Məşhur yazıçıların araq içmə tövsiyələri

Məşhur yazıçıların araq içmə tövsiyələri
17 aprel 2013
# 07:30

Kulis.az dünyanın məşhur yazıçıların içki barədə tövsiyələrini təqdim edir:

“Gecələr dişimin ağrımamağı üçün şotland viskisi içirəm. Heç vaxt dişim ağrımayıb; nə vaxtsa ağrıyacağını ağlıma da gətirə bilmirəm” – Mark Tven

“Acqarına, xüsusilə də kefsiz olanda içməyin. Ucuz içki - pis qənaətcillikdir. Desələr ki, tək içməyin, inanmayın; tək olanda həyatınızdakı ən ləzzətli qədəhləri içə bilərsiniz. “Poxmel” pis əlamətdir. Əvvəlki gecəni xatırlamadığınızı bəhanə gətirə bilərsiniz (Əgər həqiqətən xatırlamırsınızsa, bu daha da pis əlamətdir), amma inandırıcı olmaz. Narkotiklərdən uzaq durun; onlar insanı darıxdırıcı məxluqa çevirir. Bir damcı da olsa spirtli içki içmisinizsə, maşın sürməyi ağlınızda keçirməyin. Qadını sərxoş görmək kişini sərxoş görməkdən daha pisdir; səbəbini bilmirəm, amma belədir” – Kristofer Hitçens

“Hər şeyin artığı zərərdir, şampandan başqa” – F.Skot Fitscerald

“Pis şey olanda onu unutmaq üçün içirsən; yaxşı şey olanda onu qeyd etmək üçün içirsən; heç nə olmayanda da nəsə olsun deyə içirsən” – Çarlz Bukovski

“15 yaşından bəri içirəm və bu zövqü ancaq bir neçə şey daddırıb mənə. Bütün gün zehni işlə məşğul olub, səhəri gün yenə eyni işi təkrarlayacaqsınızsa, zehninizi yaxşı viskidən başqa nə aça bilər? Üşümüş və islanmısınızsa, sizi başqa nə isidə bilər? İşə başlamamışdan əvvəl romun verdiyi ləzzətin yerini nə verə bilər? İnsan naxoş anları ancaq yazanda və döyüşəndə yaşaya bilər; çünki ayıq olmalıdır” – Ernest Heminquey

“Pis viski yoxdur, digərlərindən daha yaxşı viski var. Amma insan gərək 50 yaşına içki ilə oyun oynamasın; 50-dən sonra oynamamağı isə axmaqlıqdır” – Uilyam Folkner

“İnsan həmişə sərxoş olmalıdır. Vacib olan budur; nə ilə sərxoş olmaq. Şərabla, şeirlə, yaxud kədərlə? Hansını seçirsiniz, seçin, amma mütləq sərxoş olun” – Şarl Bodler

“İçki mədəniyyəti iki bəsit qanuna əsaslanır. Birincisi, əgər seçmə imkanı varsa, daha yumşaq içki həmişə daha yaxşıdır. İkincisi, görüləsi iş varsa, içmək məsləhət deyil. Təbii, bunlardan başqa qanunlar da var, amma başlanğıc üçün bu ikisi bəsdir. Bunlar ən peşəkar içənin belə riayət etdiyi qanunlardır” – H.L. Menken

“Əhvalınız yaxşıdırsa, için. Əhvalınız yoxdursa, nə badə! Alkoqol olmayanda bədbəxtsinizsə, əsla içməyin, yoxsa cındırından cin hürkən dilənçilərə oxşayacaqsınız. Əksinə, içki olmayanda xoşbəxtsinizsə, içəndə gülər üzlü, al yanaqlı italyan kəndlilərinə oxşayacaqsınız. Ehtiyacınız olanda içməyin, onda içki sizin ölüm və cəhənnəmə aparan yolunuz olacaq. Ehtiyacınız olmayanda için ki, onun dadını çıxara biləsiniz” – G.K. Çesterton

“Şeytan sizi hər dəfə yoldan çıxartmaq istəyəndə, söhbətləşməyə adam tapın, çox için, boş-boş danışın, ağlınıza gələn hər cür əyləncəyə əl atın. Hərdən daha çox içməli, əylənməli, gülməli, hətta şeytanın acığına günah iş də görməliyik ki, lazım oldu-olmadı bizi yoldan çıxarmağa cəhd eləməsin. Günah iş görməməyə çalışdıqca, ona daha çox təslim oluruq. Ona görə şeytan sizə desə ki, içməyin, ona deyin: İçəcəyəm, ürəyim istəyən qədər içəcəyəm, sırf sən mənə içmə dediyinə görə içəcəyəm” – Martin Lüter

# 5457 dəfə oxunub

Oxşar xəbərlər

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

17:00 31 avqust 2026
Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

16:00 31 avqust 2026
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

12:30 30 avqust 2026
Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

12:00 29 avqust 2026
"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın  "Qızıl pillələri"

"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın "Qızıl pillələri"

17:30 28 avqust 2026
Ölümsüz qocanın başına gələnlər - Andrey Platonovun hekayəsi

Ölümsüz qocanın başına gələnlər - Andrey Platonovun hekayəsi

10:00 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər