekonomi Universitetinin professoru F. Türkmən, Litva Edukoloji Universitetinin professoru V. Kavaliauskas, AMEA-nın vitse-prezidenti İ. Ə. Həbibbəyli öz çıxışlarında konfransa hazırlıq çərçivəsində görülən işlərdən danışaraq, bir sıra təkliflər irəli sürdülər. BSU-nun rektoru prof. A. A. Hacıyev səslənən təkliflərin konfransın hazırlanmasında faydalı olduğunu və qısa müddətdə həyata keçiriləcəyini bildirdi.

BSU-nun Mətbuat Xidməti

# 1750 dəfə oxunub

Oxşar xəbərlər

Sən mənim əllərimi isit, mən sənin... - Alov İnannanın haykuları

Sən mənim əllərimi isit, mən sənin... - Alov İnannanın haykuları

15:00 22 yanvar 2025
Sənət Allah üçündür - Tanrıverdi Əliyev

Sənət Allah üçündür - Tanrıverdi Əliyev

09:00 22 yanvar 2025
"Pul şairin qadınları satınalma vasitəsidir" - Mətanət Vahid

"Pul şairin qadınları satınalma vasitəsidir" - Mətanət Vahid

14:30 21 yanvar 2025
İki qəbirdə üç nəfər - Sevgini ölümsüzlüyə qovuşduran zəhər

İki qəbirdə üç nəfər - Sevgini ölümsüzlüyə qovuşduran zəhər

12:00 20 yanvar 2025
İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri

İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri

09:00 19 yanvar 2025
Burnumun ucunu göynədən günlər - Ağdamlıların oxuması qəti qadağandır!

Burnumun ucunu göynədən günlər - Ağdamlıların oxuması qəti qadağandır!

15:00 18 yanvar 2025
# # #