Məhəmməd peyğəmbəri İranda göstərəcəklər

Məhəmməd peyğəmbəri İranda göstərəcəklər
4 dekabr 2014
# 14:10

Azərbaycan əsilli İran rejissoru Məcid Məcidinin yenicə tamamladığı "Məhəmməd Peyğəmbər" filmi islam dünyasında polemikalara yol açıb.

Məsələ ondadır ki, M. Məcidi bu filmlə dünya kino tarixində bir ilkə imza atıb. O, Məhəmməd Peyğəmbəri həm görüntüsünü təsvir edib, həm də səsini verib. Məhz bu məqamlar islam aləmində narazılıqla qarşılanıb.

Livan müftisi Məhəmməd Əli Cuzu deyib: “Bu, İranın islamdan öncə mənimsədiyi bütpərəstlik günlərinə geri qayıdışıdır. Heç kəs Məhəmməd Peyğəmbərin şəxsiyyətini əks etdirə və onun rolunu oynayamaz".

Türkiyənin məşhur ilahiyyatçısı Ömer Döngeloğlunun fikrincə də, bu, düzgün deyil: “ Təbii ki, peyğəmbər tanrı yox, insandır, rəsmi çəkilə bilər. Ancaq peyğəmbərimizin səsini, görüntüsünü nə qədər gözəl təsvir etməyə çalışsaq da, onun gerçəklikdən uzaq və bu, səbəbdən haqsızlıq olacaq.

İnsanlar, peyğəmbərimizi sadəcə, bir nəfərin fikri ilə ortaya çıxmış bir insan kimi düşünəcək.

Eynilə Həmzəni, bu rolun ifaçısı Entoni Kuinni görməsi kimi... Bu, sadəcə bizim peyğəmbərimiz üçün yox, bütün peyğəmbərlər üşün də keçərlidir”.

Mərmərə Universitetinin ilahiyyat fakültəsinin professoru Bekir Topaloğlu isə əksini düşünür:

“Əgər rejissorun peyğəmbərlə bağlı verdiyi mesaj doğrudursa, bunlar dini baxımdan haram ya da yasaq deyil. Nə olursa-olsun peyğəmbər də nəticədə insandır. Heç bir peyğəmbərin bəşər övladından fərqli xüsusiyyəti yoxdur. Peyğəmbərin şəxsiyyətinin göstərilməsi insanlara qəribə gəlir. Əgər ortada peyğəmbərə təhqiramiz nəsə yoxdursa, narahatlığa dəyməz”.

Bu filmin regiondakı şiə-sünni gərginliyini daha da artımasına səbəb olacağı güman edilir.

Çəkilişləri üç il davam edən filmdə peyğəmbərin uşaqlıq illərindən peyğəmbərlik missiyasının başlanğıcına kimi dövr əhatə olunub. Film Fil hadisəsi və Məhəmməd Peyğəmbəri doğumuyla başlayır. Əhvalatda peyğəmbərin anası Əminə, uşaqlığında mühüm yer tutan süd anası Həlimə, babası Əbdülmütəllib obrazlarına geniş yer verilir.

Film 2015-ci ilin fevralında Tehranda keçiriləcək Şəfəq Kino Festivalında göstəriləcək. 35 milyon dollar büdcəsi olan filmin eyni zamanda 2015-ci ildə Berlin Kino Festivalında nümayişi planlaşdırılır.

Filmin böyük hissəsi İranda lentə alınıb. Bundan başqa çəkiliş heyəti Cənubi Afrika Respublikasının Bela-Bela şəhərində fon üçün bir neçə səhnə çəkib.

Kino layihənin reallaşmasında vizual effektlər üzrə amerikan mütəxəssis Skott Anderson, üç dəfə Oskar mükafatçısı, operator Vittorio Storaro da iştirak edib. Filmin baş rol ifaçısı ilə bağlı məlumat verilmir.

Film üçün tarixi materiallar bir il ərzində müxtəlif ölkələrdən – Tunisdən, İraqdan, Livandan, Əlcəzairdən, Mərakeşdən olan alimlərin, tarixçilərin köməyi ilə toplanıb.

Rejissorun “Səma övladları” filmi 1997-ci ildə Oskara nominant olub.

"Cənnətin rəngi" isə Amerikada 2000-ci ilin ən yaxşı 10 filmi siyahısına daxil edilib.

# 3179 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər