Solçuluqdan biznesmenliyə-65 yaşlı Cimi

Solçuluqdan biznesmenliyə-65 yaşlı Cimi
17 iyun 2015
# 13:30

Solçuluqdan biznesmenliyə-65 yaşlı Cimi

80-lərin kumiri Mithun Çakrobortinin 65 yaşı tamam oldu...

Mithun Çakrobotinin həyatı hind filminin ssenarisinə oxşayır: hökumətə qarşı hərəkatda iştirak etdiyinə görə həbs olunmaq təhlükəsi ilə üzləşsə də, möcüzə nəticəsində xilas ola bilir. Pulu və əlaqələri olmadan Bollivudu fəth edir və 200-dən artıq filmə çəkilir. Gözəl aktrisa ilə evlənir, yalnız öz ölkəsində deyil, Asiyada da məşhurlaşır.

Mithun Çakrobortinin şöhrətə aparan yolu sadə adlandırmaq olmaz. O, telefon şirkətində çalışan sadə işçinin ailəsində doğulub. 1960-cı illərin sonunda Hindistan da bütün dünya kimi inqilabi hərəkatlara meyllənmişdi. Gənc Çakroborti radikal sol kəndli hərəkatı olan “Noksalit”lərə qoşulmuşdu. Faktiki olaraq bu hərəkat maoist kommunzim ideyalı terrorçu hərəkat di. Terror aktlarından başqa radikallar müxtəlif şəhərlərdə etiraz və üsyanlar qaldırırdılar-bu üsyanın iştirakçılarından biri də Çakroborti idi. Hakimiyyət üsyanı amansızlıqla yatırdı, təhrikçiləri edam və həbs gözləyirdi. Atası oğlunu xilas etmək üçün gizləmək qərarına gəldi və Mithunu Mumbaya dayısıgilə göndərdi. Gələcəkdə, Mithun məşhurlaşdıqca ailəsi bir vaxtlar tərk etdiyi tərəfdarlarından hədələr alacaqdı.

Böyük şəhərdə Çakroborti ətriyyat şirkətlərindən birində işə düzəldi. Bir ildən artıq müddətdə o, ətriyyat məhsullarını sataraq və reklam edərək ölkəni gəzdi. Puna şəhərində gözünə Kino institutunun aktyor qəbulu barədə elanı sataşdı. Mithun nə olursa olsun, aktyor olmaq qərarına gəldi. Bu, ona asan olmadı, onu ləhcəsinə görə işə almaq istəmirdilər. Amma istedadı və naturası ona instituta qəbul olaraq oranı qızıl medalla bitirməyə kömək etdi.

Kinoda ilk addımlarını Mithun hələ tələbə olanda atır. “İki yad adam” filmində epizodik rolu ona uğur gətirməli idi. Axı bu filmdə o, Amitabx Baççan və Rekha kimi hind tamaşaçılarının sevimliləri ilə birgə çəkilir. Film uğur qazansa da Çakrobortinin iki dəqiqəlik rolunu kimsə qeyd etmir. Amma 1976-cı ildə çəkilən “Şahanə ov” art-haus filmi Mithuna ölkənin ən yaxşı kinoaktyoru mükafatını qazandırır. Hesabla bu uğurdan sonra prodüser və rejissorlar onu çəkmək üçün növbəyə durmalı idilər, təəssüf ki, belə olmadı.

Təkliflər gecikirdi, aktyor özünə iş axtarmağa başladı. Pulsuzluqdan ehtiyat edib, o zəif filmlərdə məvacib xatirinə çəkilməyə başlayır. O, elə-belə onuncu dərəcəli filmlərdə ömrü boyu çəkilə və məvacibdən başqa heç nə qazanmaya da bilərdi.

Amma uğur ona yenidən gülümsədi. Rejissor və prodüser Babbar Subhaş Mithuna “Disko rəqqası” filmində çəkilməyi təklif etdi. Mithun bu rola çox uyğun idi: yaraşıqlı, artistik idi və bədənini əla idarə edə bilirdi. Film ekrana çıxandan sonra Çakroborti nəinki ölkədə, ölkədən kənarda da məşhur oldu. Cəmi bir ol Mithunu Hindistanın ən aparıcı, çox qonorar alan aktyoru etdi. Onun çəkildiyi “Disko rəqqası” filmi keçmiş SSRİ-də də fantastik şöhrət qazanmışdı. Film Sovet prokatına 60 milyon manat gəlir gətirmişdi. Mithun o zamanın gənclərinin əsl məhəbbət kumiri idi.

Cani və prodüser

Populyarlığın zirvəsində olan Mithun “Boksçu” filmində özünü prodüser kimi sınamaq qərarına gəlir. Amma tamaşaçılar kumirlərinin debütünə laqeyd yanaşırlar, onlar Mithunu titrlərdə yox, kadrda görmək istəyirdilər. Amma kadrlarda da birmənalı təqdim olunmurdu. Əlbəttə təkliflərdən macal yox idi, amma Çakrobortinin işlərinin çoxu “Disko rəqqası” kimi parlaq olmurdu.

1990-cı illərdə Mithunda cani ampluası yaranmağa başlayır. Bu onun publikasını əməlli-başlı hövsələdən çıxarır. Beynəlxalq terroristi oynadığı bir roldan sonra isə Çakroborti tamaşaçılardan mənfi personajları oynadığına görə üzr istəyir.

Buna baxmayaraq, Mithuna tələbat ziyadədir. Bollivud böyük sayda filmlərlə şöhrət tapır, aktyora təkliflərin ardı-arası kəsilmir. Çakrobortinin filmoqrafiyası ağlagəlməz rəngarənglikdədir. Ölkənin ən varlı adamlarından biri kimi Mithun bizneslə də məşğul olur. O, az büdcəli filmlərin istehsalı ilə məşğul olur, həm də uşaqlıq arzusunu həyata keçirir-otel açır. “Monarx” otellər şəbəkəsi onundur.

“Disko rəqqası”ının ailə həyatı

Əlbəttə, Mithun Çakrobortinin sevgi romanları haqda əfsanələr dolaşır, amma məşhur Cimi iki dəfə ailə qurub. Onun birinci arvadı model Helena Lyuk idi. Əksər gənc aktyorlarda olduğu kimi onların da nikahı uzun sürmür. Lakin ikinci ittifaq uğurlu olur. Aktrisa Yoqita Bali ərinə görə, öz karyerasından keçir və özünü bütünlükdə ailəsinə həsr edir.

Onların nikahından dörd uşaqları var. Onlardan ikisi artıq atalarının yolu ilə gedib. Böyük oğlu Mimoh Çakroborti Bollivudda çəkilir. İkinci oğlu Rimoh Çakroborti də atası ilə eyni filmdə çəkilib. Yaşına və biznesinə baxmayaraq, Çakroborti kinematoqrafiyanı buraxmır, ən azı ildə bir filmə çəkilir. Onun filmoqrafiyasında 200-dən artıq film var. Son illərdə çəkildiyi “Fortuna” macəra trilleri və “Babar” kriminal dramı uğur qazanıb.

# 1803 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #