Gənc Tamaşaçılar Teatrı mövsümü bağlayıb

Gənc Tamaşaçılar Teatrı mövsümü bağlayıb
16 iyul 2018
# 15:42

Gənc Tamaşaçılar Teatrının 90-cı mövsümü repertuar tamaşalarının nümayişi ilə yanaşı, yaradıcılıq planına uyğun olaraq hazırlanmış yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələr ilə yaddaqalan olub.

Kollektiv mövsüm müddətində 10-dan çox beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib, bir beynəlxalq layihəyə imza atıb. Həmçinin məktəblilər və böyüklər üçün ümumilikdə 12 yeni tamaşa hazırlayaraq teatrsevərlərin ixtiyarına verib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində ölkə başçısının Sərəncamı ilə bir qrup mədəniyyət xadimlərinə fəxri adlar verilib və sevindirici haldır ki, onların sırasında Gənc Tamaşaçılar Teatrının aktyorları da yer alıb.

Sənət ocağının mətbuat xidmətindən bildirilib ki, teatr özünün 90-cı mövsümünə uşaqlar üçün “Çipollino” və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə yekun vurub.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar Artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyevdir. Rolları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova və başqaları ifa ediblər.

# 2611 dəfə oxunub

Oxşar xəbərlər

"Səyahət ruhun bütün dərdlərinin dərmanıdır..." - Türkiyəli yazıçının "Bizə görə" kitabından sitatlar

"Səyahət ruhun bütün dərdlərinin dərmanıdır..." - Türkiyəli yazıçının "Bizə görə" kitabından sitatlar

12:00 4 iyun 2026
Gecə yoxlaması - Məşhur ispan yazıçının hekayəsi

Gecə yoxlaması - Məşhur ispan yazıçının hekayəsi

10:00 4 iyun 2026
Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

16:00 3 iyun 2026
"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər