Səməd Vurğunu heyrətləndirən kənd qadını

Səməd Vurğunu heyrətləndirən kənd qadını
29 aprel 2016
# 15:14

Kulis Süleyman Qaradağlının “Dovğaya dad verən qaratikan budağı” yazısını təqdim edir.

Xalq şairi Məmməd Araz şeirlərindən birində yazırdı:

Yüz ocaqa od veribdir, o qara təndir

Çəpərlərdə bitən gördüm qaratikanı.

Qaratikan həmişə xalq arasında və bədii ədəbiyyatda əsasən mənfi mənada, ayrılıq və hicran rəmzi kimi işlədilib. Lakin təsərrüfat və məişətdə ondan heç də az istifadə etmirlər. Bağ-bağçalara, həyətyanı təsərrüfatlara qaratikan kolundan çəpər çəkirlər. Təndir qalayanda qurumuş odunu yaxşı alışıq hesab edilir. Arılar qaratikan çiçəklərindən bal çəkir. Onun sarıya çalan çiçəklərinin ortasında olan qara toxumlar quşların sevdiyi yemlərdən biridir. Deyilənə görə, müharibə illərində, aclıq-qıtlıq vaxtı camaatın da onun toxumları ilə qidalandığı vaxtlar olub.

Qaratikanın müalicəvi əhəmiyyəti də var. Dəri infeksiyası zamanı qaratikanın təzə budaqlarını ocağa tutaraq yandırır və ondan ayrılan yağı zədəli nayihə üzərinə sürtürlər.

Qaratikanın kulinariya əhəmiyyəti barədə maraqlı bir əhvalat da var...

Vaxtilə xalq şairi Səməd Vurğun Füzuli rayonunda oxucularla görüşdən sonra evə dəvət olunur. Şairin adına layiq süfrə açılır. O, yeməyə başlamazdan əvvəl dovğa kasasını qarşısına çəkərək bir-iki qaşıq yeyəndən sonra ev sahibindən soruşur:

- Əzəldən dovğa sevənəm. Bu dovğanın ləzzətindən ağzım dada gəldi. Mən bu dovğanı qırqovullu plova dəyişmərəm!

Sonra şair sözünə ara verib soruşdu:

- Bu dovğanın mayasına dağkeşnişi, quzuqulağı, ispanaq, nanə və yarpızdan başqa daha nə qatılıb ki, belə dadlıdır?

Dovğanı bişirib süfrəyə verən evin xanımını çağırırlar. Səməd Vurğun üzünü ona tutub soruşur:

- Ay bacı, bu dovğanın bu cür dadlı alınmağının sirri nədədir? Bu, mənim üçün çox maraqlıdır!

Dovğanı bişirən xanım deyir:

- Səməd qağa, burada heç bir sirr yoxdur. Mən də bütün qadınların istifadə etdiyi dovğa göylərindən istifadə etmişəm. Amma onlardan fərqli olaraq mən dovğanı təzə kəsilmiş qaratikan şaxıyla bulayıram. Əlbəttə ki, onun yarpaqlarını, tikanlarını gur suyun altında yaxşı-yaxşı yuyandan sonra bunu edirəm. O, dovğaya xüsusi dad verir.

Səməd Vurğun deyir:

- Afərin sənə, ay bacı! Bu, Azərbaycan kulinariyasında yenilikdir. Bundan sonra könlüm dovğa istəyəndə sizə gələcəyəm…

# 3689 dəfə oxunub

Oxşar xəbərlər

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər